Özbəkistan-Azərbaycan regionlararası forumunun aktual mövzuları
11:39 14.02.2023 (Yenilənib: 11:51 14.02.2023)
© Sputnik / Murad OrujovФлаги Азербайджана и Узбекистана
Abunə olmaq
"Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində qarşıdakı forum iştirakçılarının qarşısında duran vəzifələr və Azərbaycanla Özbəkistan arasında ticarət-iqtisadi əlaqələrin hazırkı mərhələdə necə inkişaf etdiyi müzakirə olunacaq.
BAKI, 14 fevral — Sputnik. Fevralın 23-24-də Daşkənddə 1-ci Özbəkistan-Azərbaycan regionlararası forumu keçiriləcək. Forum Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyi, Özbəkistanın Ticarət və Sənaye Palatası və "AZPROMO"nun birgə təşkilatçılığı ilə keçirilir.
Forumda hər iki ölkənin rəsmiləri və iqtisadiyyatın müxtəlif sahələrində çalışan sahibkarlar iştirak edəcəklər. Forum çərçivəsində Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclasının, eləcə də sahibkarların ikitərəfli görüşlərinin keçiriləcəyi də məlumdur.
Fevralın 14-də saat 15.00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində Bakı-Daşkənd videokörpüsü zamanı forum iştirakçılarının qarşısında duran vəzifələr və Azərbaycanla Özbəkistan arasında ticarət-iqtisadi əlaqələrin hazırkı mərhələdə necə inkişaf etdiyi müzakirə olunacaq:
Bakıda:
politoloq, iqtisadiyyat üzrə fəlsəfə doktoru İlqar Vəlizadə,
İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Emin Məmmədzadə,
"STEM" analitik mərkəzinin direktoru Orxan Yolçuyev
Daşkənddə:
Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Əlaqələr üzrə İnformasiya və Analitik Mərkəzin direktoru Donier Kurbanov,
Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun şöbə müdiri Milanf Bazarova,
Yuri Kutbitdinov - Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzinin baş elmi işçisi.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
"Sputnik Azərbaycan"ın multimedia mətbuat mərkəzi Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında yerləşir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.