https://sputnik.az/20230207/bakida-transformator-menteqelerinden-25-min-manatliq-ogurluq-olub-451510903.html
Bakıda transformator məntəqələrindən 25 min manatlıq oğurluq olub
Bakıda transformator məntəqələrindən 25 min manatlıq oğurluq olub
Sputnik Azərbaycan
Faktlarla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. 07.02.2023, Sputnik Azərbaycan
2023-02-07T18:10+0400
2023-02-07T18:10+0400
2023-02-07T19:02+0400
transformator
paytaxt xəbərləri
oğurluq
https://cdnn1.img.sputnik.az/img/42429/41/424294187_0:26:3080:1759_1920x0_80_0_0_e7e9a89d69e8ac7e5af5e1a825708503.jpg
BAKI, 7 fevral — Sputnik. Bakının Xətai rayonunda yerləşən dövlətin balansında olan transformator məntəqələrindən birindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, naməlum şəxs məntəqənin qapısını qıraraq oradan gərginlik və cərəyan transformatorlarını oğurlayıb. Hadisə nəticəsində dövlət əhəmiyyətli elektrik xətlərinə ciddi ziyan vurulub. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Dəyanət Kərimli saxlanılıb. Aparılan araşdırmalar zamanı həmin şəxsin Qaradağ rayonu Lökbatan qəsəbəsində də iki yerdən transformator məntəqələrinə qanunsuz daxil olaraq oradan oğurluqlar etdiyi məlum olub. Qeyd edilib ki, Dəyanət Kərimli etdiyi oğurluqlar nəticəsində dövlət qurumuna 25 min manata yaxın maddi ziyan vurub. Faktlarla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Dəyanət Kərimli barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42429/41/424294187_349:0:3080:2048_1920x0_80_0_0_48f7b27f2b4ad795a9e0d6261c3d1af5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
transformator, oğurluq
Bakıda transformator məntəqələrindən 25 min manatlıq oğurluq olub
18:10 07.02.2023 (Yenilənib: 19:02 07.02.2023) Faktlarla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
BAKI, 7 fevral — Sputnik. Bakının Xətai rayonunda yerləşən dövlətin balansında olan transformator məntəqələrindən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, naməlum şəxs məntəqənin qapısını qıraraq oradan gərginlik və cərəyan transformatorlarını oğurlayıb. Hadisə nəticəsində dövlət əhəmiyyətli elektrik xətlərinə ciddi ziyan vurulub. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Dəyanət Kərimli saxlanılıb. Aparılan araşdırmalar zamanı həmin şəxsin Qaradağ rayonu Lökbatan qəsəbəsində də iki yerdən transformator məntəqələrinə qanunsuz daxil olaraq oradan oğurluqlar etdiyi məlum olub.
Qeyd edilib ki, Dəyanət Kərimli etdiyi oğurluqlar nəticəsində dövlət qurumuna 25 min manata yaxın maddi ziyan vurub.
Faktlarla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Dəyanət Kərimli barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.