Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Volodin "Şimal axını"nın məhvinə görə Baydeni terrorçu adlandırıb

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidVyaçeslav Volodin
Vyaçeslav Volodin - Sputnik Azərbaycan, 1920, 09.02.2023
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın fikrincə, baş verənlər ideoloji və siyasi cəhətdən hazırlanmış cinayətdir.
BAKI, 9 fevral — Sputnik. ABŞ Prezidenti Co Bayden özünü tarixə strateji tərəfdaşlarının enerji infrastrukturunun məhv edilməsi əmrini verən terrorçu kimi yazır.
Bu fikirləri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
Pulitser mükafatı laureatı Seymur Herşin Amerika liderinin "Şimal axını"nındakı partlayışlarda iştirakı ilə bağlı araşdırmasını şərh edən siyasətçi qaz kəmərlərinin dağıdılmasının Avropa hökumətlərinin hədə-qorxu aktı olduğunu irəli sürüb.
"Bu, öz vətəndaşlarının maraqlarını rəhbər tutaraq iqtisadiyyatı inkişaf etdirmək qərarına gələn vassalları üçün qorxutma aktı idi", - deyə Volodin özünün "Telegram" kanalında yazıb.
Dövlət Dumasının spikeri Herşin dərc etdiyi məlumatlar əsasında beynəlxalq araşdırma aparmağa və qaz kəmərlərinin partladılmasına görə məsuliyyət daşıyanları, o cümlədən, Baydeni məsuliyyətə cəlb etməyə çağırıb. Bundan əlavə, Volodin hesab edir ki, zərər çəkmiş ölkələrə kompensasiya ödənilməlidir.
Xatırladaq ki, Herşin məqaləsində qeyd edilir ki, NATO-nun 2022-ci ilin yayında keçirilən Baltops təlimləri zamanı amerikalı dalğıclar "Şimal axını"nın altında norveçlilərin üç ay sonra aktivləşdirdikləri partlayıcıları quraşdırıblar.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya Federasiyasının qaz kəmərlərində partlayışlarla bağlı insidentin "ört-basdır edilməsinə" icazə verməyəcəyini bildirib. Onun fikrincə, baş verənlər ideoloji və siyasi cəhətdən hazırlanmış cinayətdir.
Xəbər lenti
0