Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Əliyev və Putin ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər - Kreml

© Official website of President of Azerbaijan Republicİlham Əliyev və Vladimir Putin, arxiv şəkli
İlham Əliyev və Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.02.2023
Abunə olmaq
Telefon danışığı əsnasında Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl addımların vacibliyi qeyd olunub.
BAKI, 14 fevral - Sputnik. Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, telefon danışığı zamanı tərəflər ticarət-iqtisadi əməkdaşlığın inkişafını, o cümlədən enerji və nəqliyyat layihələrini müzakirə ediblər.
“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Ticarət-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri, o cümlədən enerji və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi ətraflı müzakirə olunub", - deyə məlumatda bildirilir.
Bundan əlavə, prezidentlər Cənubi Qafqaz regionunda mövcud vəziyyətə də nəzər salıblar:
"Putin və Əliyev Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl addımların vacibliyini qeyd ediblər".
Bundan əlavə, bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında müvafiq sazişlərin bütün spektrinin ən yüksək səviyyədə qeyd-şərtsiz yerinə yetirilməsi əhval-ruhiyyəsi təsdiqlənib. Dövlət başçıları müxtəlif formatlarda təmasları davam etdirmək barədə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0