https://sputnik.az/20230209/rusiya-xn-qerb-cinayetlere-susmaqla-bele-qetllere-imkan-verir-451596667.html
Rusiya XİN: Qərb cinayətlərə susmaqla belə qətllərə imkan verir
Rusiya XİN: Qərb cinayətlərə susmaqla belə qətllərə imkan verir
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, İstintaq Komitəsi artıq Kiyevin hərbi cinayətlərinə dair yeni video sübutları araşdırır. 09.02.2023, Sputnik Azərbaycan
2023-02-09T21:19+0400
2023-02-09T21:19+0400
2023-02-09T21:19+0400
rusiya xin
rusiya
kiyev
https://cdnn1.img.sputnik.az/img/07e6/05/17/442169395_0:0:3267:1839_1920x0_80_0_0_9cbc3110faf4ad9f89c26dd14f9cd81f.jpg
BAKI, 9 fevral — Sputnik. Rusiyalı hərbi əsirlərin edamı Ukrayna kuratorlarının vicdanına yazılıb, beynəlxalq strukturların buna susması isə utancvericidir. Bunu Rusiya Xarici İşlər Nazirliyi bildirib. Bildirilib ki, Moskva dəfələrlə beynəlxalq ictimaiyyətin və müvafiq təşkilatların diqqətini Kiyevin hərbi cinayətlərinə cəlb edib və Ukrayna hakimiyyətinin beynəlxalq humanitar hüquqa riayət etmədiyini bəyan edib. Nazirlik əlavə edib ki, Qərb cinayətlərə susmaqla belə qətllərə imkan verir. "Utancverici fakt müvafiq beynəlxalq strukturların peşəkarlıq və obyektivliklərini ABŞ və digər Qərb ölkələrinin rəğbətini qazanmaq istəyi ilə mübadilə edərək susmasıdır", - bəyanatda deyilir. Nazirlik qeyd edib ki, Rusiya İstintaq Komitəsi artıq Kiyevin hərbi cinayətlərinə dair yeni video sübutları araşdırır. Bildirilib ki, bu cinayətlər cəzasız qalmayacaq. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/17/442169395_24:0:2755:2048_1920x0_80_0_0_f40a3a742238a4ebcf3be922c3dcefde.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin, kiyev
Rusiya XİN: Qərb cinayətlərə susmaqla belə qətllərə imkan verir
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, İstintaq Komitəsi artıq Kiyevin hərbi cinayətlərinə dair yeni video sübutları araşdırır.
BAKI, 9 fevral — Sputnik. Rusiyalı hərbi əsirlərin edamı Ukrayna kuratorlarının vicdanına yazılıb, beynəlxalq strukturların buna susması isə utancvericidir. Bunu Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Bildirilib ki, Moskva dəfələrlə beynəlxalq ictimaiyyətin və müvafiq təşkilatların diqqətini Kiyevin hərbi cinayətlərinə cəlb edib və Ukrayna hakimiyyətinin beynəlxalq humanitar hüquqa riayət etmədiyini bəyan edib.
Nazirlik əlavə edib ki, Qərb cinayətlərə susmaqla belə qətllərə imkan verir.
"Utancverici fakt müvafiq beynəlxalq strukturların peşəkarlıq və obyektivliklərini ABŞ və digər Qərb ölkələrinin rəğbətini qazanmaq istəyi ilə mübadilə edərək susmasıdır", - bəyanatda deyilir.
Nazirlik qeyd edib ki, Rusiya İstintaq Komitəsi artıq Kiyevin hərbi cinayətlərinə dair yeni video sübutları araşdırır. Bildirilib ki, bu cinayətlər cəzasız qalmayacaq.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.