https://sputnik.az/20230207/lavrov-munasibetlerimizin-guclenmesine-qerbin-menfi-reaksiyasini-goruruk-451511180.html
Lavrov: Münasibətlərimizin güclənməsinə Qərbin mənfi reaksiyasını görürük
Lavrov: Münasibətlərimizin güclənməsinə Qərbin mənfi reaksiyasını görürük
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər naziri bildirib ki, Afrika ölkələri, o cümlədən Mali ilə əməkdaşlıq məsələlərində Moskvanın gizlədəcəyi və utanacağı heç nə yoxdur. 07.02.2023, Sputnik Azərbaycan
2023-02-07T19:00+0400
2023-02-07T19:00+0400
2023-02-07T19:01+0400
lavrov
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449568951_0:172:3030:1876_1920x0_80_0_0_ccdbb51b54c45f5ddd8902c017b704fa.jpg
BAKI, 7 fevral — Sputnik. Rusiya Qərbin Rusiya ilə Mali arasında münasibətlərin möhkəmlənməsinə mənfi reaksiyasını görür, Moskvanın Mali də daxil olmaqla Afrika ölkələri ilə əməkdaşlıq məsələlərində gizlədəcək və utanacağı heç nə yoxdur. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı bildirib. "Biz təbii ki, Rusiya-Mali münasibətlərində Qərb dövlətlərinin bu proseslərə (əlaqələrin möhkəmlənməsi - red.) mənfi reaksiyasını görürük. Təəssüflə qeyd edirik ki, bu, Qərbin bərabərlik və qarşılıqlı münasibətlər prinsiplərinə mənfi münasibətinin növbəti təzahürüdür", - Lavrov Mali xarici işlər naziri Abdulla Diopla keçirdiyi mətbuat konfransında deyib. O vurğulayıb ki, Afrika ölkələri, o cümlədən Mali ilə əməkdaşlıq məsələlərində Moskvanın gizlədəcəyi və utanacağı heç nə yoxdur. "Qərb qaydalara əsaslanan dünya nizamı konsepsiyasını təbliğ edir. Bu qaydalar heç vaxt heç bir yerdə heç kimə təqdim olunmayıb və bu, bizim qərbli həmkarlarımıza illərdir öz ölkələrində, ilk növbədə, digər qitələrin ölkələrində ictimai rəyi manipulyasiya etməyə imkan verib", - Rusiya diplomatiyasının rəhbəri əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449568951_151:0:2880:2047_1920x0_80_0_0_90408b31d4460801a2a2b056ed51e5fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
Lavrov: Münasibətlərimizin güclənməsinə Qərbin mənfi reaksiyasını görürük
19:00 07.02.2023 (Yenilənib: 19:01 07.02.2023) Rusiyanın xarici işlər naziri bildirib ki, Afrika ölkələri, o cümlədən Mali ilə əməkdaşlıq məsələlərində Moskvanın gizlədəcəyi və utanacağı heç nə yoxdur.
BAKI, 7 fevral — Sputnik. Rusiya Qərbin Rusiya ilə Mali arasında münasibətlərin möhkəmlənməsinə mənfi reaksiyasını görür, Moskvanın Mali də daxil olmaqla Afrika ölkələri ilə əməkdaşlıq məsələlərində gizlədəcək və utanacağı heç nə yoxdur.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı bildirib.
"Biz təbii ki, Rusiya-Mali münasibətlərində Qərb dövlətlərinin bu proseslərə (əlaqələrin möhkəmlənməsi - red.) mənfi reaksiyasını görürük. Təəssüflə qeyd edirik ki, bu, Qərbin bərabərlik və qarşılıqlı münasibətlər prinsiplərinə mənfi münasibətinin növbəti təzahürüdür", - Lavrov Mali xarici işlər naziri Abdulla Diopla keçirdiyi mətbuat konfransında deyib.
O vurğulayıb ki, Afrika ölkələri, o cümlədən Mali ilə əməkdaşlıq məsələlərində Moskvanın gizlədəcəyi və utanacağı heç nə yoxdur.
"Qərb qaydalara əsaslanan dünya nizamı konsepsiyasını təbliğ edir. Bu qaydalar heç vaxt heç bir yerdə heç kimə təqdim olunmayıb və bu, bizim qərbli həmkarlarımıza illərdir öz ölkələrində, ilk növbədə, digər qitələrin ölkələrində ictimai rəyi manipulyasiya etməyə imkan verib", - Rusiya diplomatiyasının rəhbəri əlavə edib.