QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdam şəhərində elektrik xətlərinin çəkilməsi başa çatmaq üzrədir

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidDağıdılmış Ağdam şəhərinə mənzərə
Dağıdılmış Ağdam şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 16.02.2023
Abunə olmaq
2026-cı ilə qədər Ağdama 42 min əhalinin köçürülməsi nəzərdə tutulur
BAKI, 16 fevral — Sputnik. Ağdam şəhərində elektrik xətlərinin çəkilməsi başa çatmaq üzrədir, bir sıra yaşayış massivlərinin tikintisinin başlanması planlaşdırılır.
Bunu Ağdamda Şəhərsalma üzrə işçi qrupunun növbəti iclasında çıxışı zamanı Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Övsət Həmidov deyib.
Onun sözlərinə görə, 2026-cı ilə qədər Ağdama 42 min əhalinin köçürülməsi nəzərdə tutulur: “Xıdırlı, Sarıcallı kəndlərinin layihələrinin hazırlanması başa çatıb. Tikinti proseslərinə start vermək üçün mərhələli işlər təmin edilir. ANAMA əraziləri minalardan təmizləyir, çünki inşaat meydançası tikintiyə tam hazır olmalıdır. Kəngərlinin də Baş Planı hazırlanmaq üzrədir. Paralel olaraq işçi layihələrinə start verdik”.
Övsət Həmidov artıq 59 km-lik müvafiq kommunikasiya xəttinin hazırlanaraq layihələndirildiyini vurğulayıb: “Ekspertizaya təqdim edilib və ayın sonuna qədər cavabın gəlməsi gözlənilir. Alternativ enerji təchizatı ilə bağlı da layihələr hazırlanır. Günəş panellərinin vahid enerji şəbəkəsinə verilməsi nəzərdə tutulmalıdır. Hesab edirəm ki, enerjinin mərkəzi enerji şəbəkəsinə verilməsini gündəmə gətirməlidir. Ağdam şəhərində mərkəzi istilik sisteminin yaradılması nəzərdə tutulub ki, bununla ciddi səmərəlilik əldə oluna bilər. Qazanxana layihələrinə də start verilib. İstilik tutumlu blokların istehsalı ölkədə 10 faizdir, buna görə də alternativ istilik tutumunun təmini zamanı xərclər arta bilər. Ən yaxşı odur ki, sənaye zonalarında tələbatın ödənməsi üçün zavodlar tikilsin. Əks halda, bunları başqa ölkələrdən iki dəfə artıq qiymətə almaq məcburiyyətində qalacağıq”.
Xəbər lenti
0