Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya FHN-in əlavə xilasedicilər və həkimlərdən ibarət xüsusi reysi Türkiyəyə eniş edib

© Photo : Пресс-служба МЧС РФ / Mediabanka keçidRusiya FHN əməkdaşları
Rusiya FHN əməkdaşları - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Abunə olmaq
Təbii fəlakətdən dərhal sonra Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəlzələnin nəticələrinin aradan qaldırılması üçün yardım təklif edib. Yardım minnətdarlıqla qəbul edilib.
BAKI, 8 fevral - Sputnik. Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasedicilər və həkimlərin olduğu xüsusi reysi Türkiyəyə eniş edib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin teleqram kanalı məlumat yayıb.
Bundan əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 nəqliyyat təyyarəsinin əlavə xilasedicilər və həkimlər qrupu ilə birlikdə Türkiyəyə uçduğu bildirilirdi.
“Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı təyyarəsi əlavə xilasedicilər və həkimlər qrupu ilə Türkiyəyə eniş edib”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, bu gün Rusiya Fövqəladə Hallar Nazirliyinin "Sentrospas" Dövlət Mərkəzi Aeromobil Xilasetmə Dəstəsinin daha 50 nəfər əməkdaşı Türkiyədə zəlzələnin nəticələrini aradan qaldırmaq üçün yola salınıb.
Fevralın 6-da Suriya və Türkiyədə 100 il ərzində baş vermiş 7,7 bal gücündə ən güclü zəlzələsi nəticəsində 9000-dən çox insan həlak olub və bu məlumat yekun deyil - minlərlə insan hələ də dağıntılar altındadır.
Təbii fəlakətdən dərhal sonra Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəlzələnin nəticələrinin aradan qaldırılması üçün yardım təklif edib. Yardım minnətdarlıqla qəbul edilib - RF Müdafiə Nazirliyinin hərbi qulluqçuları, 100-dən çox mütəxəssis və Rusiya Fövqəladə Hallar Nazirliyinin aeromobil hospitalı fəlakətlər zonasında işə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0