https://sputnik.az/20230216/yeni-piyada-kecidi-ile-piyadalarin-rahat-ve-tehlukesiz-hereketi-temin-olunub---vdeofoto-451833925.html
Yeni piyada keçidi ilə piyadaların rahat və təhlükəsiz hərəkəti təmin olunub - VİDEO/FOTO
Yeni piyada keçidi ilə piyadaların rahat və təhlükəsiz hərəkəti təmin olunub - VİDEO/FOTO
Sputnik Azərbaycan
Layihə üzrə keçidin uzunluğu 65,4 metr, eni 4,5 metr, aşırım hissəsinin uzunluğu 50,6 metrdir 16.02.2023, Sputnik Azərbaycan
2023-02-16T16:32+0400
2023-02-16T16:32+0400
2023-02-16T16:32+0400
keçid
paytaxt xəbərləri
bakı
mərdəkan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/10/451833244_0:0:1500:844_1920x0_80_0_0_020e30616ce81dd238b7161b4cb55c0e.jpg
BAKI, 16 fevral — Sputnik. Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində, piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə yeni yerüstü piyada keçidi inşa edilərək vətəndaşların istifadəsinə verilib. Keçid müasir görünüşü və bütün vətəndaşların rahat şəkildə istifadə etməsi üçün beynəlxalq standartlara cavab verir. Belə ki, keçiddə həm pilləkən hissə, həm də xüsusi mailliyi olan piyada pandusları inşa edilib. Xüsusi piyada pandusları hesabına isə keçiddə yaşlı adamların, fiziki məhdudiyyətli insanların, uşaq arabalı valideynlərin rahat hərəkəti təmin olunur. Qeyd edək ki, piyada keçidi təhlükəsiz istismarı, ətraf mühitin qorunması, həmçinin partlayış-yanğın təhlükəsizliyini təmin edən normalara, təlimatlara və Dövlət Standartlarına uyğun olaraq inşa edilib. Layihə üzrə keçidin uzunluğu 65,4 metr, eni 4,5 metr, aşırım hissəsinin uzunluğu 50,6 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir. Keçiddən istifadə edən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə fasiləsiz videomüşahidə sistemləri qurulub, personalın real vaxt rejimində keçiddə baş verənləri izləmək üçün xidməti otaq inşa edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/10/451833244_188:0:1313:844_1920x0_80_0_0_bdf024fb54c1decff7a040d60e0dc48a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
keçid, bakı, mərdəkan
Yeni piyada keçidi ilə piyadaların rahat və təhlükəsiz hərəkəti təmin olunub - VİDEO/FOTO
Layihə üzrə keçidin uzunluğu 65,4 metr, eni 4,5 metr, aşırım hissəsinin uzunluğu 50,6 metrdir
BAKI, 16 fevral — Sputnik. Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində, piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə yeni yerüstü piyada keçidi inşa edilərək vətəndaşların istifadəsinə verilib.
Keçid müasir görünüşü və bütün vətəndaşların rahat şəkildə istifadə etməsi üçün beynəlxalq standartlara cavab verir.
Belə ki, keçiddə həm pilləkən hissə, həm də xüsusi mailliyi olan piyada pandusları inşa edilib. Xüsusi piyada pandusları hesabına isə keçiddə yaşlı adamların, fiziki məhdudiyyətli insanların, uşaq arabalı valideynlərin rahat hərəkəti təmin olunur.
Qeyd edək ki, piyada keçidi təhlükəsiz istismarı, ətraf mühitin qorunması, həmçinin partlayış-yanğın təhlükəsizliyini təmin edən normalara, təlimatlara və Dövlət Standartlarına uyğun olaraq inşa edilib.
Layihə üzrə keçidin uzunluğu 65,4 metr, eni 4,5 metr, aşırım hissəsinin uzunluğu 50,6 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir.
Keçiddən istifadə edən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə fasiləsiz videomüşahidə sistemləri qurulub, personalın real vaxt rejimində keçiddə baş verənləri izləmək üçün xidməti otaq inşa edilib.