Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Diyetoloq ət bişirməyin ən faydalı üsulunu açıqlayıb

© AP Photo / Matt RourkeƏt, arxiv şəkli
Ət, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Abunə olmaq
Ginsburq bildirib ki, ədviyyatlı konservləşdirilmiş ət sağlamlıq üçün ən az zərərli hesab olunur.
BAKI, 8 fevral — Sputnik. Həkim-diyetoloq Mixail Ginsburq ət bişirməyin ən faydalı yolunu açıqlayıb. Bu barədə Rusiya mediası xəbər verib.
Onun sözlərinə görə, konservləşdirilmiş ət sağlamlığa ən az zərərli hesab olunur.
"Əti qızardanda həmişə daha çox kanserogen birləşmələr əmələ gəlir ki, bu da şişin yaranmasına səbəb olur", - deyə diyetoloq xəbərdarlıq edib.
Ginsburq yeməyi daha da faydalı etmək üçün konservləşdirilmiş ətə sarıkök və ya istiot kimi ədviyyatlar əlavə etməyi tövsiyə edib.
"Şərq ədviyyatları yaş proseslərini, yaş dəyişikliklərini gecikdirməyə çox yaxşı kömək edir, o cümlədən bəzi şişlərin inkişaf etməsindən qoruyur", - deyə həkim bildirib.
Mütəxəssis eyni zamanda əti zərərli qida adlandırıb və onu quş əti və ya balıqla əvəz etməyi məsləhət görüb.
Bu yaxınlarda Ginsburq müsli ilə süd məhsullarından olan içkini yaşlılar üçün ən faydalı qəlyanaltı adlandırırıb.
"Həmçinin bu qəlyanaltıda alma yemək də çox yaxşıdır. Tərəvəz, bir növ tərəvəz salatı da ola bilər. Boyat çörək, taxıl çörəyi, kəpəkli çörək də sağlamlığa faydalıdır", - deyə mütəxəssis əlavə edib.
Diyetoloqun sözlərinə görə, belə qəlyanaltı orqanizmə lazım olan hər şeyi ehtiva edir.
Xəbər lenti
0