Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov Kiyevin kimyəvi silahdan istifadəsi barədə suala necə reaksiya verib?

© Sputnik / Сергей ГунеевRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  - Sputnik Azərbaycan, 1920, 06.02.2023
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, belə bir məlumat varsa, bizim hərbçilər vasitəsilə onlar Ali Baş Komandana verilir.
BAKI, 6 fevral — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bazar günü Ukrayna qoşunlarının Soledar və Artyomovsk istiqamətlərində kimyəvi silahdan istifadə etməsi ilə bağlı məlumatı şərh etməyib. O, sualların Rusiya Federasiyasının Müdafiə Nazirliyinə ünvanlanmasını tövsiyə edib.
Kiyevin kimyəvi silahdan istifadə etməsi barədə daha əvvəl TASS-a hərbi-siyasi ekspert, "Donetsk Xalq Respublikası"nın (DXR) rəhbərinin səlahiyyətlərini icra edən müşaviri Yan Qaqin məlumat verib.
"Təəssüf ki, məndə belə bir məlumat yoxdur. Hesab edirəm ki, məlumat varsa, bizim hərbçilər vasitəsilə onlar Ali Baş Komandana verilir. Burada təbii ki, ətraflı məlumat üçün Müdafiə Nazirliyi ilə əlaqə saxlamağınız düzgün olardı ", - Kreml sözçüsü bu barədə prezidentə məlumat verilib-verilməməsi və Moskvanın bu cür maddələrin istifadəsinə reaksiyası necə olacaq sualına cavab olaraq bildirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Xəbər lenti
0