https://sputnik.az/20230208/a-siyasetcilerinin-hereketleri-mentiqe-ziddir---novak-451526820.html
Aİ siyasətçilərinin hərəkətləri məntiqə ziddir - Novak
Aİ siyasətçilərinin hərəkətləri məntiqə ziddir - Novak
Sputnik Azərbaycan
Rusiya Baş nazirinin müavini bildirib ki, avropalı siyasətçilər bir daha göstərdilər ki, onların hərəkətləri istənilən məntiqə ziddir. 08.02.2023, Sputnik Azərbaycan
2023-02-08T11:16+0400
2023-02-08T11:16+0400
2023-02-08T12:34+0400
rusiya
qiymət
hədd
neft
https://cdnn1.img.sputnik.az/img/07e6/09/09/445868734_0:0:3072:1728_1920x0_80_0_0_4d7478102c56314c3e956d603879e6dd.jpg
BAKI, 8 fevral — Sputnik. Avropa İttifaqının yanacağın qiymət həddinə istisna tətbiq etməsi Rusiyanın neft və neft məhsullarına Avropada tələbat olduğunu göstərir və Aİ siyasətçilərinin bu hərəkətləri məntiqə ziddir. Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib. Avropa Komissiyası bildirib ki, Rusiya yanacağı üçün fevralın 5-dən müəyyən edilmiş qiymət həddi üçüncü ölkədə əsaslı şəkildə emal olunan neft məhsullarını, habelə üçüncü ölkədə Rusiya və xarici yanacaqların qarışdırılması yolu ilə istehsal olunan neft məhsullarını əhatə etmir.Nə qədər emal edilməli və hansı nisbətdə qarışdırıla biləcəyi isə göstərilmir. Sənədin əvvəlində Avropa Komissiyası bunun hüquqi akt olmadığını qeyd edir. Ötən ilin dekabrın 5-də Rusiya neftinin Avropa İttifaqına dəniz yolu ilə nəqlinə embarqo qüvvəyə minib. Aİ ölkələri həmçinin dəniz yolu ilə daşınan Rusiya neftinin bir barelinin 60 dollar səviyyəsində tənzimlənən qiymət həddi barədə razılığa gəliblər. Analoji qərar G7 dövlətləri və Avstraliya tərəfindən də qəbul edilib.Bundan başqa, Qərb ölkələri öz şirkətlərinə Rusiyadan neft daşıyan tankerlərə razılaşdırılmış qiymətdən yüksək qiymətə nəqliyyat, maliyyə və sığorta xidmətləri göstərməsinə qadağa qoyub. Rusiya prezidenti Vladimir Putin deyib ki, neft qiymətlərinə hədd müəyyən etmək cəhdləri Rusiyaya zərər verməyəcək.Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, Rusiya neftinə qiymət həddini dəstəkləyənlərlə ticarət etməyəcəklər, dünyada alternativ alıcılar mövcuddur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/09/445868734_341:0:3072:2048_1920x0_80_0_0_b6d6ffc3f2efef279245e1e3b62bbae1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qiymət, hədd, neft
Aİ siyasətçilərinin hərəkətləri məntiqə ziddir - Novak
11:16 08.02.2023 (Yenilənib: 12:34 08.02.2023) Rusiya Baş nazirinin müavini bildirib ki, avropalı siyasətçilər bir daha göstərdilər ki, onların hərəkətləri istənilən məntiqə ziddir.
BAKI, 8 fevral — Sputnik. Avropa İttifaqının yanacağın qiymət həddinə istisna tətbiq etməsi Rusiyanın neft və neft məhsullarına Avropada tələbat olduğunu göstərir və Aİ siyasətçilərinin bu hərəkətləri məntiqə ziddir. Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib.
Avropa Komissiyası bildirib ki, Rusiya yanacağı üçün fevralın 5-dən müəyyən edilmiş qiymət həddi üçüncü ölkədə əsaslı şəkildə emal olunan neft məhsullarını, habelə üçüncü ölkədə Rusiya və xarici yanacaqların qarışdırılması yolu ilə istehsal olunan neft məhsullarını əhatə etmir.
Nə qədər emal edilməli və hansı nisbətdə qarışdırıla biləcəyi isə göstərilmir. Sənədin əvvəlində Avropa Komissiyası bunun hüquqi akt olmadığını qeyd edir.
"Avropalı siyasətçilər bir daha göstərdilər ki, onların hərəkətləri istənilən məntiqə ziddir: əsasən, onlar bir anlıq qərarlar qəbul edirlər, sonra isə bu vəziyyətdən necə çıxmaq barədə düşünürlər. Xüsusilə, bu istisnalar bunu bir daha təsdiqləyir", - Novak deyib.
Ötən ilin dekabrın 5-də Rusiya neftinin Avropa İttifaqına dəniz yolu ilə nəqlinə embarqo qüvvəyə minib. Aİ ölkələri həmçinin dəniz yolu ilə daşınan Rusiya neftinin bir barelinin 60 dollar səviyyəsində tənzimlənən qiymət həddi barədə razılığa gəliblər. Analoji qərar G7 dövlətləri və Avstraliya tərəfindən də qəbul edilib.
Bundan başqa, Qərb ölkələri öz şirkətlərinə Rusiyadan neft daşıyan tankerlərə razılaşdırılmış qiymətdən yüksək qiymətə nəqliyyat, maliyyə və sığorta xidmətləri göstərməsinə qadağa qoyub. Rusiya prezidenti Vladimir Putin deyib ki, neft qiymətlərinə hədd müəyyən etmək cəhdləri Rusiyaya zərər verməyəcək.
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, Rusiya neftinə qiymət həddini dəstəkləyənlərlə ticarət etməyəcəklər, dünyada alternativ alıcılar mövcuddur.