https://sputnik.az/20230217/qaradaglida-esir-goturulenler-ermeniler-terefinden-soyqirima-meruz-qalib---komissiya-451859588.html
Qaradağlıda əsir götürülənlər ermənilər tərəfindən soyqırıma məruz qalıb - Komissiya
Qaradağlıda əsir götürülənlər ermənilər tərəfindən soyqırıma məruz qalıb - Komissiya
Sputnik Azərbaycan
Əsir-girov götürülmüş kənd sakinləri amansız işgəncələrə məruz qalıb, onlara qarşı aşkar soyqırımı həyata keçirilib, etnik təmizləmə aparılıb. 17.02.2023, Sputnik Azərbaycan
2023-02-17T12:21+0400
2023-02-17T12:21+0400
2023-02-17T12:35+0400
kütləvi qətliam
qarabağ
əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası
xocavənd rayonu
https://cdnn1.img.sputnik.az/img/07e5/01/14/426006098_0:157:3081:1890_1920x0_80_0_0_9e7e7d9152fbb7eaec96d11606f4d93b.jpg
BAKI, 17 fevral — Sputnik. "Ermənilər Qaradağlıda 57 nəfəri qətlə yetirib, 39 nəfər itkin düşüb". Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Bildirilib ki, 17 fevral 1992-ci il tarixdə milliyyətcə erməni beynəlxalq terrorçu, ASALA terror təşkilatının lideri Monte Melkonyanın rəhbərliyi ilə Azərbaycan Respublikası, Xocavənd rayonu, Qaradağlı kəndi işğal edilərkən dinc əhaliyə qarşı amansız soyqırımı həyata keçirilib. İşğal zamanı kənddə olan 116 nəfərdən 57 nəfər qətlə yetirilib. Kənd sakinlərinin qətlində Ermənistan hərbçiləri ilə yanaşı, mülki ermənilər, o cümlədən Qaradağlı kəndinə yaxın kəndlərin erməni sakinləri də yaxından iştirak ediblər. Əsir-girov götürülmüş kənd sakinləri amansız işgəncələrə məruz qalıb, onlara qarşı aşkar soyqırımı həyata keçirilib, etnik təmizləmə aparılıb. Soyqırımı zamanı qətlə yetirilmiş 57 nəfərdən 27 nəfərin meyiti sonradan Azərbaycan tərəfinə qaytarılsa da, 30 nəfərin meyiti təhvil verilməyib. Bununla yanaşı, girov götürüldükdən sonra əvvəlcə işğal edilmiş Xankəndi şəhərinə, oradan isə naməlum istiqamətə aparılmış 9 nəfərin də sonrakı taleyi barədə məlumatlar gizlədilib. Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Xocavənd rayonu, Qaradağlı kəndi işğalı zamanı 39 nəfər itkin dümüş şəxs kimi axtarışdadır. Onlardan 33 nəfər kişi, 5 nəfər uşaq (oğlan), 1 nəfər isə qadındır. Əsir-girov götürülmüş 50 nəfər (47 mülki, 2 hərbçi, 1 polis əməkdaşı) isə sonradan azad olunub. Qeyd edək ki, Azərbaycan Respublikası, Xocavənd rayonu, Qaradağlı kəndinin Ermənistan hərbçiləri və terrorçu quldur dəstələri tərəfindən işğalından 31 il keçir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/14/426006098_174:0:2905:2048_1920x0_80_0_0_79506d2d443a63c3c5e1ac8aa640ae0b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kütləvi qətliam, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası, xocavənd rayonu
kütləvi qətliam, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası, xocavənd rayonu
Qaradağlıda əsir götürülənlər ermənilər tərəfindən soyqırıma məruz qalıb - Komissiya
12:21 17.02.2023 (Yenilənib: 12:35 17.02.2023) Əsir-girov götürülmüş kənd sakinləri amansız işgəncələrə məruz qalıb, onlara qarşı aşkar soyqırımı həyata keçirilib, etnik təmizləmə aparılıb.
BAKI, 17 fevral — Sputnik. "Ermənilər Qaradağlıda 57 nəfəri qətlə yetirib, 39 nəfər itkin düşüb". Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, 17 fevral 1992-ci il tarixdə milliyyətcə erməni beynəlxalq terrorçu, ASALA terror təşkilatının lideri Monte Melkonyanın rəhbərliyi ilə Azərbaycan Respublikası, Xocavənd rayonu, Qaradağlı kəndi işğal edilərkən dinc əhaliyə qarşı amansız soyqırımı həyata keçirilib.
İşğal zamanı kənddə olan 116 nəfərdən 57 nəfər qətlə yetirilib. Kənd sakinlərinin qətlində Ermənistan hərbçiləri ilə yanaşı, mülki ermənilər, o cümlədən Qaradağlı kəndinə yaxın kəndlərin erməni sakinləri də yaxından iştirak ediblər.
Əsir-girov götürülmüş kənd sakinləri amansız işgəncələrə məruz qalıb, onlara qarşı aşkar soyqırımı həyata keçirilib, etnik təmizləmə aparılıb.
Soyqırımı zamanı qətlə yetirilmiş 57 nəfərdən 27 nəfərin meyiti sonradan Azərbaycan tərəfinə qaytarılsa da, 30 nəfərin meyiti təhvil verilməyib. Bununla yanaşı, girov götürüldükdən sonra əvvəlcə işğal edilmiş Xankəndi şəhərinə, oradan isə naməlum istiqamətə aparılmış 9 nəfərin də sonrakı taleyi barədə məlumatlar gizlədilib. Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Xocavənd rayonu, Qaradağlı kəndi işğalı zamanı 39 nəfər itkin dümüş şəxs kimi axtarışdadır. Onlardan 33 nəfər kişi, 5 nəfər uşaq (oğlan), 1 nəfər isə qadındır.
Əsir-girov götürülmüş 50 nəfər (47 mülki, 2 hərbçi, 1 polis əməkdaşı) isə sonradan azad olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası, Xocavənd rayonu, Qaradağlı kəndinin Ermənistan hərbçiləri və terrorçu quldur dəstələri tərəfindən işğalından 31 il keçir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.