https://sputnik.az/20230210/neytral-statusun-legvi-milli-tehlukesizliyine-zerbe-vurmaq-demek-olacaq---rf-xn-451608761.html
Neytral statusun ləğvi milli təhlükəsizliyinə zərbə vurmaq demək olacaq - RF XİN
Neytral statusun ləğvi milli təhlükəsizliyinə zərbə vurmaq demək olacaq - RF XİN
Sputnik Azərbaycan
Moldova vətəndaşlarının və siyasi qüvvələrinin əhəmiyyətli hissəsi Rusiya və digər MDB ölkələri ilə sıx əlaqələr saxlamağın tərəfdarıdır. 10.02.2023, Sputnik Azərbaycan
2023-02-10T12:57+0400
2023-02-10T12:57+0400
2023-02-10T12:57+0400
rusiya
rusiya
neytrallıq
status
ləğv
ləğv olunma
xin
rusiya xin
https://cdnn1.img.sputnik.az/img/40825/47/408254765_0:0:3165:1780_1920x0_80_0_0_367677d927e85b36427311ae61ae9ff5.jpg
BAKI, 10 fevral — Sputnik. Qərb və Kiyev Kişinyovu neytrallıqdan əl çəkməyə sövq edir, bu, Dnestryanı nizamlanmasına son qoyacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk Diplomatlar Günündə RİA Novosti-yə müsahibəsində bildirib. "Təəssüf ki, biz Qərbin və Kiyevin Kişinyovu ölkə Konstitusiyasında təsbit olunmuş bitərəf statusdan imtina etməyə necə sövq etdiyini görürük. Bir müddət əvvəl Ukraynanın özündə də eyni şey baş vermişdi, Moldova da bu gün onun izi ilə gedir", - o qeyd edib. Diplomatın sözlərinə görə, bitərəf status həmişə respublikanın təhlükəsizliyinin və daxili sabitliyinin təminatı olub və qalır. O xatırladıb ki, Moldova vətəndaşlarının və siyasi qüvvələrinin əhəmiyyətli hissəsi Rusiya və digər MDB ölkələri ilə sıx əlaqələr saxlamağın tərəfdarıdır. "Neytral statusun ləğvi ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq demək olacaq", - o əlavə edib. Polişçuk hesab edir ki, neytrallığın ləğvi Dnestryanı nizamlanmasına son qoyacaq, çünki Dnestryanı sakinləri özlərini Rusiyaya qarşı çıxan ittifaqlarla görmürlər. Son nəticədə Moldovanın neytrallığı rədd etməsi Kişinyovdakı o qüvvələrin əlinə oynayır ki, onlar bəyanatların əksinə olaraq Dnestryanı problemin güc yolu ilə həllinin tərəfdarıdırlar", - o qeyd edib. "Biz həmişə moldovalı həmkarlarımızı Qərb "tərəfdaşları" tərəfindən verilən təlimatlara obyektiv və praqmatik yanaşmağa çağırmışıq. Təcrübə göstərir ki, onlar Qərbin öz maraqlarının təmin edilməsinə yönəlib, sülh və sabitliyin qorunması ilə heç bir əlaqəsi yoxdur", - diplomat fikirlərini yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40825/47/408254765_0:0:2731:2048_1920x0_80_0_0_8e63f81c859e79927f7b0cb70aa4122f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, neytrallıq, status, ləğv, ləğv olunma, xin, rusiya xin
rusiya, neytrallıq, status, ləğv, ləğv olunma, xin, rusiya xin
Neytral statusun ləğvi milli təhlükəsizliyinə zərbə vurmaq demək olacaq - RF XİN
Moldova vətəndaşlarının və siyasi qüvvələrinin əhəmiyyətli hissəsi Rusiya və digər MDB ölkələri ilə sıx əlaqələr saxlamağın tərəfdarıdır.
BAKI, 10 fevral — Sputnik. Qərb və Kiyev Kişinyovu neytrallıqdan əl çəkməyə sövq edir, bu, Dnestryanı nizamlanmasına son qoyacaq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk Diplomatlar Günündə RİA Novosti-yə müsahibəsində bildirib.
"Təəssüf ki, biz Qərbin və Kiyevin Kişinyovu ölkə Konstitusiyasında təsbit olunmuş bitərəf statusdan imtina etməyə necə sövq etdiyini görürük. Bir müddət əvvəl Ukraynanın özündə də eyni şey baş vermişdi, Moldova da bu gün onun izi ilə gedir", - o qeyd edib.
Diplomatın sözlərinə görə, bitərəf status həmişə respublikanın təhlükəsizliyinin və daxili sabitliyinin təminatı olub və qalır.
O xatırladıb ki, Moldova vətəndaşlarının və siyasi qüvvələrinin əhəmiyyətli hissəsi Rusiya və digər MDB ölkələri ilə sıx əlaqələr saxlamağın tərəfdarıdır.
"Neytral statusun ləğvi ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq demək olacaq", - o əlavə edib.
Polişçuk hesab edir ki, neytrallığın ləğvi Dnestryanı nizamlanmasına son qoyacaq, çünki Dnestryanı sakinləri özlərini Rusiyaya qarşı çıxan ittifaqlarla görmürlər. Son nəticədə Moldovanın neytrallığı rədd etməsi Kişinyovdakı o qüvvələrin əlinə oynayır ki, onlar bəyanatların əksinə olaraq Dnestryanı problemin güc yolu ilə həllinin tərəfdarıdırlar", - o qeyd edib.
"Biz həmişə moldovalı həmkarlarımızı Qərb "tərəfdaşları" tərəfindən verilən təlimatlara obyektiv və praqmatik yanaşmağa çağırmışıq. Təcrübə göstərir ki, onlar Qərbin öz maraqlarının təmin edilməsinə yönəlib, sülh və sabitliyin qorunması ilə heç bir əlaqəsi yoxdur", - diplomat fikirlərini yekunlaşdırıb.