Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: Malofeyevdən müsadirə olunan pullar Ukraynaya çatmayacaq

© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  - Sputnik Azərbaycan, 1920, 07.02.2023
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, başqalarının əmlakının oğurlanması mexanizmi Vaşinqton tərəfindən işə salınır.
BAKI, 7 fevral — Sputnik. Rusiyalı biznesmen Konstantin Malofeyevdən müsadirə edilən pullar ABŞ-a və "hökumətyönlü ukraynalı oliqarxların" cibinə gedəcəyi üçün Ukrayna büdcəsinə çatmayacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Başqalarının əmlakının oğurlanması mexanizmi Vaşinqton tərəfindən işə salınır. Düzdür, qırıntılar ən yaxşı halda "müstəqil"in büdcəsinə oğurlanmış aktivlərdən çatacaq, vəsaitlərin bir hissəsi isə Birləşmiş Ştatlarda hökumətyönlü ukraynalı oliqarxların cibində qalacaq", - Zaxarova bildirib.
Onun sözlərinə görə, bu, ABŞ-ın maliyyə sisteminə inamı daha da sarsıdacaq.
Bir müddət əvvəl CNN ABŞ-ın baş prokuroru Merrik Qarland və onun ukraynalı həmkarı Andrey Kostinə istinadən ABŞ-ın Malofeyevdən müsadirə etdiyi 5 milyon dollardan çox vəsaitin Ukraynaya köçürüldüyünü bildirmişdi. İlk dəfədir ki, ABŞ rəsmiləri sanksiyaya məruz qalan rusiyalıların aktivlərini ələ keçirib və ilk dəfə vəsaitlər Ukraynaya yardım üçün istifadə edilib.
Xəbər lenti
0