https://sputnik.az/20230210/bakida-tikilen-goydelenler-mutexessisler-onlarin-zelzeleye-davamli-oldugunu-iddia-edirler-451594695.html
Bakıda tikilən göydələnlər: Mütəxəssislər onların zəlzələyə davamlı olduğunu iddia edirlər
Bakıda tikilən göydələnlər: Mütəxəssislər onların zəlzələyə davamlı olduğunu iddia edirlər
Sputnik Azərbaycan
Memar sovetlər dövründə inşa olunmuş iki-üç mərtəbəli binalara əlavə eyvanların, damların artırılmasının da həmin tikililərdə zəlzələyə davamlığı aşağı... 10.02.2023, Sputnik Azərbaycan
2023-02-10T10:00+0400
2023-02-10T10:00+0400
2023-02-10T10:00+0400
fhn
paytaxt xəbərləri
"göydələnlər"
zəlzələ
https://cdnn1.img.sputnik.az/img/42374/14/423741465_0:115:1920:1195_1920x0_80_0_0_5bacf842d4622de7638149b61994ba0c.jpg
BAKI, 10 fevral — Sputnik. Türkiyədə baş verən zəlzələ çoxmərtəbəli binaların zəlzələyə davamlılığı məsələsini aktuallaşdırıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov APA-a müsahibəsində bildirib ki, ölkədə tikintinin keyfiyyəti yüksək səviyyədədir və baş verə biləcək zəlzələlərə davamlıdır. Onun sözlərinə görə, hətta bu gün Azərbaycanda metal konstruksiyalar tətbiq etməklə 75 metr və daha hündür binaları da tikmək olar. E.Əsədov qeyd edib ki, ölkə ərazisində ilk dəfə 1960-cı illərin əvvəllərində seysmik tələblər formalaşdırılıb və 7 ballıq zəlzələyə davamlılıq tələbi qarşıya qoyulub. Seysmik tələblərə uyğun binaların tikintisi də məhz həmin tarixdən başlayır. 80-ci illərdə bu, bir qədər də təkmilləşdirilərək, 8 bala çatdırılıb. Bununla belə hələ də ölkəmizdə yeni inşa olunan binaların keyfiyyətinə, zəlzələyə, eləcə də digər təbii fəlakətlərə davamlılığına şübhələr var. FHN-nin verdiyi rəy etibarlıdırmı? Memar Cahid Həsənov Sputnik Azərbaycan-a açıqlanmasında bildirib ki, əhali arasında yeni tikililərlə bağlı ən böyük narahatlıq Bakıda inşa olunan göydələnlərə görədir. Amma son 10-15 ildir tikintiyə dair tələblər sərtləşdirilib. Tikintiyə yaxşı mənada sərt tələblər qoyulub ki, bu da zəlzələ zamanı baş verəcək arzuolunmaz halların qarşısını almağa yönəlib: "Türkiyədə baş verən zəlzələdən sonra əhali arasında çoxmərtəbəli binalarla bağlı narahatlıq anlaşılandır. Amma ölkəmizdə son illər bu məsələyə nəzarət və tələblər çox sərtləşdirilib. Möhkəmlik baxımından hər mərtəbəyə nəzarət edilir. Binaların tikilməsində istifadə edilən tikinti materiallarının keyfiyyəti yoxlanılır. Tikilən mərtəbənin keyfiyyəti yoxlanılmamış, növbəti mərtəbənin tikintisinə icazə verilmir". Bu binalarla bağlı təhlükə var Memar bildirir ki, bu gün əsas narahatlıq yaradan məqam son 10-15 ildə yox, müstəqillikdən sonra inşa olunan binalardır: "Həmin dövrdə qarışıqlıq vardı. Tikintiyə nəzarət çox zəif aparılıb. Hətta sahibkar tikilib başa çatmaq üzrə olan binanı alıb, mərtəbə sayını istədiyi kimi artırırdı. Həmin binaların zəlzələyə davamlılığı şübhə yaradır". Memar həmçinin sovetlər dövründə inşa olunmuş iki-üç mərtəbəli binalara əlavə eyvanların, damların artırılmasının da həmin tikililərdə zəlzələyə davamlılığı aşağı saldığını söyləyir. O, deyir ki, hazırda tikililərə ekspertizaya da nəzarət gücləndirilib. "Əgər binaya FHN-nin rəyi verilibsə, deməli, həmin bina inşa olunarkən nəzarət edilib, yoxlanılıb", - deyə memar bildirib. Amma C.Həsənov binaların bir-birinə yaxın inşa olunmasına nəzarətin gücləndirilməli olduğunu söyləyir. Onun sözlərinə görə, hündürmərtəbəli binaların çox yaxın tikilməsi təkcə zəlzələ yox, yanğın təhlükəsizliyi baxımından da təhlükəlidir. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev də son illər inşa olunan binaların keyfiyyətinə görə narahatlığa əsas olmadığı qənaətindədir. Ekspert deyir ki, Türkiyədə baş vermiş zəlzələ zamanı yeni binaların çökməsi narahatlıq yaratsa da, həmin ərazidə bəzi binaların salamat qalması əsas məsələnin keyfiyyətlə bağlı olduğunu göstərir: "Türkiyədə zəlzələ baş verən məhəllələrdə bəzi binaların tam sağlam qalması göstərir ki, onların keyfiyyəti yuxarıdır. Dağılan binalara diqqətlə baxsaq, Türkiyədə inşa olunan binalarda Azərbaycandakı qədər beton və armaturdan istifadə olunmadığını görərik. Bakıda isə binalar beton plitələr, divarlarla möhkəmləndirilir. Bizdə binalar tikilərkən 10 metrdən dərin özül qazılaraq beton tökülür. Ona görə də, xüsusilə son illər inşa olunan göydələnlərlə bağlı narahatlıq görmürəm". Köhnə binaların zəlzələdə dağılma riski böyükdür! Ekspert deyir ki, Azərbaycanda, xüsusilə paytaxt Bakıda əsas qorxulu məqam qəzalı, köhnə binaların olmasıdır. Belə binaların söküntüsü sürətləndirilməlidir: "Bizdə bu prosesin sürətləndirilməsinə ehtiyac var. Bir binanı sökərək yerində yenisinin inşası ən azı iki il çəkir. Həmin qəzalı binaları söküb tikmək on illərlə vaxt alır. Ona görə də, ən azı həmin binalarda söküntüyə qədər möhkəmləndirmə işləri aparmaq olar". Sürümşə zonasında tikilən göydələnlərin aqibəti necə olacaq? Qeyd edək ki, bu günlərdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, 2019-cu ildən sonra tikilən binalara seysmoloji rəy verilməsi üçün onlara müraciət edilməyib. Ekoloq Telman Zeynalov isə buna görə əhalinin narahatlığına əsas olmadığını bildirib. O, deyib ki, hazırda bu səlahiyyətlər FHN-ə həvalə olunduğundan yaşayış binaları inşa olunarkən ərazinin seysmik vəziyyəti torpaqdan götürülən nümunələr əsasında yoxlanılır: "Bakıda son dövrlərdə tikilən binalar 9 bal zəlzələyə davamlıdır. FHN həmin binalar inşa olunarkən torpağın tərkibini müayinə edir. Həmin binalara ekspertiza tərəfindən sənəd verilir ki, yoxlanılıb. FHN-in ekspertiza aparan institutları var. Amma əsas məsələ bu institutlarda çalışanların əsl mütəxəssis olub-olmamasındadır". Telman Zeynalov Bakıda sürüşmə ərazilərində inşa olunan çoxmərtəbəli binların da zəlzələyə davamlı olduğunu bildirib. Onun sözlərinə görə, sürüşmə zonasında tikilən binaların özülü ana süxura bərkidilir. Ona görə də zəlzələ baş verərsə, təhlükə yarana bilməz! Xatırladaq ki, fevralın 6-da Türkiyənin 10 vilayətində baş vermiş zəlzələdə 6,5 minədək bina dağılıb. Son məlumatlara görə, ölənlərin sayı 17 134-ə çatıb, 70 347 nəfər yaralanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42374/14/423741465_88:0:1833:1309_1920x0_80_0_0_e5e2a73d1cceff4f3afd6efc74eb13bd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
fhn, "göydələnlər", zəlzələ
fhn, "göydələnlər", zəlzələ
Bakıda tikilən göydələnlər: Mütəxəssislər onların zəlzələyə davamlı olduğunu iddia edirlər
Memar sovetlər dövründə inşa olunmuş iki-üç mərtəbəli binalara əlavə eyvanların, damların artırılmasının da həmin tikililərdə zəlzələyə davamlığı aşağı saldığını söyləyir.
BAKI, 10 fevral — Sputnik. Türkiyədə baş verən zəlzələ çoxmərtəbəli binaların zəlzələyə davamlılığı məsələsini aktuallaşdırıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov APA-a müsahibəsində bildirib ki, ölkədə tikintinin keyfiyyəti yüksək səviyyədədir və baş verə biləcək zəlzələlərə davamlıdır. Onun sözlərinə görə, hətta bu gün Azərbaycanda metal konstruksiyalar tətbiq etməklə 75 metr və daha hündür binaları da tikmək olar.
E.Əsədov qeyd edib ki, ölkə ərazisində ilk dəfə 1960-cı illərin əvvəllərində seysmik tələblər formalaşdırılıb və 7 ballıq zəlzələyə davamlılıq tələbi qarşıya qoyulub. Seysmik tələblərə uyğun binaların tikintisi də məhz həmin tarixdən başlayır. 80-ci illərdə bu, bir qədər də təkmilləşdirilərək, 8 bala çatdırılıb.
Bununla belə hələ də ölkəmizdə yeni inşa olunan binaların keyfiyyətinə, zəlzələyə, eləcə də digər təbii fəlakətlərə davamlılığına şübhələr var.
FHN-nin verdiyi rəy etibarlıdırmı?
Memar Cahid Həsənov Sputnik Azərbaycan-a açıqlanmasında bildirib ki, əhali arasında yeni tikililərlə bağlı ən böyük narahatlıq Bakıda inşa olunan göydələnlərə görədir. Amma son 10-15 ildir tikintiyə dair tələblər sərtləşdirilib. Tikintiyə yaxşı mənada sərt tələblər qoyulub ki, bu da zəlzələ zamanı baş verəcək arzuolunmaz halların qarşısını almağa yönəlib:
"Türkiyədə baş verən zəlzələdən sonra əhali arasında çoxmərtəbəli binalarla bağlı narahatlıq anlaşılandır. Amma ölkəmizdə son illər bu məsələyə nəzarət və tələblər çox sərtləşdirilib. Möhkəmlik baxımından hər mərtəbəyə nəzarət edilir. Binaların tikilməsində istifadə edilən tikinti materiallarının keyfiyyəti yoxlanılır. Tikilən mərtəbənin keyfiyyəti yoxlanılmamış, növbəti mərtəbənin tikintisinə icazə verilmir".
Bu binalarla bağlı təhlükə var
Memar bildirir ki, bu gün əsas narahatlıq yaradan məqam son 10-15 ildə yox, müstəqillikdən sonra inşa olunan binalardır: "Həmin dövrdə qarışıqlıq vardı. Tikintiyə nəzarət çox zəif aparılıb. Hətta sahibkar tikilib başa çatmaq üzrə olan binanı alıb, mərtəbə sayını istədiyi kimi artırırdı. Həmin binaların zəlzələyə davamlılığı şübhə yaradır".
Memar həmçinin sovetlər dövründə inşa olunmuş iki-üç mərtəbəli binalara əlavə eyvanların, damların artırılmasının da həmin tikililərdə zəlzələyə davamlılığı aşağı saldığını söyləyir.
O, deyir ki, hazırda tikililərə ekspertizaya da nəzarət gücləndirilib.
"Əgər binaya FHN-nin rəyi verilibsə, deməli, həmin bina inşa olunarkən nəzarət edilib, yoxlanılıb", - deyə memar bildirib.
Amma C.Həsənov binaların bir-birinə yaxın inşa olunmasına nəzarətin gücləndirilməli olduğunu söyləyir. Onun sözlərinə görə, hündürmərtəbəli binaların çox yaxın tikilməsi təkcə zəlzələ yox, yanğın təhlükəsizliyi baxımından da təhlükəlidir.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev də son illər inşa olunan binaların keyfiyyətinə görə narahatlığa əsas olmadığı qənaətindədir. Ekspert deyir ki, Türkiyədə baş vermiş zəlzələ zamanı yeni binaların çökməsi narahatlıq yaratsa da, həmin ərazidə bəzi binaların salamat qalması əsas məsələnin keyfiyyətlə bağlı olduğunu göstərir:
"Türkiyədə zəlzələ baş verən məhəllələrdə bəzi binaların tam sağlam qalması göstərir ki, onların keyfiyyəti yuxarıdır. Dağılan binalara diqqətlə baxsaq, Türkiyədə inşa olunan binalarda Azərbaycandakı qədər beton və armaturdan istifadə olunmadığını görərik. Bakıda isə binalar beton plitələr, divarlarla möhkəmləndirilir. Bizdə binalar tikilərkən 10 metrdən dərin özül qazılaraq beton tökülür. Ona görə də, xüsusilə son illər inşa olunan göydələnlərlə bağlı narahatlıq görmürəm".
Köhnə binaların zəlzələdə dağılma riski böyükdür!
Ekspert deyir ki, Azərbaycanda, xüsusilə paytaxt Bakıda əsas qorxulu məqam qəzalı, köhnə binaların olmasıdır. Belə binaların söküntüsü sürətləndirilməlidir: "Bizdə bu prosesin sürətləndirilməsinə ehtiyac var. Bir binanı sökərək yerində yenisinin inşası ən azı iki il çəkir. Həmin qəzalı binaları söküb tikmək on illərlə vaxt alır. Ona görə də, ən azı həmin binalarda söküntüyə qədər möhkəmləndirmə işləri aparmaq olar".
Sürümşə zonasında tikilən göydələnlərin aqibəti necə olacaq?
Qeyd edək ki, bu günlərdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, 2019-cu ildən sonra tikilən binalara seysmoloji rəy verilməsi üçün onlara müraciət edilməyib.
Ekoloq Telman Zeynalov isə buna görə əhalinin narahatlığına əsas olmadığını bildirib. O, deyib ki, hazırda bu səlahiyyətlər FHN-ə həvalə olunduğundan yaşayış binaları inşa olunarkən ərazinin seysmik vəziyyəti torpaqdan götürülən nümunələr əsasında yoxlanılır:
"Bakıda son dövrlərdə tikilən binalar 9 bal zəlzələyə davamlıdır. FHN həmin binalar inşa olunarkən torpağın tərkibini müayinə edir. Həmin binalara ekspertiza tərəfindən sənəd verilir ki, yoxlanılıb. FHN-in ekspertiza aparan institutları var. Amma əsas məsələ bu institutlarda çalışanların əsl mütəxəssis olub-olmamasındadır".
Telman Zeynalov Bakıda sürüşmə ərazilərində inşa olunan çoxmərtəbəli binların da zəlzələyə davamlı olduğunu bildirib. Onun sözlərinə görə, sürüşmə zonasında tikilən binaların özülü ana süxura bərkidilir. Ona görə də zəlzələ baş verərsə, təhlükə yarana bilməz!
Xatırladaq ki, fevralın 6-da Türkiyənin 10 vilayətində baş vermiş zəlzələdə 6,5 minədək bina dağılıb. Son məlumatlara görə, ölənlərin sayı 17 134-ə çatıb, 70 347 nəfər yaralanıb.