https://sputnik.az/20230217/ermenistan-azerbaycan-nizamlanmasinda-minsk-qrupu-tarixin-zibilliyine-atilib---rusiya-xn-451871053.html
Ermənistan-Azərbaycan nizamlanmasında Minsk Qrupu tarixin zibilliyinə atılıb - Rusiya XİN
Ermənistan-Azərbaycan nizamlanmasında Minsk Qrupu tarixin zibilliyinə atılıb - Rusiya XİN
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, səfər üzərində iş gedir və təfərrüatları razılaşdırıldıqdan sonra açıqlanacaq. 17.02.2023, Sputnik Azərbaycan
2023-02-17T15:12+0400
2023-02-17T15:12+0400
2023-02-17T15:12+0400
rusiya
mariya zaxarova
atət-in minsk qrupu
ermənistan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/13/427734663_0:0:2893:1628_1920x0_80_0_0_564f9917462f015cb18cddbf49a8a31d.jpg
BAKI, 17 fevral — Sputnik. Moskva fevralın sonunda Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərini nəzərdən keçirir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Rusiya İrəvan və Bakı arasında sülh müqaviləsi mövzusunu müzakirə etmək üçün Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada görüşünü təşkil etməyə hazırdır. O qeyd edib ki, Vaşinqton və Paris tərəfindən bu cür hərəkətlərə dair heç bir aydın izahat yoxdur. "Bunu nəzərə alaraq, biz Bakı və İrəvana ən yüksək səviyyədə müvafiq razılaşmalar toplusu əsasında, üçtərəfli formatlar çərçivəsində yardım göstərməyə istiqamətlənmişik, bu barədə dəfələrlə danışmışıq və hər şeyi izah etmişik. ABŞ-ın vasitəçiliyi real addımlarla təmin olunmalı və müəyyən əlavə dəyər qazanmalıdır”, - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/13/427734663_0:0:2729:2047_1920x0_80_0_0_79cedffb96bd8ecd5105a8b5c900bcff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, atət-in minsk qrupu, ermənistan, azərbaycan
mariya zaxarova, atət-in minsk qrupu, ermənistan, azərbaycan
Ermənistan-Azərbaycan nizamlanmasında Minsk Qrupu tarixin zibilliyinə atılıb - Rusiya XİN
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, səfər üzərində iş gedir və təfərrüatları razılaşdırıldıqdan sonra açıqlanacaq.
BAKI, 17 fevral — Sputnik. Moskva fevralın sonunda Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərini nəzərdən keçirir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Belə bir səfər üzərində iş gedir. Biz təfərrüatları razılaşdırıldıqdan sonra açıqlayacağıq", - Zaxarova jurnalistlərin Lavrovun bu il fevralın sonunda Bakıya səfəri ilə bağlı sualını cavablandırarkən deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Rusiya İrəvan və Bakı arasında sülh müqaviləsi mövzusunu müzakirə etmək üçün Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada görüşünü təşkil etməyə hazırdır.
“Ermənistan-Azərbaycan nizamlanmasında Rusiya ilə əməkdaşlıqdan imtina edən ABŞ və Fransanın sayəsində ATƏT-in Minsk Qrupu fəaliyyətini dayandırıb. 2022-ci ilin fevralında amerikalı və fransız həmsədrlər uydurma bəhanə ilə rusiyalı həmkarları ilə qarşılıqlı əlaqəni dayandırdılar. Bununla da Minsk Qrupu formatı tarixin zibilliyinə atıldı. Bəhanə ilə 2022-ci ilin fevralında rusiyalı ilə qarşılıqlı əlaqəni dayandırdılar”, - Zaxarova cümə günü keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Vaşinqton və Paris tərəfindən bu cür hərəkətlərə dair heç bir aydın izahat yoxdur.
"Bunu nəzərə alaraq, biz Bakı və İrəvana ən yüksək səviyyədə müvafiq razılaşmalar toplusu əsasında, üçtərəfli formatlar çərçivəsində yardım göstərməyə istiqamətlənmişik, bu barədə dəfələrlə danışmışıq və hər şeyi izah etmişik. ABŞ-ın vasitəçiliyi real addımlarla təmin olunmalı və müəyyən əlavə dəyər qazanmalıdır”, - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.