https://sputnik.az/20230213/bakidaki-bu-yataqxanalar-sokulecek-451713766.html
Bakıdakı bu yataqxanalar söküləcək
Bakıdakı bu yataqxanalar söküləcək
Sputnik Azərbaycan
Binaların qəzalı vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumların nümayəndələri tərəfindən binalara baxış keçirilib və toplanan... 13.02.2023, Sputnik Azərbaycan
2023-02-13T17:30+0400
2023-02-13T17:30+0400
2023-02-13T17:30+0400
yataqxana
paytaxt xəbərləri
https://cdnn1.img.sputnik.az/img/42332/45/423324592_0:160:3073:1888_1920x0_80_0_0_ba6fb6dc0b4c7367d4cd29ccea9f35f5.jpg
BAKI, 13 fevral — Sputnik. Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski, 212 ünvanında yerləşən keçmiş Bakı Şin Zavodunun 2 ədəd qəzalı vəziyyətdə olan dördmərtəbəli yataqxanası söküləcək. Yataqxanalarda ümumilikdə 140 ailə məskunlaşıb. Binaların qəzalı vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumların nümayəndələri tərəfindən binalara baxış keçirilib və toplanan sənədlər Nazirlər Kabinetinə təqdim edilib. Qəbul edilən qərara uyğun olaraq bu binalardan sakinlərin köçürülməsi qərara alınıb. Sakinlər bildiriblər ki, rayon İcra Hakimiyyətinin və kommunal xidmətlərin əməkdaşları tərəfindən sakinlərdən müvafiq sənədlər toplanır. Bununla bağlı işlərin sürətli aparılması üçün ərazidə mobil vaqon qərargah da quraşdırılıb və sənədlərin toplanması yekunlaşmaq üzrədir. Sənədlərin toplanması yekunlaşdıqdan sonra yataqxanaların söküntüsünə başlanacaq. Sakinlərin verdiyi məlumata görə, onlara yaşadıqları mənzillər müqabilində kompensasiya təklif edilsə də, onlar mövcud yataqxanaların yerində yeni binaların tikintisi və bu binalarda mənzillərlə təmin olunmaları variantına üstünlük verdiklərini bildiriblər. Hələlik sakinlərin hansı şərtlər əsasında köçürüləcəyi barədə son qərar yoxdur. Xatırladaq ki, bu yataqxana binaları 1956-cı ildə tikilib. Yataqxanalarda hazırda əsasən zavodun keçmiş işçiləri yaşayır. (APA)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42332/45/423324592_170:0:2901:2048_1920x0_80_0_0_7f5a18667017d3025d182ce49fef8c18.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
yataqxana
Bakıdakı bu yataqxanalar söküləcək
Binaların qəzalı vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumların nümayəndələri tərəfindən binalara baxış keçirilib və toplanan sənədlər Nazirlər Kabinetinə təqdim edilib.
BAKI, 13 fevral — Sputnik. Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski, 212 ünvanında yerləşən keçmiş Bakı Şin Zavodunun 2 ədəd qəzalı vəziyyətdə olan dördmərtəbəli yataqxanası söküləcək.
Yataqxanalarda ümumilikdə 140 ailə məskunlaşıb.
Binaların qəzalı vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumların nümayəndələri tərəfindən binalara baxış keçirilib və toplanan sənədlər Nazirlər Kabinetinə təqdim edilib. Qəbul edilən qərara uyğun olaraq bu binalardan sakinlərin köçürülməsi qərara alınıb.
Sakinlər bildiriblər ki, rayon İcra Hakimiyyətinin və kommunal xidmətlərin əməkdaşları tərəfindən sakinlərdən müvafiq sənədlər toplanır. Bununla bağlı işlərin sürətli aparılması üçün ərazidə mobil vaqon qərargah da quraşdırılıb və sənədlərin toplanması yekunlaşmaq üzrədir. Sənədlərin toplanması yekunlaşdıqdan sonra yataqxanaların söküntüsünə başlanacaq.
Sakinlərin verdiyi məlumata görə, onlara yaşadıqları mənzillər müqabilində kompensasiya təklif edilsə də, onlar mövcud yataqxanaların yerində yeni binaların tikintisi və bu binalarda mənzillərlə təmin olunmaları variantına üstünlük verdiklərini bildiriblər.
Hələlik sakinlərin hansı şərtlər əsasında köçürüləcəyi barədə son qərar yoxdur.
Xatırladaq ki, bu yataqxana binaları 1956-cı ildə tikilib. Yataqxanalarda hazırda əsasən zavodun keçmiş işçiləri yaşayır. (APA)