Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kiyevə tədarük səbəbindən Avropa İttifaqında silah ehtiyatı tükənib

© Sputnik / Mediabanka keçidUkrayna ordusunun məhv edilmiş hərbi texnikası
Ukrayna ordusunun məhv edilmiş hərbi texnikası - Sputnik Azərbaycan, 1920, 13.02.2023
Abunə olmaq
Mariya Zaxarova qeyd edib ki, yeni silahların tədarükü artıq Qərb ölkələrinə kömək etməyəcək, əksinə, yalnız onlarda yaranmış böhranları daha da dərinləşdirəcək.
BAKI, 13 fevral — Sputnik. NATO-ya üzv ölkələrin silah ehtiyatları Kiyev rejiminə tədarüklər səbəbindən kritik dərəcədə aşağı həddə çatıb. Bununla əlaqədar Alyans üzv dövlətlərdən anbarda olan silahların miqdarını artırmağı xahiş etməyi planlaşdırır.
Bu barədə "Reuters" mənbələrə istinadən xəbər verir.
Söhbət, xüsusilə,155 millimetrlik artilleriya qurğuları, "HIMARS" reaktiv yaylım atəş sistemləri, "Iris-T" hava hücumundan müdafiə sistemləri üçün sursat və "Patriot" hava hücumundan müdafiə sistemlərindən gedir.
Silah ehtiyatlarının həcminin artırılması ilə bağlı qərar NATO ölkələri tərəfindən 2023-cü ilin iyulunda Vilnüsdə keçiriləcək və 40 ölkədən nümayəndə heyətlərinin qatılacağı sammitdə qəbul ediləcək.
Bundan əvvəl Polşa lideri Anjey Duda bildirib ki, Qərb yaxın vaxtlarda Kiyevə daha çox silah ötürməlidir. Buna cavab olaraq Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, yeni silahların tədarükü artıq Qərb ölkələrinə kömək etməyəcək, əksinə, yalnız onlarda yaranmış böhranları daha da dərinləşdirəcək.
Xəbər lenti
0