Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukrayna üçün NATO qırıcıları: olmaq, ya da olmamaq

© AP Photo / Bryan van der BeekF-16 qırıcıları
F-16 qırıcıları - Sputnik Azərbaycan, 1920, 10.02.2023
Abunə olmaq
Rişi Sunak rəsmi olaraq müdafiə naziri Ben Uollesə müraciət edərək Kral Hərbi Hava Qüvvələrinin hansı döyüş təyyarələrinin Ukraynaya "uzunmüddətli perspektivdə" verilə biləcəyinin öyrənilməsini xahiş edib.
London NATO qırıcılarının Kiyev rejiminə verilməsi variantını aktivləşdirməyə çalışır, baxmayaraq ki, bunun üçün uyğun təyyarələri yoxdur. Britaniya qırıcılar parkı dünyada 20-ci yerdədir (119 ədəd) və təyyarələrin sayına görə Yunanıstan, İspaniya və Almaniya aviaparklarından geri qalır. Kiyev rejimi NATO ölkələrində məşhur olan 200-ə qədər F-16 qırıcılarını alacağına ümid edir. Britaniya Hərbi Hava Qüvvələrində belə təyyarələr yoxdur. Londonun elan etdiyi Ukrayna Silahlı Qüvvələrinin pilotlarının təlimi mənasız görünür.
Kiyevin baş aktyoru Vladimir Zelenskinin London və Parisdə səs-küylü qastrol səfəri bir müddət dünya ictimaiyyətinin diqqətini Türkiyə və Suriyadakı zəlzələnin faciəvi nəticələrindən yayındırıb. Lakin Zelenskinin şousu şübhəsiz ki, Rusiyanın XHƏ zonasındakı vəziyyətə təsir etməyib. NATO-nun resursları Rusiya ilə proksi müharibədə qalib gəlmək üçün kifayət deyil, birbaşa silahlı münaqişədə isə nüvə triadasının potensialı alyansın məhv edilməsinə zəmanət verir.
Londonda və Parisdə keçirilən görüşlərdə Ukrayna prezidenti guya Kiyevin qələbəsini təmin edəcək və bu hadisənin "dünyanı dəyişdirəcəyi" güman edilən NATO qırıcılarını istəyib. Britaniya ABŞ-dan sonra USQ-nin ən böyük "dəstəkçisidir". London artıq 2,8 milyard dollarlıq hərbi yardım yardım ayırıb və 2023-cü ildə də eyni məbləği vəd edib. Britaniyanın baş nazir Rişi Sunak "Challenger 2" tankçılarının, dəniz piyadalarının və pilotların iştirakı ilə 10 min ukraynalı əsgərin təlim keçdiyini bildirib. Burada obyektiv problemlər başlayır - axı Londonda Ukrayna Silahlı Qüvvələri üçün uyğun təyyarə yoxdur. Bir neçə bahalı "gözə görünməyən" F-35 qırıcıları heç müzakirə edilmir. Köhnə ingilis "Eurofighter Typhoon" qırıcıları 2025-ci ilə qədər istifadədən çıxarılacaq və "döyüş üçün uyğun olmayan yalnız təlim təyyərələri" olaraq qalacaq. "Tornado" təyyarələri isə "qəzalı vəziyyətdədir" və Kral Hərbi Hava Qüvvələri tərəfindən dörd ildir ki, istifadə edilmir. Hətta ingilis pilotlarını hazırlamaq üçün də kifayət qədər təlimatçı yoxdur. "Eurofighter" qırıcısını idarə etmək üçün minimum təlim müddəti üç il və daha yaxşısı isə beş ildir.
Yenə də mövzu qapanmayıb. Böyük Britaniyanın baş naziri Rişi Sunak rəsmi olaraq müdafiə naziri Ben Uollesə müraciət edərək Kral Hərbi Hava Qüvvələrinin hansı döyüş təyyarələrinin Ukraynaya "uzunmüddətli perspektivdə" verilə biləcəyinin öyrənilməsini xahiş edib. NATO qırıcılarının Ukrayna Silahlı Qüvvələrinə verilməsi uzun müddətdir müzakirə olunur, Pentaqon bu ideyanı dəstəkləyir, Ağ Ev isə bunun əleyhinədir. Tarixin tərəziləri dəyişir.
"Azadlığın qanadları" və ya Parisdə "fonoqram"
"Yaşıl sviterli keçmiş komediyaçı"nın NATO-nun "azadlıq qanadları"nı əldə etmək istəyi Parisdə də rezonans doğurub. Fransa Prezidenti Emmanuel Makron fevralın 8-də Ukrayna prezidenti və Almaniya kansleri Olaf Şoltsla şam yeməyindən əvvəl deyib: "Rusiya bu müharibədə qalib gələ bilməz və gəlməməlidir". Eyni zamanda ABŞ-ın müdafiə naziri Lloyd Ostin və NATO-nun baş katibi Yens Stoltenberq Pentaqonda bir daha Kiyev rejiminə yardımı müzakirə ediblər - Ukrayna əməliyyat teatrı "Rusiyanın yaratdığı problemləri daha effektiv həll etmək üçün" alyansın hərbi uyğunlaşmasının vacib elementidir. Bu fonda Böyük Britaniya Silahlı Qüvvələrinin sabiq komandiri Riçard Barrons vurğulayıb ki, Qərb ölkələri Kiyevə operativ şəkildə qırıcı təyyarələr verməyə həvəsli deyil, çünki Ukrayna Silahlı Qüvvələrinin aviasiyası yaxın gələcəkdə münaqişənin gedişatını dəyişməyəcək. Dumanlı Albionda ukraynalı pilotların hazırlığının nə vaxt başlayacağı hələlik bəlli deyil və yenə də Britaniya hökuməti Ukraynanı NATO standartlarına uyğun yeni qırıcılarla təmin etmək variantını nəzərdən keçirir.
Rusiya tərəfi həmin gün Londonu və digər Qərb paytaxtlarını XHƏ zonasında növbəti eskalasiyanın fəlakətli təhlükəsi barədə xəbərdar edib – Kiyev rejiminə qırıcıların tədarükü "Avropa qitəsi və bütün dünya üçün hərbi və siyasi nəticələrə gətirib çıxaracaq".
Rusiya Prezidenti Vladimir Putin fevralın 9-na keçən gecə baş nazir Mixail Mişustin, Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun iştirakı ilə videobağlantı ilə Təhlükəsizlik Şurasının operativ müşavirəsini keçirib. Kremlin mətbuat xidməti bəzi məsələləri açıqlayıb, lakin ümumilikdə Rusiya Təhlükəsizlik Şurasının bu cür gecə iclasları NATO təcavüzkarlarına yaxşı heç nə vəd etmir.
Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov sentyabr ayında "Şimal axını" qaz kəmərlərində baş verən partlayışlarda ABŞ administrasiyasını günahlandırıb və "nəticələrin" olacağını vəd edib. Rusiya hesab edir ki, ABŞ-ın və bir neçə NATO müttəfiqinin bu dəhşətli cinayətdə əli var".
Ukrayna əməliyyatlar teatrında Qərb öz "qırmızı xətlərini" dəfələrlə pozaraq, münaqişənin gərginliyini artırıb. Kiyevə HIMARS reaktiv yaylım atəş sisteminin, "Bradley" piyada döyüş maşınlarının və "Patriot" zenit raket sistemlərinin tədarükü, "Leopard", "Abrams" və yerüstü "ağıllı bomba"ların (GLSDB) verilmə vədləri Amerikanın F-16 qırıcılarının və ya oxşar Avropa təyyarələrinin NATO-nun "yardım" siyahısında görünmə ehtimalını artırır. Rusiya Silahlı Qüvvələri buna texnoloji cəhətdən hazırdır. Ukrayna ordusu "Rusiyanın dəhşətli hücumuna hazırlaşır". ABŞ və onun Avropadakı müttəfiqlərin Kiyevdə nasist rejimini saxlamaq üçün zorakılıqla bir neçə milyon insanı itirməyə hazır olub-olmadığı aydın deyil?
Nüfuzlu "The American Conservative" nəşri xatırladır ki, Rusiya ilə mübarizə aparmaq üçün Ukraynadan istifadə etmək riskli "nüvə ruleti oyunudur" və ən yaxşısına ümid etmək cinayətdir: "Əlbəttə ki, Vaşinqtonun son məqsədi və Amerika xalqı qarşısında vəzifəsi öz xalqının təhlükəsizliyini qorumaqdır. ABŞ-ın Ukraynanın gələcəyinə marağı azdır, Krımın gələcəyi ilə bağlı isə yoxdur".
Xəbər lenti
0