https://sputnik.az/20230206/zaxarova-bagdadda-zelzele-haqqinda-danisib-451448862.html
Zaxarova Bağdadda zəlzələ haqqında danışıb
Zaxarova Bağdadda zəlzələ haqqında danışıb
Sputnik Azərbaycan
Türkiyənin Kahramanmaraş vilayətində 7,4 bal gücündə zəlzələ baş verib. Suriyanın bir sıra bölgələrində dağıntılar, həmçinin Livanda da yeraltı təkanlar qeydə... 06.02.2023, Sputnik Azərbaycan
2023-02-06T13:18+0400
2023-02-06T13:18+0400
2023-02-06T17:35+0400
mariya zaxarova
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434811180_0:0:3019:1699_1920x0_80_0_0_66d1acce2e7336e573634117b9c4e5b8.jpg
BAKI, 6 fevral — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İraqın paytaxtı Bağdadda baş verən zəlzələ zamanı keçirdiyi hisslərdən danışıb. "Gecə Bağdadda da zəlzələ hiss olunub. Bu, işgüzar səfərlərdə olur. Bu gün uzun sürən dalğalanma hiss olunurdu. Təkan yox, bir neçə dəqiqə davam edən dalğalanma", - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi "Telegram" kanalında yazıb və həmçinin qeyd edib ki, o zaman dalğalanma "daha yüngül formada" təkrarlanıb. Xatırladaq ki, fevralın 6-da bazar ertəsi səhər tezdən Türkiyənin Kahramanmaraş vilayətində 7,4 bal gücündə zəlzələ baş verib. Nəticədə ölkənin bir sıra şəhərlərində binalar dağılıb. Baş verən zəlzələ Türkiyənin 4 vilayətində hiss edilib.Türkiyənin cənub-şərqində baş verən zəlzələdən sonra Diyarbəkir vilayətində 8 mərtəbəli bina uçub. Türkiyənin cənubundakı Adana şəhərində güclü zəlzələ nəticəsində üç hündürmərtəbəli yaşayış binası tamamilə dağılıb. Bundan əlavə, Suriyanın bir sıra bölgələrində dağıntılar, həmçinin Livanda da yeraltı təkanlar qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434811180_0:0:2729:2047_1920x0_80_0_0_121d3625bcba3c39dbb42de7b9011b73.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova
Zaxarova Bağdadda zəlzələ haqqında danışıb
13:18 06.02.2023 (Yenilənib: 17:35 06.02.2023) Türkiyənin Kahramanmaraş vilayətində 7,4 bal gücündə zəlzələ baş verib. Suriyanın bir sıra bölgələrində dağıntılar, həmçinin Livanda da yeraltı təkanlar qeydə alınıb.
BAKI, 6 fevral — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İraqın paytaxtı Bağdadda baş verən zəlzələ zamanı keçirdiyi hisslərdən danışıb.
"Gecə Bağdadda da zəlzələ hiss olunub. Bu, işgüzar səfərlərdə olur. Bu gün uzun sürən dalğalanma hiss olunurdu. Təkan yox, bir neçə dəqiqə davam edən dalğalanma", - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi "Telegram" kanalında yazıb və həmçinin qeyd edib ki, o zaman dalğalanma "daha yüngül formada" təkrarlanıb.
Xatırladaq ki, fevralın 6-da bazar ertəsi səhər tezdən Türkiyənin Kahramanmaraş vilayətində 7,4 bal gücündə zəlzələ baş verib. Nəticədə ölkənin bir sıra şəhərlərində binalar dağılıb. Baş verən zəlzələ Türkiyənin 4 vilayətində hiss edilib.Türkiyənin cənub-şərqində baş verən zəlzələdən sonra Diyarbəkir vilayətində 8 mərtəbəli bina uçub.
Türkiyənin cənubundakı Adana şəhərində güclü zəlzələ nəticəsində üç hündürmərtəbəli yaşayış binası tamamilə dağılıb. Bundan əlavə, Suriyanın bir sıra bölgələrində dağıntılar, həmçinin Livanda da yeraltı təkanlar qeydə alınıb.