Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kremlin taktikası Qərbin Rusiya iqtisadiyyatını əzmək planlarını məhv edib

© AFP 2024 / DIMITAR DILKOFFKremlə mənzərə
Kremlə mənzərə - Sputnik Azərbaycan, 1920, 07.02.2023
Abunə olmaq
David Pyujadas Rusiyanın nəinki tənəzzül yaşamayacaq, həm də Aİ və ABŞ-dan daha yüksək iqtisadi artım nümayiş etdirəcəyini vurğulayıb.
BAKI, 7 fevral — Sputnik. Qərb ölkələrinin sanksiya təzyiqi Rusiya iqtisadiyyatını darmadağın edə bilməyib.
Bunu Fransanın "La Chaîne İnfo" telekanalının efirində aparıcı David Pyujadas Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozunu şərh edərkən etiraf edib.
"Biz Rusiya üçün defisit illərini, boğulma illərini proqnozlaşdırırdıq. Hazırda isə BVF-nin son artım proqnozları bizə bunun əksini deyir" - deyə o, bildirib.
Pyujadas vurğulayıb ki, Rusiya nəinki tənəzzül yaşamayacaq, həm də Aİ və ABŞ-dan daha yüksək iqtisadi artım nümayiş etdirəcək. O qeyd edib ki, Mərkəzi Bank və hökumət tərəfindən həyata keçirilən bir sıra tədbirlər Rusiya Federasiyasında vəziyyətin sabitləşməsinə kömək edib.
Xatırladaq ki, BVF yaxın iki il üçün Rusiya iqtisadiyyatının proqnozunu yaxşılaşdırıb. Proqnozda qeyd olunub ki, 2022-ci ildə gözlənilən 3,4% iqtisadi tənəzzül Rusiya Federasiyasında baş verməyib. Tənəzzül cəmi 2,2%-ə çatıb. Eyni zamanda, analitiklər bu il Rusiya iqtisadiyyatının "orta dərəcədə müsbət artımını" gözləyirlər.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Rusiya iqtisadiyyatının inkişaf perspektivlərini müsbət qiymətləndirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın yeni iqtisadi reallıqlara uyğunlaşdığını, sanksiyaların nəticələrinin məhdudlaşdırıldığını bildirib.
Xəbər lenti
0