https://sputnik.az/20230209/peskov-abs-ukrayna-munaqisesinde-istirakini-genislendirir-451596852.html
Peskov: ABŞ Ukrayna münaqişəsində iştirakını genişləndirir
Peskov: ABŞ Ukrayna münaqişəsində iştirakını genişləndirir
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırıb. 09.02.2023, Sputnik Azərbaycan
2023-02-09T23:05+0400
2023-02-09T23:05+0400
2023-02-09T23:05+0400
peskov
rusiya
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1f/440664481_0:0:3077:1731_1920x0_80_0_0_2b9b22c9eb1940f8a81bcaff81407ba3.jpg
BAKI, 9 fevral — Sputnik. ABŞ Rusiyanı düşmən kimi qəbul edir və Ukraynadakı münaqişədə iştirakını genişləndirir, bu isə gərginliyin daha da artmasına səbəb olur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. Peskov həmçinin qeyd edib ki, Vaşinqton Ukraynadakı münaqişənin daha da genişlənməsinə səbəb olur. Avropanın Rusiya ilə münaqişədə genişlənən iştirakı Peskov bildirib ki, London tərəfindən Kiyevə qırıcı təyyarələrin tədarükü məsələsinə baxılması Avropanın Rusiya ilə münaqişədə genişlənən iştirakı kimi qəbul edilir. Bununla da Avropanın Rusiya ilə münaqişədə dolayı və ya birbaşa iştirak arasında sərhəd yox olur. "Biz bunu Böyük Britaniya, Almaniya, Fransanın Rusiya və Ukrayna arasındakı münaqişədə artan iştirakı kimi qəbul edirik. Dolayı və birbaşa iştirak arasındakı sərhəd getdikcə yox olur. Buna yalnız təəssüflənmək olar", - deyə Peskov deyib. Onun sözlərinə görə, adıçəkilən ölkələrin bu cür hərəkətləri bu münaqişə ətrafında gərginliyin artmasına gətirib çıxarır, onu uzadır, Ukrayna üçün isə daha ağrılı və fəlakətli edir". "Prinsipcə, ölkələrin bu hərəkətləri bu münaqişənin nəticəsini və xüsusi hərbi əməliyyat çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olmaq baxımından ölkəmizin izlədiyi trayektoriyanı dəyişməyəcək", - deyə Peskov vurğulayıb. "Şimal axınlarında" terror aktı barədə Rusiya prezidentinin mətbuat katibi bildirib ki, "Şimal axınlarında" terror aktı törədənlər bunu dünyanın istənilən yerində təkrarlaya bilərlər. "Bu, çox təhlükəli nümunədir. Əgər kimsə bunu bir dəfə törədibsə, bunu dünyanın istənilən yerində ikinci dəfə də təkrarlaya bilər. Dünyada belə təxribat törədə bilən ölkə çox deyil", - deyə Peskov bildirib. Amerikalı jurnalist, Pulitzer mükafatı laureatı Seymur Herş bu yaxınlarda birinci və ikinci "Şimal axını" qaz kəmərlərində baş verən partlayışlar haqqında məqalənin müəllifi olduğunu RİA Novosti-yə təsdiqləyib. Herşin məqaləsində deyilir ki, amerikalı dalğıclar 2022-ci ilin yayında NATO-nun "Baltops" təlimləri zamanı "Şimal axınları"nın altına partlayıcılar quraşdırıblar, hansı ki, norveçlilər üç ay sonra onları aktivləşdiriblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1f/440664481_348:0:3077:2047_1920x0_80_0_0_8ea0043a91a28fdf00829c1623292e15.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
Peskov: ABŞ Ukrayna münaqişəsində iştirakını genişləndirir
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırıb.
BAKI, 9 fevral — Sputnik. ABŞ Rusiyanı düşmən kimi qəbul edir və Ukraynadakı münaqişədə iştirakını genişləndirir, bu isə gərginliyin daha da artmasına səbəb olur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Peskov həmçinin qeyd edib ki, Vaşinqton Ukraynadakı münaqişənin daha da genişlənməsinə səbəb olur.
Avropanın Rusiya ilə münaqişədə genişlənən iştirakı
Peskov bildirib ki, London tərəfindən Kiyevə qırıcı təyyarələrin tədarükü məsələsinə baxılması Avropanın Rusiya ilə münaqişədə genişlənən iştirakı kimi qəbul edilir. Bununla da Avropanın Rusiya ilə münaqişədə dolayı və ya birbaşa iştirak arasında sərhəd yox olur.
"Biz bunu Böyük Britaniya, Almaniya, Fransanın Rusiya və Ukrayna arasındakı münaqişədə artan iştirakı kimi qəbul edirik. Dolayı və birbaşa iştirak arasındakı sərhəd getdikcə yox olur. Buna yalnız təəssüflənmək olar", - deyə Peskov deyib.
Onun sözlərinə görə, adıçəkilən ölkələrin bu cür hərəkətləri bu münaqişə ətrafında gərginliyin artmasına gətirib çıxarır, onu uzadır, Ukrayna üçün isə daha ağrılı və fəlakətli edir".
"Prinsipcə, ölkələrin bu hərəkətləri bu münaqişənin nəticəsini və xüsusi hərbi əməliyyat çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olmaq baxımından ölkəmizin izlədiyi trayektoriyanı dəyişməyəcək", - deyə Peskov vurğulayıb.
"Şimal axınlarında" terror aktı barədə
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, "Şimal axınlarında" terror aktı törədənlər bunu dünyanın istənilən yerində təkrarlaya bilərlər.
"Bu, çox təhlükəli nümunədir. Əgər kimsə bunu bir dəfə törədibsə, bunu dünyanın istənilən yerində ikinci dəfə də təkrarlaya bilər. Dünyada belə təxribat törədə bilən ölkə çox deyil", - deyə Peskov bildirib.
Amerikalı jurnalist, Pulitzer mükafatı laureatı Seymur Herş bu yaxınlarda birinci və ikinci "Şimal axını" qaz kəmərlərində baş verən partlayışlar haqqında məqalənin müəllifi olduğunu RİA Novosti-yə təsdiqləyib. Herşin məqaləsində deyilir ki, amerikalı dalğıclar 2022-ci ilin yayında NATO-nun "Baltops" təlimləri zamanı "Şimal axınları"nın altına partlayıcılar quraşdırıblar, hansı ki, norveçlilər üç ay sonra onları aktivləşdiriblər.