Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Ukrayna ilə müharibəyə son qoymaq istədiyini açıqlayıb

© Sputnik / Алексей ДаничевVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 09.02.2023
Abunə olmaq
Rusiya prezidenti bildirib ki, bu müharibəni 2014-cü ildə, dövlət çevrilişi həyata keçirilən zaman Ukraynadakı millətçilər və onlara dəstək verənlər başladıb.
BAKI, 9 fevral - Sputnik. Rusiya Ukraynada 2014-cü ildən bəri davam edən müharibəyə son qoymağa çalışır.
Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Bir daha bu barədə demək istəyirəm: biz heç bir müharibəyə başlamamışıq, onu bitirməyə çalışırıq. Bu müharibəni 2014-cü ildə, dövlət çevrilişi həyata keçirilən zaman Ukraynadakı millətçilər və onlara dəstək verənlər başlayıb. Hər şey bununla başladı, ondan sonra Krım və Donbasda hadisələr oldu”, - deyə dövlət başçısı aviasiya sənayesinin nümayəndələri ilə görüşündə qeyd edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Xəbər lenti
0