https://sputnik.az/20230212/rusiyadan-turkiyeye-vacib-levazimatlardan-ibaret-humanitar-yardim-gonderilib-451684267.html
Rusiyadan Türkiyəyə vacib ləvazımatlardan ibarət humanitar yardım göndərilib
Rusiyadan Türkiyəyə vacib ləvazımatlardan ibarət humanitar yardım göndərilib
Sputnik Azərbaycan
Rusiya Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi 500 çadır, 9000 yataq çantası və istilik izolyasiya döşəkləri, həmçinin 19 ton ərzaq məhsulunun... 12.02.2023, Sputnik Azərbaycan
2023-02-12T15:20+0400
2023-02-12T15:20+0400
2023-02-12T15:20+0400
rusiya
zəlzələ
türkiyə
ərdoğan
rəcəb tayyip ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0c/451684109_0:63:2983:1741_1920x0_80_0_0_ad16920edbebb6837722784dabb12dd5.jpg
BAKI, 12 fevral - Sputnik. Rusiya Federasiyası Türkiyənin cənub-şərqində baş verən zəlzələdən zərər çəkənlərə humanitar yardım göndərib. Bu barədə Rusiyanın Ankaradakı səfirliyi "Telegram"da xəbər verib. Diplomatik idarədən verilən məlumata görə, Rusiya Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi 500 çadır, 9000 yataq çantası və istilik izolyasiya döşəkləri, həmçinin 19 ton ərzaq məhsulunun göndərilməsini təşkil edib. Rusiya səfirliyi əlavə edib ki, humanitar yardımın yeni partiyası Türkiyəyə göndərilmək üçün hazırlanır. Rusiya xilasediciləri Türkiyədədir və onlar dağıntıları aradan qaldırmağa və sağ qalanları axtarmağa kömək edirlər. Ruisya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Rusiya xilasediciləri hər gün zəlzələlərdən ciddi zərər çəkən Türkiyə və qonşu ölkə Suriyada 1,5 min kubmetrdən çox ərazini dağıntılardan təmizləyir. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0c/451684109_0:0:2731:2048_1920x0_80_0_0_7778066505a5451590f3d4408e1bef45.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəlzələ, türkiyə, ərdoğan, rəcəb tayyip ərdoğan
zəlzələ, türkiyə, ərdoğan, rəcəb tayyip ərdoğan
Rusiyadan Türkiyəyə vacib ləvazımatlardan ibarət humanitar yardım göndərilib
Rusiya Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi 500 çadır, 9000 yataq çantası və istilik izolyasiya döşəkləri, həmçinin 19 ton ərzaq məhsulunun göndərilməsini təşkil edib.
BAKI, 12 fevral - Sputnik. Rusiya Federasiyası Türkiyənin cənub-şərqində baş verən zəlzələdən zərər çəkənlərə humanitar yardım göndərib.
Bu barədə Rusiyanın Ankaradakı səfirliyi "Telegram"da xəbər verib.
Diplomatik idarədən verilən məlumata görə, Rusiya Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi 500 çadır, 9000 yataq çantası və istilik izolyasiya döşəkləri, həmçinin 19 ton ərzaq məhsulunun göndərilməsini təşkil edib.
Rusiya səfirliyi əlavə edib ki, humanitar yardımın yeni partiyası Türkiyəyə göndərilmək üçün hazırlanır.
Rusiya xilasediciləri Türkiyədədir və onlar dağıntıları aradan qaldırmağa və sağ qalanları axtarmağa kömək edirlər. Ruisya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Rusiya xilasediciləri hər gün zəlzələlərdən ciddi zərər çəkən Türkiyə və qonşu ölkə Suriyada 1,5 min kubmetrdən çox ərazini dağıntılardan təmizləyir.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb