https://sputnik.az/20230213/ukrayna-danisiqlari-yuxaridan-gelen-gosterisle-dayandirib---peskov-451716461.html
Ukrayna danışıqları "yuxarıdan gələn" göstərişlə dayandırıb - Peskov
Ukrayna danışıqları "yuxarıdan gələn" göstərişlə dayandırıb - Peskov
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, söhbət çox çətin bir iş nəticəsində razılaşdırılmış sənəddən gedir. 13.02.2023, Sputnik Azərbaycan
2023-02-13T20:15+0400
2023-02-13T20:15+0400
2023-02-13T20:15+0400
dmitri peskov
rusiya
abş
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/01/0b/450549494_0:26:3072:1754_1920x0_80_0_0_453f13eac4d6bca0899b4df078a50e24.jpg
BAKI, 13 fevral — Sputnik. Ukrayna hakimiyyəti ötən ilin yazında sülh danışıqlarını sanki yuxarıdan gələn əmrlə qəfil dayandırıb. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib. Kreml nümayəndəsi Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlazın Moskva ilə Kiyev arasında danışıqlar prosesinin kəsilməsinə səbəb kimi Qərbin müdaxiləsi ilə bağlı bəyanatlarını şərh edib. "Biz bunu sizə altı ay, hətta yeddi aydır deyirik. Rusiya Prezidenti Vladimir Putin bu barədə müxtəlif səviyyələrdə danışıb. Söhbət çox çətin danışıqlar nəticəsində razılaşdırılmış və hətta paraflanmış sənəddən gedir", – deyə Peskov qeyd edib. "Əslində, birdən-birə, sanki yuxarıdan gələn əmrlə Ukrayna tərəfi danışıqlar masasını tərk etdi, kommunikasiyaları kəsdi", - deyən Rusiya prezidentinin sözçüsü Moskvanın bu barədə dəfələrlə bəyan etdiyini bildirib. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/0b/450549494_341:0:3072:2048_1920x0_80_0_0_632c8165c30df6c8a8635f540f0e6eba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dmitri peskov, abş, ukrayna
dmitri peskov, abş, ukrayna
Ukrayna danışıqları "yuxarıdan gələn" göstərişlə dayandırıb - Peskov
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, söhbət çox çətin bir iş nəticəsində razılaşdırılmış sənəddən gedir.
BAKI, 13 fevral — Sputnik. Ukrayna hakimiyyəti ötən ilin yazında sülh danışıqlarını sanki yuxarıdan gələn əmrlə qəfil dayandırıb.
Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.
Kreml nümayəndəsi Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlazın Moskva ilə Kiyev arasında danışıqlar prosesinin kəsilməsinə səbəb kimi Qərbin müdaxiləsi ilə bağlı bəyanatlarını şərh edib.
"Biz bunu sizə altı ay, hətta yeddi aydır deyirik. Rusiya Prezidenti Vladimir Putin bu barədə müxtəlif səviyyələrdə danışıb. Söhbət çox çətin danışıqlar nəticəsində razılaşdırılmış və hətta paraflanmış sənəddən gedir", – deyə Peskov qeyd edib.
"Əslində, birdən-birə, sanki yuxarıdan gələn əmrlə Ukrayna tərəfi danışıqlar masasını tərk etdi, kommunikasiyaları kəsdi", - deyən Rusiya prezidentinin sözçüsü Moskvanın bu barədə dəfələrlə bəyan etdiyini bildirib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.