https://sputnik.az/20230210/onlar-butun-dunyani-bmt-tehlukesizlik-surasinin-masasinda-aldatdilar---zaxarova-451642502.html
Onlar bütün dünyanı BMT Təhlükəsizlik Şurasının masasında aldatdılar - Zaxarova
Onlar bütün dünyanı BMT Təhlükəsizlik Şurasının masasında aldatdılar - Zaxarova
Sputnik Azərbaycan
Minsk prosesinin sponsorları kimi Qərb dövlətləri, o cümlədən Almaniya və Fransa Minskə və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə sadiq olduqları barədə... 10.02.2023, Sputnik Azərbaycan
2023-02-10T21:10+0400
2023-02-10T21:10+0400
2023-02-10T21:10+0400
bmt
rusiya
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/42355/74/423557482_0:0:3067:1725_1920x0_80_0_0_7dfc0bc797e334a47710cfb685ca1b1c.jpg
BAKI, 10 fevral — Sputnik. Fevralın 12-də "Minsk Sazişlərinin həyata keçirilməsi üzrə Tədbirlər Paketi"nin 8 ili tamam olur. 2015-ci ildə Normandiya formatı ölkələrinin - Rusiya, Almaniya, Fransa və Ukrayna liderlərinin iştirakı ilə Təmas Qrupunun bütün üzvləri - Ukrayna, KXDR və LPR, ATƏT və Rusiya nümayəndələri tərəfindən imzalanıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın "Telegram" kanalında məlumat paylaşılıb. Mariya Zaxrova qeyd edib ki, Tədbirlər Paketi real və əldə edilə bilən yol xəritəsi idi: "Bu, böhrandan çıxmaq, vəziyyəti gərginləşdirməmək üçün yol xəritəsi idi. Bu, Minsk razılaşmalarının fundamental bəndlərinin həyata keçirilməsinin vəziyyətin daha da pisləşməsinə imkan verməyəcəyinə zəmanət idi. 2015-ci il fevralın 17-də "Tədbirlər Paketi" BMT Təhlükəsizlik Şurasının 2202 saylı qərarı ilə təsdiqlənərək beynəlxalq hüququn tərkib hissəsinə çevrildi. Bu hamı üçün məcburi idi. Sonradan məlum olduğu kimi, nə Kiyev rejimi, nə də onun sponsorları və mentorları sülh yolu ilə nizamlanmaya getməyi planlaşdırmayıblar. Sadəcə olaraq, bütün dünya ictimaiyyətini aldatdılar və bunu BMT Təhlükəsizlik Şurasının masasında etdilər". "Sülh istəyirik deyib, sülh sənədinə imza atmaqla bütün dünyanı aldatdılar. Onlar əvvəlcədən bilirdilər ki, əks istiqamətdə hərəkət edəcəklər və imzalarının heç bir mənası yoxdur. Bütün bu illər ərzində Minsk prosesinin sponsorları kimi Qərb dövlətləri, o cümlədən Almaniya və Fransa Minskə və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə sadiq olduqları barədə həyasızcasına yalan danışdılar və Kiyev rejiminin Donbasdakı cinayətlərinə göz yumdular. Kiyev rejimi də öz növbəsində qərblilərin dəstəyini hiss edərək, danışıqlar prosesini yamsıladı və üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini sabotaj etdi. Eks-prezident P.Poroşenkonun etiraf etdiyi kimi, Ukrayna Rusiya ilə qarşıdurmaya daha yaxşı hazırlaşmaq üçün vaxt qazanırdı. Almaniya və Fransanın keçmiş liderləri Merkel və Olland da açıqlamaları ilə bunu təsdiqləyiblər. Yəni Kiyev və Qərb birlikdə Minsk prosesinin qəbir qazanına çevrildilər", - Zaxarovanın paylaşımında deyilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42355/74/423557482_280:0:3011:2048_1920x0_80_0_0_d8fa6889233f1e3300e79303ec48fac2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
bmt, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
bmt, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
Onlar bütün dünyanı BMT Təhlükəsizlik Şurasının masasında aldatdılar - Zaxarova
Minsk prosesinin sponsorları kimi Qərb dövlətləri, o cümlədən Almaniya və Fransa Minskə və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə sadiq olduqları barədə həyasızcasına yalan danışıblar.
BAKI, 10 fevral — Sputnik. Fevralın 12-də "Minsk Sazişlərinin həyata keçirilməsi üzrə Tədbirlər Paketi"nin 8 ili tamam olur. 2015-ci ildə Normandiya formatı ölkələrinin - Rusiya, Almaniya, Fransa və Ukrayna liderlərinin iştirakı ilə Təmas Qrupunun bütün üzvləri - Ukrayna, KXDR və LPR, ATƏT və Rusiya nümayəndələri tərəfindən imzalanıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın "Telegram" kanalında məlumat paylaşılıb.
Mariya Zaxrova qeyd edib ki, Tədbirlər Paketi real və əldə edilə bilən yol xəritəsi idi: "Bu, böhrandan çıxmaq, vəziyyəti gərginləşdirməmək üçün yol xəritəsi idi. Bu, Minsk razılaşmalarının fundamental bəndlərinin həyata keçirilməsinin vəziyyətin daha da pisləşməsinə imkan verməyəcəyinə zəmanət idi. 2015-ci il fevralın 17-də "Tədbirlər Paketi" BMT Təhlükəsizlik Şurasının 2202 saylı qərarı ilə təsdiqlənərək beynəlxalq hüququn tərkib hissəsinə çevrildi. Bu hamı üçün məcburi idi. Sonradan məlum olduğu kimi, nə Kiyev rejimi, nə də onun sponsorları və mentorları sülh yolu ilə nizamlanmaya getməyi planlaşdırmayıblar. Sadəcə olaraq, bütün dünya ictimaiyyətini aldatdılar və bunu BMT Təhlükəsizlik Şurasının masasında etdilər".
"Sülh istəyirik deyib, sülh sənədinə imza atmaqla bütün dünyanı aldatdılar. Onlar əvvəlcədən bilirdilər ki, əks istiqamətdə hərəkət edəcəklər və imzalarının heç bir mənası yoxdur. Bütün bu illər ərzində Minsk prosesinin sponsorları kimi Qərb dövlətləri, o cümlədən Almaniya və Fransa Minskə və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə sadiq olduqları barədə həyasızcasına yalan danışdılar və Kiyev rejiminin Donbasdakı cinayətlərinə göz yumdular. Kiyev rejimi də öz növbəsində qərblilərin dəstəyini hiss edərək, danışıqlar prosesini yamsıladı və üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini sabotaj etdi. Eks-prezident P.Poroşenkonun etiraf etdiyi kimi, Ukrayna Rusiya ilə qarşıdurmaya daha yaxşı hazırlaşmaq üçün vaxt qazanırdı. Almaniya və Fransanın keçmiş liderləri Merkel və Olland da açıqlamaları ilə bunu təsdiqləyiblər. Yəni Kiyev və Qərb birlikdə Minsk prosesinin qəbir qazanına çevrildilər", - Zaxarovanın paylaşımında deyilir.