https://sputnik.az/20230208/ukrayna-istiqametinde-munaqiseler-efqanistandaki-veziyyetin-ehemiyyetini-azaltmir---putin-451567228.html
Ukrayna istiqamətində münaqişələr Əfqanıstandakı vəziyyətin əhəmiyyətini azaltmır - Putin
Ukrayna istiqamətində münaqişələr Əfqanıstandakı vəziyyətin əhəmiyyətini azaltmır - Putin
Sputnik Azərbaycan
Dövlət başçısı bildirib ki, Rusiya cənub sərhədləri yaxınlığında gərginlik nöqtələrinin yaranmasını istəmir. 08.02.2023, Sputnik Azərbaycan
2023-02-08T20:51+0400
2023-02-08T20:51+0400
2023-02-08T20:51+0400
rusiya
rusiya prezidenti vladimir putin
nikolay patruşev
ukrayna
əfqanıstan
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/08/449424050_0:183:2990:1865_1920x0_80_0_0_259226b490d29cf194f80d05481ab9d4.jpg
BAKI, 8 fevral - Sputnik. "Dünyada, o cümlədən Ukrayna istiqamətində münaqişə potensialının olması Əfqanıstandakı vəziyyətin əhəmiyyətini azaltmır". Bunu Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü Kremldə Əfqanıstan məsələsi üzrə müxtəlif ölkələrin təhlükəsizlik şuralarının katibləri ilə görüşündə deyib.Onun sözlərinə görə, Rusiya cənub sərhədləri boyunca yeni gərginlik nöqtələrinin yaranmasını istəmir.Bundan əvvəl Moskvada təhlükəsizlik şuraları katiblərinin Əfqanıstan problemi üzrə beşinci çoxtərəfli görüşü keçirilib.Tədbirdə Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistandan təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli nümayəndələr iştirak ediblər. Rusiyanı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev təmsil edib.Beşinci çoxtərəfli görüşün iştirakçıları Əfqanıstandakı vəziyyətin nizamlanmasına diqqət yetirməklə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.Xüsusilə, Patruşev bildirib ki, Əfqanıstan hakimiyyəti hazırda ABŞ-ın buraxdığı xaosun nəticələrini yaşayır və ölkədə vəziyyət sürətlə pisləşir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/08/449424050_131:0:2860:2047_1920x0_80_0_0_f8993c4904640710ed7cd3c3858028cb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya prezidenti vladimir putin, nikolay patruşev, ukrayna, əfqanıstan
rusiya prezidenti vladimir putin, nikolay patruşev, ukrayna, əfqanıstan
Ukrayna istiqamətində münaqişələr Əfqanıstandakı vəziyyətin əhəmiyyətini azaltmır - Putin
Dövlət başçısı bildirib ki, Rusiya cənub sərhədləri yaxınlığında gərginlik nöqtələrinin yaranmasını istəmir.
BAKI, 8 fevral - Sputnik. "Dünyada, o cümlədən Ukrayna istiqamətində münaqişə potensialının olması Əfqanıstandakı vəziyyətin əhəmiyyətini azaltmır". Bunu Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü Kremldə Əfqanıstan məsələsi üzrə müxtəlif ölkələrin təhlükəsizlik şuralarının katibləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, Rusiya cənub sərhədləri boyunca yeni gərginlik nöqtələrinin yaranmasını istəmir.
"Aydındır ki, bu gün dünyada çoxlu münaqişə potensialı var, çoxlu münaqişələr var və biz Rusiyadan, o cümlədən Ukrayna istiqamətində də uzaq deyilik. Biz bunu çox gözəl başa düşürük, bilirik. Amma bu, Əfqanıstandakı vəziyyətin əhəmiyyətini azaltmır. Bizim üçün bu, həmişə vacib olub, bu gün də ikiqat vacibdir, çünki cənub sərhədlərimizin yaxınlığında başqa gərginlik nöqtələrinin yaranmasını istəmirik”, - deyə Putin bildirib.
Bundan əvvəl Moskvada təhlükəsizlik şuraları katiblərinin Əfqanıstan problemi üzrə beşinci çoxtərəfli görüşü keçirilib.
Tədbirdə Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistandan təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli nümayəndələr iştirak ediblər. Rusiyanı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev təmsil edib.
Beşinci çoxtərəfli görüşün iştirakçıları Əfqanıstandakı vəziyyətin nizamlanmasına diqqət yetirməklə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Xüsusilə, Patruşev bildirib ki, Əfqanıstan hakimiyyəti hazırda ABŞ-ın buraxdığı xaosun nəticələrini yaşayır və ölkədə vəziyyət sürətlə pisləşir.