Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya qızıl-valyuta ehtiyatlarına görə dünyada dördüncü oldu

© AFP 2024 / PAUL FAITHQızıl külçələri
Qızıl külçələri - Sputnik Azərbaycan, 1920, 06.02.2023
Abunə olmaq
Əvvəllər orta illik satış, təxminən, 6-7 ton olduğu halda, 2022-ci ildə Rusiyada rekord miqdarda - 50 tondan çox qızıl külçə satılıb.
BAKI, 6 fevral — Sputnik. Rusiya ötən il dünyanın ən böyük qızıl-valyuta ehtiyatlarına malik dördüncü ölkəsi olub.
Bu barədə "RİA Novosti" milli mərkəzi bankların məlumatlarına əsaslanan hesablamalara istinadən xəbər verir.
Artıq 17 ildir ki, Çin birinci, Yaponiya ikinci, İsveçrə üçüncü yerdədir. Onların aktivləri müvafiq olaraq 3,31 trilyon dollar, 1,27 trilyon dollar və 924 milyard dollardır.
Rusiyanın ehtiyatları 582 milyard dollar həcmində qiymətləndirilir. Ötən dəfə Hindistan dördüncü yerdə idisə, hazırda o, 563 milyard dollarla Rusiyadan sonrakı yeri tutub.
Daha sonra ilk onluqda Səudiyyə Ərəbistanı, Honq-Konq, Cənubi Koreya, Braziliya və Almaniya qərarlaşıb.
İlk 30-luq İsveçin keçən il Niderlandı sıxışdıraraq yeni üzvə çevrilməsindən başqa çox dəyişməyib.
Əlavə edək ki, 2022-ci ildə Rusiyada rekord miqdarda - 50 tondan çox qızıl külçə satılıb. Əvvəllər orta illik satış, təxminən, 6-7 ton idi.
Xəbər lenti
0