Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Şoyqu Ukraynanın son bir aydakı itkilərini açıqladı

© Sputnik / Илья Питалев / Mediabanka keçidRusiyanın müdafiə naziri Sergey Şoyqu
Rusiyanın müdafiə naziri Sergey Şoyqu - Sputnik Azərbaycan, 1920, 07.02.2023
Abunə olmaq
Rusiyanın müdafiə naziri bildirib ki, Rusiya qoşunlarının qrupları Kiyevə verilən bütün silah və texnikanı həm təminat yollarında, həm də döyüş mövqelərində məhv etməyə davam edir.
BAKI, 7 fevral — Sputnik. ABŞ və müttəfiqləri ağır silahların tədarükü ilə münaqişəni mümkün qədər uzatmağa çalışır və Ukraynanı Rusiya Federasiyasının ərazilərini ələ keçirməyə çağırır. Bu, NATO ölkələrini münaqişəyə cəlb edir və gözlənilməz eskalasiyaya səbəb ola bilər. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
Yanvarda Ukraynanın itkiləri
"Rusiya hərbçiləri Qərbin Kiyevə verdiyi bütün silahları məhv etməyə davam edir. Yanvarda Ukrayna qoşunları 6,5 mindən çox hərbi qulluqçu, 26 təyyarə və 7 helikopter itirib", - Rusiyanın müdafiə naziri bildirib.
"Rusiya qoşunlarının qrupları Kiyevə verilən bütün silah və texnikanı həm təminat yollarında, həm də döyüş mövqelərində məhv etməyə davam edir", - Şoyqu bildirib.
O qeyd edib ki, "Qərb ölkələrinin misilsiz hərbi yardımına baxmayaraq" düşmən xeyli itki verir.
"Təkcə bu ilin ilk ayında onların sayı 6500-dən çox hərbi qulluqçu, 26 təyyarə, 7 helikopter, 208 pilotsuz uçuş aparatı, 341 tank və digər zirehli döyüş texnikası, 40 reaktiv yaylım atəşi sistemli döyüş maşını olub", - nazir əlavə edib.
Ukrayna dinc sakinlərə zərbələr endirir
Şoyqu bildirib ki, Ukrayna Rusiyanı hərbi yolla məğlub etməyin mümkünsüzlüyünü anlayır və buna görə də dinc əhaliyə zərbə endirmək taktikasını davam etdirir.
"Rusiyanı hərbi yolla məğlub etməyin mümkün olmayacağını dərk edən Ukrayna rəhbərliyi Rusiyanın yeni ərazilərində vətəndaşları qorxutmaq üçün cinayət əməllərinə əl atmaqda davam edir. Ukrayna Silahlı Qüvvələri yaşayış məntəqələrinə, xəstəxanalara zərbələr endirir. Mülki əhali toplaşdığı dövlət və sosial obyektlərdə terror aktları törədir", - deyə o bildirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Xəbər lenti
0