https://sputnik.az/20230207/ryabkov-hazirda-rusiya-ve-abs-arasinda-ukrayna-ile-bagli-dialoq-yoxdur-451454759.html
Ryabkov: Hazırda Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı dialoq yoxdur
Ryabkov: Hazırda Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı dialoq yoxdur
Sputnik Azərbaycan
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözlərinə görə, məsləhətləşmələr üçün heç bir görüş, heç bir xüsusi format tətbiq edilmir. 07.02.2023, Sputnik Azərbaycan
2023-02-07T08:01+0400
2023-02-07T08:01+0400
2023-02-07T08:01+0400
sergey ryabkov
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438012944_0:0:3005:1691_1920x0_80_0_0_615cda7ec542d9a2df6a5f992c69fb66.jpg
BAKI, 7 fevral — Sputnik. Moskva hazırda Ukraynadakı vəziyyətlə bağlı Vaşinqtonla dialoq aparmır. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. Diplomat bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börnsün Rusiya tərəfi ilə ehtimal olunan əlaqələri barədə heç bir məlumatı yoxdur. Ryabkov bu cür təmaslarla bağlı açıqlamaları əsassız adlandırıb və bildirib ki, bu da öz növbəsində spekulyasiyalara səbəb olur. "Bizim amerikalılarla xüsusi hərbi əməliyyat və Ukrayna mövzusunda dialoqumuz yoxdur. Xarici İşlər Nazirliyinin və Dövlət Departamentinin nümayəndələrinin müvafiq olaraq ABŞ-ın Moskvadakı və Rusiyanın Vaşinqtondakı səfirlikləri ilə ünsiyyətindən başqa, heç bir istiqamət üzrə digər səviyyələrdə epizodik telefon danışıqları aparılmır. Bu cür məsləhətləşmələr üçün heç bir görüş, heç bir xüsusi format tətbiq edilmir", - deyə xarici işlər nazirinin müavini vurğulayıb. Xatırladaq ki, bu yaxınlarda Börnsün Ukrayna nümayəndələri ilə ABŞ Prezidenti Co Baydenin Ukrayna ərazisinin təxminən 20%-nin Rusiyaya verilməsini və Rusiya tərəfinin isə xüsusi əməliyyatı başa çatdırmasını nəzərdə tutan sülh planını müzakirə etdiyi barədə məlumat yayılmışdı. Lakin belə razılaşmalar əldə olunmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438012944_0:0:2731:2048_1920x0_80_0_0_462e2cd0015b04433b0e0923971f128a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey ryabkov
Ryabkov: Hazırda Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı dialoq yoxdur
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözlərinə görə, məsləhətləşmələr üçün heç bir görüş, heç bir xüsusi format tətbiq edilmir.
BAKI, 7 fevral — Sputnik. Moskva hazırda Ukraynadakı vəziyyətlə bağlı Vaşinqtonla dialoq aparmır. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Diplomat bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börnsün Rusiya tərəfi ilə ehtimal olunan əlaqələri barədə heç bir məlumatı yoxdur. Ryabkov bu cür təmaslarla bağlı açıqlamaları əsassız adlandırıb və bildirib ki, bu da öz növbəsində spekulyasiyalara səbəb olur.
"Bizim amerikalılarla xüsusi hərbi əməliyyat və Ukrayna mövzusunda dialoqumuz yoxdur. Xarici İşlər Nazirliyinin və Dövlət Departamentinin nümayəndələrinin müvafiq olaraq ABŞ-ın Moskvadakı və Rusiyanın Vaşinqtondakı səfirlikləri ilə ünsiyyətindən başqa, heç bir istiqamət üzrə digər səviyyələrdə epizodik telefon danışıqları aparılmır. Bu cür məsləhətləşmələr üçün heç bir görüş, heç bir xüsusi format tətbiq edilmir", - deyə xarici işlər nazirinin müavini vurğulayıb.
Xatırladaq ki, bu yaxınlarda Börnsün Ukrayna nümayəndələri ilə ABŞ Prezidenti Co Baydenin Ukrayna ərazisinin təxminən 20%-nin Rusiyaya verilməsini və Rusiya tərəfinin isə xüsusi əməliyyatı başa çatdırmasını nəzərdə tutan sülh planını müzakirə etdiyi barədə məlumat yayılmışdı. Lakin belə razılaşmalar əldə olunmayıb.