https://sputnik.az/20230213/rusiya-yaponiyaya-xeberdarliq-etdi-451700950.html
Rusiya Yaponiyaya xəbərdarlıq etdi
Rusiya Yaponiyaya xəbərdarlıq etdi
Sputnik Azərbaycan
Rusiya XİN rəhbərinin müavini bildirib ki, Yaponiya Rusiya sərhədləri yaxınlığında təhlükəli fəaliyyətləri artırır. 13.02.2023, Sputnik Azərbaycan
2023-02-13T12:14+0400
2023-02-13T12:14+0400
2023-02-13T12:14+0400
rusiya
yaponiya
rusiya xarici işlər nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/06/03/427117370_0:78:3125:1837_1920x0_80_0_0_26630f5cd239011ab70a4fd7801e37f1.jpg
BAKI, 13 fevral — Sputnik. Moskva Yaponiyanın hərbi potensialının inkişafını diqqətlə izləyir və Uzaq Şərq regionlarına hər hansı təhlükə, o cümlədən Yaponiyanın sərhəd adalarında hipersəs raketlərinin görünməsi halında Rusiya tərəfi müdafiə doktrinasına uyğun olaraq dərhal cavab verəcək. Bu barədə RİA Novosti agentliyinə müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. Yaponiya Müdafiə Nazirliyi Yerüstü Özünümüdafiə Qüvvələrinin tərkibində hipersəs sürüşmə bloku ilə ballistik raketlərə nəzarət edəcək iki bölmə yaratmağı və onların sonradan Kyuşu və Hokkaydo adalarında qarnizonlarda yerləşdirilməsini planlaşdırır. 2026-cı ilə qədər iki bölmənin yaradılması gözlənilir. "Həqiqətən də, son vaxtlar Yaponiya hərbi potensialının modernləşdirilməsini kəskin surətdə artırıb, Rusiya sərhədləri yaxınlığında təhlükəli fəaliyyətləri artırır, o cümlədən ABŞ və digər ölkələrlə birgə irimiqyaslı təlimlər keçirir, yeni raket və adi silah növlərini sınaqdan keçirir. Bu baxımdan Yaponiya tərəfinə diplomatik kanallar vasitəsilə kəskin etiraz var", - Rudenko Moskvanın Yaponiyanın uzaqmənzilli hipersəs raketləri yaratmaq planlarını necə qiymətləndirdiyi ilə bağlı sualı cavablandırarkən deyib. "Biz Yaponiyanın hərbi sənayesinin inkişafını yaxından izləməyə davam edəcəyik və Uzaq Şərq regionlarımıza hər hansı potensial təhlükəsizlik təhdidləri yaranarsa, Rusiyanın müdafiə doktrinasına uyğun olaraq dərhal cavab tədbirləri görəcəyik", - nazir müavini əlavə edib. Bundan əvvəl "Mainiti" qəzeti yazıb ki, Yaponiya hökuməti 3000 kilometrə qədər məsafə qət edə bilən idarə olunan raketlərin hazırlanması və sonradan onların Hokkaydo da daxil olmaqla, ölkənin müxtəlif bölgələrində mərhələli şəkildə yerləşdirilməsini araşdırır. Bundan əlavə, "Sankey" nəşri məlumatlı mənbələrə istinadən xəbər verir ki, ABŞ bu məsələ ilə bağlı rəsmi danışıqlara başlayarsa, Yaponiya hakimiyyəti Amerikanın ortamənzilli raketlərini öz ərazisində yerləşdirməyi nəzərdən keçirmək niyyətindədir. Qəzet qeyd edib ki, ABŞ tərəfi "LRHW" hipersəs raketlərini və hazırlanmaqda olan "Tomahavk" qanadlı raketlərini yerləşdirmə üçün mümkün namizədlər kimi göstərib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/03/427117370_79:0:2810:2048_1920x0_80_0_0_b255a926ac36e8f4c9db89fef6ca1e8d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
yaponiya, rusiya xarici işlər nazirliyi
yaponiya, rusiya xarici işlər nazirliyi
Rusiya Yaponiyaya xəbərdarlıq etdi
Rusiya XİN rəhbərinin müavini bildirib ki, Yaponiya Rusiya sərhədləri yaxınlığında təhlükəli fəaliyyətləri artırır.
BAKI, 13 fevral — Sputnik. Moskva Yaponiyanın hərbi potensialının inkişafını diqqətlə izləyir və Uzaq Şərq regionlarına hər hansı təhlükə, o cümlədən Yaponiyanın sərhəd adalarında hipersəs raketlərinin görünməsi halında Rusiya tərəfi müdafiə doktrinasına uyğun olaraq dərhal cavab verəcək. Bu barədə RİA Novosti agentliyinə müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
Yaponiya Müdafiə Nazirliyi Yerüstü Özünümüdafiə Qüvvələrinin tərkibində hipersəs sürüşmə bloku ilə ballistik raketlərə nəzarət edəcək iki bölmə yaratmağı və onların sonradan Kyuşu və Hokkaydo adalarında qarnizonlarda yerləşdirilməsini planlaşdırır. 2026-cı ilə qədər iki bölmənin yaradılması gözlənilir.
"Həqiqətən də, son vaxtlar Yaponiya hərbi potensialının modernləşdirilməsini kəskin surətdə artırıb, Rusiya sərhədləri yaxınlığında təhlükəli fəaliyyətləri artırır, o cümlədən ABŞ və digər ölkələrlə birgə irimiqyaslı təlimlər keçirir, yeni raket və adi silah növlərini sınaqdan keçirir. Bu baxımdan Yaponiya tərəfinə diplomatik kanallar vasitəsilə kəskin etiraz var", - Rudenko Moskvanın Yaponiyanın uzaqmənzilli hipersəs raketləri yaratmaq planlarını necə qiymətləndirdiyi ilə bağlı sualı cavablandırarkən deyib.
"Biz Yaponiyanın hərbi sənayesinin inkişafını yaxından izləməyə davam edəcəyik və Uzaq Şərq regionlarımıza hər hansı potensial təhlükəsizlik təhdidləri yaranarsa, Rusiyanın müdafiə doktrinasına uyğun olaraq dərhal cavab tədbirləri görəcəyik", - nazir müavini əlavə edib.
Bundan əvvəl "Mainiti" qəzeti yazıb ki, Yaponiya hökuməti 3000 kilometrə qədər məsafə qət edə bilən idarə olunan raketlərin hazırlanması və sonradan onların Hokkaydo da daxil olmaqla, ölkənin müxtəlif bölgələrində mərhələli şəkildə yerləşdirilməsini araşdırır.
Bundan əlavə, "Sankey" nəşri məlumatlı mənbələrə istinadən xəbər verir ki, ABŞ bu məsələ ilə bağlı rəsmi danışıqlara başlayarsa, Yaponiya hakimiyyəti Amerikanın ortamənzilli raketlərini öz ərazisində yerləşdirməyi nəzərdən keçirmək niyyətindədir. Qəzet qeyd edib ki, ABŞ tərəfi "LRHW" hipersəs raketlərini və hazırlanmaqda olan "Tomahavk" qanadlı raketlərini yerləşdirmə üçün mümkün namizədlər kimi göstərib.