Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Milli Televiziyanın bu günü və sabahı

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidTelevizor ekranı
Televizor ekranı - Sputnik Azərbaycan, 1920, 10.02.2023
Abunə olmaq
Almaz Mahmud və Rövşanə Ağasəfqızı Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində milli televiziyanın bu gün üzləşdiyi problemlərdən və bu problemlərin həlli yollarından danışacaq.
1956-cı il fevralın 14-də Azərbaycan televiziyasının yayımı başlandı.
İlk zamanlar "Bakı" televiziya studiyası həftədə iki, sonra üç dəfə olmaqla iki saatlıq proqramla efirə çıxırdı. Əvvəllər mütəxəssis çatışmadığı üçün radio, qəzet və teatr işçilərini işə dəvət edilirdilər.
Bu gün Azərbaycan televiziyası - onlarla ümumrespublika telekanalı, onlarla kabel televiziyası və yüzlərlə internet telekanalıdır. Amma, illər əvvəl olduğu kimi, indi də müxtəlif aktual mövzuların peşəkar şəkildə işıqlandırılması və reytinqin artırılması mövzusu onların hamısı üçün aktuallığını qoruyub saxlayır.
"AzTV" Televiziya və Radio Akademiyasının prorektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri Almaz Mahmud və populyar teleaparıcı Rövşanə Ağasəfqızı 13 fevral saat 12.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində milli televiziyanın bu gün üzləşdiyi problemlərdən və bu problemlərin həlli yollarından danışacaq.
Tədbir "Tik Tok" və "Facebook" sosial şəbəkələrində "Sputnik Azərbaycan" səhifəsində yayımlanacaq.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
"Sputnik Azərbaycan"ın multimedia mətbuat mərkəzi Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında yerləşir.
Xəbər lenti
0