Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Beş avtobusun hərəkət istiqaməti dəyişdirildi

© Photo : Baku Transport AgencyСмарт-остановка в Баку
Смарт-остановка в Баку - Sputnik Azərbaycan, 1920, 16.02.2023
Abunə olmaq
Beş avtobusun marşrutlarının hərəkət sxemində müvəqqəti dəyişikliklər edilərək fəaliyyəti alternativ küçələrlə təşkil edilib
BAKI, 16 fevral — Sputnik. Bu gün Bakı şəhər, Səbail rayonu, İstiqlaliyyət küçəsinin sol zolağında aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinə tətbiq edilən məhdudiyyətə uyğun olaraq 5 avtobusun marşrutlarının hərəkət sxemində müvəqqəti dəyişikliklər edilərək fəaliyyəti alternativ küçələrlə təşkil edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Bildirilib ki, 6, 10, 53, 205 nömrəli marşrutlar üzrə avtobuslar İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Ə.Cavad küçəsindən, 77 nömrəli marşrut üzrə avtobusların hərəkəti isə A.Şaiq, M.Əliyev, M.Muxtarov, Əhməd Cavad küçələrindən keçməklə daha sonra öz hərəkət sxemi üzrə təşkil edilib.
Xəbər lenti
0