https://sputnik.az/20230206/putin-erdogana-zeng-edib-komek-etmeye-haziriq--451475370.html
Putin Ərdoğana zəng edib: Kömək etməyə hazırıq!
Putin Ərdoğana zəng edib: Kömək etməyə hazırıq!
Sputnik Azərbaycan
Türkiyə Prezidenti operativ reaksiyaya görə Putinə təşəkkür edib və rusiyalı xilasedicilərin yardımını qəbul edəcəklərini bildirib. 06.02.2023, Sputnik Azərbaycan
2023-02-06T18:53+0400
2023-02-06T18:53+0400
2023-02-06T19:03+0400
rusiya
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/08/05/444730988_0:0:2999:1688_1920x0_80_0_0_5b00f948281a96b0382a2b584b800708.jpg
BAKı, 6 fevral - Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.Putin Ərdoğana başsağlığı verib və kömək etməyə hazır olduğunu təsdiqləyib.Türkiyə Prezidenti operativ reaksiyaya görə təşəkkür edib və rusiyalı xilasedicilərin yardımını qəbul edəcəklərini bildirib.Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çoxsaylı zəlzələ qurbanları ilə bağlı başsağlığı məktubu ünvanlayıb. Məktubda Rusiya prezidenti Moskvanın lazımi yardımı göstərməyə hazır olduğunu qeyd edib."Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və genişmiqyaslı dağıntılarla bağlı dərin hüznlə başsağlığımızı qəbul edin. Həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığı və dəstək sözlərimizi çatdırın. Baş vermiş təbii fəlakət nəticəsində zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzulayırıq. Biz bununla bağlı lazımi yardım göstərməyə hazırıq", - məlumatda deyilir.Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində 7,7 bal gücündə zəlzələ baş verib. Kahramanmaraşda baş verən zəlzələ Türkiyənin 4 vilayətində hiss edilib.Son məlumatda yeraltı təkanlar nəticəsində ölənlərin sayının 1498-ə, yaralıların sayının isə 8 533-ə yüksəldiyi açıqlanıb. 2834 bina dağılıb.
https://sputnik.az/20230206/erdogan-lham-eliyev-ve-azerbvaycan-xalqina-minnetdarligini-bildirib-451460964.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/05/444730988_0:0:2731:2048_1920x0_80_0_0_2cd49524918b1e12fcd1fc30fed815c4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, putin, rusiya prezidenti vladimir putin, vladimir putin
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, putin, rusiya prezidenti vladimir putin, vladimir putin
Putin Ərdoğana zəng edib: Kömək etməyə hazırıq!
18:53 06.02.2023 (Yenilənib: 19:03 06.02.2023) Türkiyə Prezidenti operativ reaksiyaya görə Putinə təşəkkür edib və rusiyalı xilasedicilərin yardımını qəbul edəcəklərini bildirib.
BAKı, 6 fevral - Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin Ərdoğana başsağlığı verib və kömək etməyə hazır olduğunu təsdiqləyib.
Türkiyə Prezidenti operativ reaksiyaya görə təşəkkür edib və rusiyalı xilasedicilərin yardımını qəbul edəcəklərini bildirib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çoxsaylı zəlzələ qurbanları ilə bağlı başsağlığı məktubu ünvanlayıb. Məktubda Rusiya prezidenti Moskvanın lazımi yardımı göstərməyə hazır olduğunu qeyd edib.
"Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və genişmiqyaslı dağıntılarla bağlı dərin hüznlə başsağlığımızı qəbul edin. Həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığı və dəstək sözlərimizi çatdırın. Baş vermiş təbii fəlakət nəticəsində zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzulayırıq. Biz bununla bağlı lazımi yardım göstərməyə hazırıq", - məlumatda deyilir.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində 7,7 bal gücündə zəlzələ baş verib. Kahramanmaraşda baş verən zəlzələ Türkiyənin 4 vilayətində hiss edilib.
Son məlumatda yeraltı təkanlar nəticəsində ölənlərin sayının 1498-ə, yaralıların sayının isə 8 533-ə yüksəldiyi açıqlanıb. 2834 bina dağılıb.