Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Türkiyəyə əlavə 50 xilasedici göndərib

© Photo : МЧС РФ / Mediabanka keçidRusiyanın Türkiyəyə göndərdiyi FHN əməkdaşları, arxiv şəkli
Rusiyanın Türkiyəyə göndərdiyi FHN əməkdaşları, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Abunə olmaq
Fevralın 6-da Suriya və Türkiyədə son 100 il ərzində baş vermiş ən güclü zəlzələ baş verib.
BAKI, 8 fevral - Sputnik. Rusiya Fövqəladə Hallar Nazirliyinin "Sentrospas" Dövlət Mərkəzi Aeromobil Xilasetmə Dəstəsinin daha 50 nəfər əməkdaşı Türkiyədə zəlzələnin nəticələrini aradan qaldırmaq üçün yola salınıb. Bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin rəhbərinin müşaviri Daniil Martınov bildirib.
Onun sözlərinə görə, bu dəfə göndərilən əməkdaşlar rusiyalı Türkiyədəki xilasedicilər qrupunu gücləndirəcək.
“Nazir tapşırıq verdi və bu gün, sözün əsl mənasında, üçüncü eşelon uçur - qrupumuzu gücləndirir. Bu, "Sentrospas" xilasetmə qrupumuzdan olan daha 50 nəfərdir ki, biz təmin etdiyimiz yardımı daha da artıra bilək", - deyə o, "Rossiya 24" telekanalının efirində deyib.
Fevralın 6-da Suriya və Türkiyədə 100 il ərzində baş vermiş 7,7 bal gücündə ən güclü zəlzələsi nəticəsində 7000-dən çox insan həlak olub və bu məlumat yekun deyil - minlərlə insan hələ də dağıntılar altındadır.
Təbii fəlakətdən dərhal sonra Rusiya Prezidenti Vladimir Putin Suriya və Türkiyə liderləri Bəşər Əsəd və Rəcəb Tayyib Ərdoğana zəlzələnin nəticələrinin aradan qaldırılması üçün yardım təklif edib. Yardım minnətdarlıqla qəbul edilib - RF Müdafiə Nazirliyinin hərbi qulluqçuları, 100-dən çox mütəxəssis və Rusiya Fövqəladə Hallar Nazirliyinin aeromobil hospitalı fəlakətlər zonasında işə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0