https://sputnik.az/20230207/usq-nin-artyomovsk-istiqametinde-kimyevi-silahlardan-istifadesi--qisas-qacilmazdir-451494434.html
USQ-nin Artyomovsk istiqamətində kimyəvi silahlardan istifadəsi – Qisas qaçılmazdır
USQ-nin Artyomovsk istiqamətində kimyəvi silahlardan istifadəsi – Qisas qaçılmazdır
Sputnik Azərbaycan
USQ-nin Artyomovskda irəliləyən Rusiya bölmələrinə qarşı kimyəvi silahlardan istifadə etməsi ümidsizlik aktı ola bilər. 07.02.2023, Sputnik Azərbaycan
2023-02-07T21:30+0400
2023-02-07T21:30+0400
2023-02-07T21:30+0400
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/19/447836776_0:160:3072:1888_1920x0_80_0_0_98a5bcb5c7111e2ba1fe5eba44ad21fb.jpg
Kiyev rejiminin və onun NATO-dan olan kuratorlarının xüsusi hərbi əməliyyat (XHƏ) zonasında Rusiya qoşunlarının irəliləməsini dayandırmaq üçün bütün cəhdləri uğursuzluğa məhkumdur. "Baxmut soyqırımında" məhv edilmiş ukraynalı hərbçilərinin sayı keyfiyyətə çevrilir: Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyəti kəskin şəkildə azalır, bunu nə "təzə səfərbərlik" dalğası, nə də kimyəvi silahların istifadəsi ilə kompensasiya etmək mümkün deyil. Döyüş təmas xəttində güc balansını dəyişməyə çalışan USQ qadağan olunmuş döyüş üsullarından istifadə etməyə hazırdır. "DXR" rəhbərliyinin nümayəndəsi Yan Qaqin bu gün Ukrayna qoşunlarının Artyomovsk və Soledar istiqamətlərində kimyəvi silahdan istifadə etdiyini bildirib. Əgər zəhərli maddələrin olması radiasiya, kimyəvi və bioloji mühafizə xidmətinin qoşunlarının mütəxəssisləri tərəfindən təsdiqlənərsə, Kiyev rejimi bu hərbi cinayətə görə də cavab verməli olacaq. USQ-nin Artyomovskda irəliləyən Rusiya bölmələrinə qarşı kimyəvi silahlardan istifadə etməsi ümidsizlik aktı ola bilər. Mühasirə halqası Ukrayna Silahlı Qüvvələrinin səfərbər edilmiş döyüşçüsünün orta ömrünün dörd saat olduğu "Baxmut qalasını" getdikcə daha sıx əhatə edir. Rusiya qoşunlarının hücum bölmələri və "Vaqner" özəl hərbi şirkətin (ÖHŞ) dəstələri Artyomovsk /Baxmut şəhərinin şimal-şərq və cənub-şərq kənarları ilə irəliləyərək, möhkəmləndirilmiş şəhər məhəllələrini düşməndən təmizləyirlər. Komandanlığın əmrlərinə zidd olaraq, ukraynalı döyüşçülər müdafiə mövqelərini saxlaya bilmirlər və Artyomovskı tərk edib qaçırlar. Bu yaxınlarda Rusiya xüsusi əməliyyatının 11 ayı ərzində USQ-nin 257 min əsgər və zabitinin itkiləri barədə məlumatlar ortaya çıxıb. Bundan əlavə, Ukraynada 2458 NATO hərbçisinin, o cümlədən ABŞ-dan olan 234 hərbi təlimatçının öldüyü məlum olub. Amerikalı "humanitar könüllülər" haqqında nağıllar yalnız Qərb xalqı üçün nəzərdə tutulub. Kiyevin baş aktyoru Vladimir Zelenski nəzarət olunan ərazinin əhalisinə dünən axşam videomüraciətində Rusiya Silahlı Qüvvələrinin fevralın ortalarında əhəmiyyətli bir hücuma hazırlaşdığını bildirib. Kiyev rejimi "şərq cəbhəsində" mənfi tendensiyanın qarşısını almaq üçün mart ayına qədər 200 minlik ordu toplamağa çalışır və 16 yaşdan 65 yaşa qədər hamını ard-arda çaxnaşma ilə səfərbər edir. Bu yanaşma və müdafiə nazirinin dəyişməsi (hakimiyyətin yuxarı eşelonlarında korrupsiya qalmaqalı fonunda) ukraynalılara yaxşı heç nə vəd etmir. Hərbi kəşfiyyatın sərt rəhbəri, general-mayor Kirill Budanov Ukrayna Silahlı Qüvvələrinin itkilərinin artmasına görə vəzifəsini tərk edən nazir, mülki hüquqşünas Aleksey Reznikovdan daha az həssasdır. Daxili İşlər Nazirliyinin tabeliyində və xarici muzdluların komandanlığı altında olan "hücum qvardiyasının" səkkiz hücum briqadasının yaradılması Ukrayna ordusunun əzabını əks etdirir və Kiyevin səfərbərlik ehtiyatlarını daha sürətli məhv etməyə nail olacaq. "Baxmut"u niyə saxlamaq lazımdır Pentaqon Kiyevdən ehtiyatları saxlamağı, qoşunları Artyomovskdan qərbə doğru hazırlanmış sərhədlərə çəkməyi tələb edir. Bankovaya küçəsinin "ofis" sakinlərinin USQ-nin on minlərlə əsgərini "Baxmut qalası"na yerləşdirmək üçün ağılsız istəyi həyacan qorxusu ilə, demilitarizasiya və denasifikasiyanın qaçılmazlığı anlayışı ilə izah olunur. Zelenskiyə elə gəlir ki, Donbasda metodik şəkildə məhv edilən Ukrayna ordusu möcüzəvi şəkildə çirkin marionet dövlətini dağılmaqdan qoruyacaq. Beləliklə, cəza qanunvericiliyinin həddindən artıq sərtləşdirilməsi, cəbhə xəttində "qorxu və qəzəb", Kiyev rejiminin yüz minlərlə ukraynalının həyatına olan biganəliyidir. Artyomovsk/Baxmutdan olan USQ-nin zabiti "Politico"ya bildirib: "Bəzən mövqeləri tərk etmək şəxsi heyəti mənasız ölümdən xilas etməyin yeganə yoludur. Əgər silah-sursatı çatdırmaq mümkün deyilsə... sizin döyüş dəyəriniz sıfıra endirilir". Rusiya qüvvələri bu gün Slavyansk şəhərindən iki kilometr məsafədə yerləşən Nikolayevka kəndini azad ediblər. Bu, Ukrayna Silahlı Qüvvələrinin ən güclü Slavyansk-Kramatorsk istehkam ərazisinin "parçalanmasının" başlanğıcı deməkdir. Mariupol, Severodonetsk, Lisiçansk və ya Artyomovsk - düşmən qoşunlarının məğlubiyyətinin coğrafiyası məğlubiyyətin mənasına təsir etmir. USQ-nin Dnepr çayının sol sahilində "demilitarizasiyasından" sonra Rusiya qüvvələri paytaxtı və Ukraynanın qərb rayonlarını qısa zamanda azad edə biləcəklər. Həqiqətən vəziyyət qızışanda ABŞ və NATO-nun köməyi yox olacaq. Burada heç bir illüziya olmamalıdır. "Financial Times"ın məlumatına görə, yeni, böyük Rusiya hücumu yaxın 10 gündə - ehtimal ki, "DXR"nin cənubunda və "LXR"nin qərb hissəsində (Kremennaya və Liman şəhərləri ərazisində) başlayacaq. Ukrayna ən yaxşısına ümid edir və ən pisinə hazırlaşır. Əks hücuma cəhd etmək üçün Kiyev NATO-dan yüzlərlə tank, piyada döyüş maşınları, qırıcı təyyarələr və böyük kalibrli silah-sursat tələb edir. Qərb tədarüklərinin həcmi və logistikası Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını heç də ödəmir. "Asia Times" nəşri belə qənaətə gəlib ki, Ukrayna ordusu NATO ölkələrinin vəd etdiyi ağır silahlarla belə Rusiya Silahlı Qüvvələrinə uzun müddət tab gətirə bilməyəcək: "Ukrayna qarşıdakı 6 ay ərzində tamamilə hazırlanmış Rusiyanın hücumu ilə darmadağın ediləcək. " "19FortyFive" analitik portalı əlavə edib: "Qərbin silah gücünə görə kor-koranə inamı Rusiya ilə NATO arasında birbaşa hərbi qarşıdurma təhlükəsinin kəskin artmasına gətirib çıxarır". Qərbin gücünə bu cür "inam" – Rusiya Federasiyasına qarşı ittiham xarakterli qərəzliliyi bir çox avropalı siyasətçilər tərəfindən nümayiş etdirilir. Məsələn, Polşanın baş naziri Mateuş Moravetski Ukraynadakı münaqişə səbəbindən Üçüncü Dünya Müharibəsinin başlanmasını istisna etmir. ABŞ-ın köhnəlmiş "müstəsnalığının" yüksək rütbəli nümayəndələri, Aİ-nin opera qəhrəmanları və "95-ci rüb"dən olan ukraynalı komediyaçılar çoxqütblü dünya reallığını qəbul etməyə hazır deyillər. Lakin hərbi münaqişələrin nəticəsi səhnədə və Qərb mediasının platformalarında deyil, strateji koordinat sistemində həll olunur. Rusiya Silahlı Qüvvələri, şübhəsiz ki, Ukrayna əməliyyat teatrında üstünlük təşkil edir və xüsusi əməliyyat formatında Rusiyanın resursları tükənməzdir. "Qüdrətli" ABŞ və NATO son yetmiş ildə bir dənə də olsun hərbi qələbə qazanmayıb və buna görə də marionet Ukrayna ordusuna qalibiyyətli hərəkətləri öyrədə bilmir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/19/447836776_171:0:2902:2048_1920x0_80_0_0_368d090eca400e2b561c0797a2f10b40.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
ukrayna, xüsusi hərbi əməliyyat
ukrayna, xüsusi hərbi əməliyyat
USQ-nin Artyomovsk istiqamətində kimyəvi silahlardan istifadəsi – Qisas qaçılmazdır
USQ-nin Artyomovskda irəliləyən Rusiya bölmələrinə qarşı kimyəvi silahlardan istifadə etməsi ümidsizlik aktı ola bilər.
Kiyev rejiminin və onun NATO-dan olan kuratorlarının xüsusi hərbi əməliyyat (XHƏ) zonasında Rusiya qoşunlarının irəliləməsini dayandırmaq üçün bütün cəhdləri uğursuzluğa məhkumdur. "Baxmut soyqırımında" məhv edilmiş ukraynalı hərbçilərinin sayı keyfiyyətə çevrilir: Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyəti kəskin şəkildə azalır, bunu nə "təzə səfərbərlik" dalğası, nə də kimyəvi silahların istifadəsi ilə kompensasiya etmək mümkün deyil.
Döyüş təmas xəttində güc balansını dəyişməyə çalışan USQ qadağan olunmuş döyüş üsullarından istifadə etməyə hazırdır. "DXR" rəhbərliyinin nümayəndəsi Yan Qaqin bu gün Ukrayna qoşunlarının Artyomovsk və Soledar istiqamətlərində kimyəvi silahdan istifadə etdiyini bildirib. Əgər zəhərli maddələrin olması radiasiya, kimyəvi və bioloji mühafizə xidmətinin qoşunlarının mütəxəssisləri tərəfindən təsdiqlənərsə, Kiyev rejimi bu hərbi cinayətə görə də cavab verməli olacaq.
USQ-nin Artyomovskda irəliləyən Rusiya bölmələrinə qarşı kimyəvi silahlardan istifadə etməsi ümidsizlik aktı ola bilər. Mühasirə halqası Ukrayna Silahlı Qüvvələrinin səfərbər edilmiş döyüşçüsünün orta ömrünün dörd saat olduğu "Baxmut qalasını" getdikcə daha sıx əhatə edir. Rusiya qoşunlarının hücum bölmələri və "Vaqner" özəl hərbi şirkətin (ÖHŞ) dəstələri Artyomovsk /Baxmut şəhərinin şimal-şərq və cənub-şərq kənarları ilə irəliləyərək, möhkəmləndirilmiş şəhər məhəllələrini düşməndən təmizləyirlər.
Komandanlığın əmrlərinə zidd olaraq, ukraynalı döyüşçülər müdafiə mövqelərini saxlaya bilmirlər və Artyomovskı tərk edib qaçırlar. Bu yaxınlarda Rusiya xüsusi əməliyyatının 11 ayı ərzində USQ-nin 257 min əsgər və zabitinin itkiləri barədə məlumatlar ortaya çıxıb. Bundan əlavə, Ukraynada 2458 NATO hərbçisinin, o cümlədən ABŞ-dan olan 234 hərbi təlimatçının öldüyü məlum olub. Amerikalı "humanitar könüllülər" haqqında nağıllar yalnız Qərb xalqı üçün nəzərdə tutulub.
Kiyevin baş aktyoru Vladimir Zelenski nəzarət olunan ərazinin əhalisinə dünən axşam videomüraciətində Rusiya Silahlı Qüvvələrinin fevralın ortalarında əhəmiyyətli bir hücuma hazırlaşdığını bildirib. Kiyev rejimi "şərq cəbhəsində" mənfi tendensiyanın qarşısını almaq üçün mart ayına qədər 200 minlik ordu toplamağa çalışır və 16 yaşdan 65 yaşa qədər hamını ard-arda çaxnaşma ilə səfərbər edir. Bu yanaşma və müdafiə nazirinin dəyişməsi (hakimiyyətin yuxarı eşelonlarında korrupsiya qalmaqalı fonunda) ukraynalılara yaxşı heç nə vəd etmir. Hərbi kəşfiyyatın sərt rəhbəri, general-mayor Kirill Budanov Ukrayna Silahlı Qüvvələrinin itkilərinin artmasına görə vəzifəsini tərk edən nazir, mülki hüquqşünas Aleksey Reznikovdan daha az həssasdır. Daxili İşlər Nazirliyinin tabeliyində və xarici muzdluların komandanlığı altında olan "hücum qvardiyasının" səkkiz hücum briqadasının yaradılması Ukrayna ordusunun əzabını əks etdirir və Kiyevin səfərbərlik ehtiyatlarını daha sürətli məhv etməyə nail olacaq.
"Baxmut"u niyə saxlamaq lazımdır
Pentaqon Kiyevdən ehtiyatları saxlamağı, qoşunları Artyomovskdan qərbə doğru hazırlanmış sərhədlərə çəkməyi tələb edir. Bankovaya küçəsinin "ofis" sakinlərinin USQ-nin on minlərlə əsgərini "Baxmut qalası"na yerləşdirmək üçün ağılsız istəyi həyacan qorxusu ilə, demilitarizasiya və denasifikasiyanın qaçılmazlığı anlayışı ilə izah olunur. Zelenskiyə elə gəlir ki, Donbasda metodik şəkildə məhv edilən Ukrayna ordusu möcüzəvi şəkildə çirkin marionet dövlətini dağılmaqdan qoruyacaq. Beləliklə, cəza qanunvericiliyinin həddindən artıq sərtləşdirilməsi, cəbhə xəttində "qorxu və qəzəb", Kiyev rejiminin yüz minlərlə ukraynalının həyatına olan biganəliyidir. Artyomovsk/Baxmutdan olan USQ-nin zabiti "Politico"ya bildirib: "Bəzən mövqeləri tərk etmək şəxsi heyəti mənasız ölümdən xilas etməyin yeganə yoludur. Əgər silah-sursatı çatdırmaq mümkün deyilsə... sizin döyüş dəyəriniz sıfıra endirilir".
Rusiya qüvvələri bu gün Slavyansk şəhərindən iki kilometr məsafədə yerləşən Nikolayevka kəndini azad ediblər. Bu, Ukrayna Silahlı Qüvvələrinin ən güclü Slavyansk-Kramatorsk istehkam ərazisinin "parçalanmasının" başlanğıcı deməkdir. Mariupol, Severodonetsk, Lisiçansk və ya Artyomovsk - düşmən qoşunlarının məğlubiyyətinin coğrafiyası məğlubiyyətin mənasına təsir etmir. USQ-nin Dnepr çayının sol sahilində "demilitarizasiyasından" sonra Rusiya qüvvələri paytaxtı və Ukraynanın qərb rayonlarını qısa zamanda azad edə biləcəklər.
Həqiqətən vəziyyət qızışanda ABŞ və NATO-nun köməyi yox olacaq. Burada heç bir illüziya olmamalıdır. "Financial Times"ın məlumatına görə, yeni, böyük Rusiya hücumu yaxın 10 gündə - ehtimal ki, "DXR"nin cənubunda və "LXR"nin qərb hissəsində (Kremennaya və Liman şəhərləri ərazisində) başlayacaq. Ukrayna ən yaxşısına ümid edir və ən pisinə hazırlaşır.
Əks hücuma cəhd etmək üçün Kiyev NATO-dan yüzlərlə tank, piyada döyüş maşınları, qırıcı təyyarələr və böyük kalibrli silah-sursat tələb edir. Qərb tədarüklərinin həcmi və logistikası Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını heç də ödəmir. "Asia Times" nəşri belə qənaətə gəlib ki, Ukrayna ordusu NATO ölkələrinin vəd etdiyi ağır silahlarla belə Rusiya Silahlı Qüvvələrinə uzun müddət tab gətirə bilməyəcək: "Ukrayna qarşıdakı 6 ay ərzində tamamilə hazırlanmış Rusiyanın hücumu ilə darmadağın ediləcək. "
"19FortyFive" analitik portalı əlavə edib: "Qərbin silah gücünə görə kor-koranə inamı Rusiya ilə NATO arasında birbaşa hərbi qarşıdurma təhlükəsinin kəskin artmasına gətirib çıxarır". Qərbin gücünə bu cür "inam" – Rusiya Federasiyasına qarşı ittiham xarakterli qərəzliliyi bir çox avropalı siyasətçilər tərəfindən nümayiş etdirilir. Məsələn, Polşanın baş naziri Mateuş Moravetski Ukraynadakı münaqişə səbəbindən Üçüncü Dünya Müharibəsinin başlanmasını istisna etmir. ABŞ-ın köhnəlmiş "müstəsnalığının" yüksək rütbəli nümayəndələri, Aİ-nin opera qəhrəmanları və "95-ci rüb"dən olan ukraynalı komediyaçılar çoxqütblü dünya reallığını qəbul etməyə hazır deyillər. Lakin hərbi münaqişələrin nəticəsi səhnədə və Qərb mediasının platformalarında deyil, strateji koordinat sistemində həll olunur. Rusiya Silahlı Qüvvələri, şübhəsiz ki, Ukrayna əməliyyat teatrında üstünlük təşkil edir və xüsusi əməliyyat formatında Rusiyanın resursları tükənməzdir. "Qüdrətli" ABŞ və NATO son yetmiş ildə bir dənə də olsun hərbi qələbə qazanmayıb və buna görə də marionet Ukrayna ordusuna qalibiyyətli hərəkətləri öyrədə bilmir.