Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN-dən ABŞ-ın UNO-larla bağlı hesabatına reaksiya

© Sputnik / Leonid Savinov / Mediabanka keçidUNO
UNO - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Rusiya mövzusu ilə nəyəsə nail olmaq sadəcə mümkün deyil, çünki onlar bunu tükədiblər.
BAKI, 15 fevral — Sputnik. ABŞ hakimiyyətinin UNO-larla bağlı hesabatları 2024-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlıdır, Vaşinqtonda anti-Rusiya mövzuları absurd həddinə çatdırılıb, buna görə də hökumət əhalini təəccübləndirmək və heyrətləndirmək üçün yeni yollar axtarır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Yaxınlarda ABŞ-da seçkilər olacaq. Pokemonlar da olacaq, UNO-lar da olacaq. Çünki mənə elə gəlir ki, Rusiya mövzusu ilə nəyəsə nail olmaq sadəcə mümkün deyil, çünki onlar bunu tükədiblər. Rusiya mövzusunu öz informasiya və siyasi sahələrində tam absurd vəziyyətə gətiriblər. Amma ictimaiyyəti nə iləsə təəccübləndirmək lazımdır", - deyə Zaxarova Sputnik radiosunda bildirib.
ABŞ ordusu son günlərdə Çin şarı da daxil olmaqla, dörd hava hədəfini vurub. Vaşinqtonda deyirlər ki, hava şarı casusluq məqsədilə buraxılıb. Pekin isə bildirir ki, söhbət itirilmiş mülki hava şarından gedir. Ötən gün vurulan digər üç obyektin mənsubiyyəti və təyinatı isə hələ müəyyən edilməyib. Ağ Ev vurulan cihazların kommersiya və ya tədqiqat cihazları ola biləcəyini istisna etməyib, lakin bildirib ki, hələlik heç bir şirkət və ya şəxs onlara dair hüquq iddia qaldırmayıb.
Xəbər lenti
0