https://sputnik.az/20230206/lavrov-minsk-razilasmalarinin-pozulmasi-qerbin-hedefi-idi-451462570.html
Lavrov: Minsk razılaşmalarının pozulması Qərbin hədəfi idi
Lavrov: Minsk razılaşmalarının pozulması Qərbin hədəfi idi
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib ki, daha bir məqsəd Ukraynada yaşayan rusdilli əhalinin bütün hüquqlarının məhv edilməsi olub. 06.02.2023, Sputnik Azərbaycan
2023-02-06T22:18+0400
2023-02-06T22:18+0400
2023-02-06T22:18+0400
sergey lavrov
rusiya
minsk razılaşması
https://cdnn1.img.sputnik.az/img/07e6/05/18/442189363_0:0:3071:1728_1920x0_80_0_0_1418900b3506f2d7cf048b35957fd889.jpg
BAKI, 6 fevral — Sputnik. Minsk razılaşmalarının pozulması və Kiyev rejiminin silahlanması Qərbin hədəfi idi. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib. O, həmçinin qeyd edib ki, daha bir məqsəd Ukraynada yaşayan rusdilli əhalinin bütün hüquqlarının məhv edilməsi olub. "Bu razılaşmaların pozulmasının məqsədi Ukraynanın Rusiya Federasiyasına qarşı silahlanmasına şərait yaratmaq olub", - deyə "RİA Novosti" Lavrova istinadən yazır. İraqlı həmkarı Fuad Hüseynlə aparılan danışıqların nəticələrinə görə, Rusiya xarici işlər naziri Minsk razılaşmalarının pozulmasının Ukrayna və Qərbin vəzifəsi olduğunu, Rusiya Prezidenti Vladimir Putindən başqa onları imzalayan hər kəsin bunu açıq şəkildə etiraf etdiyini vurğulayıb. Lavrovun sözlərinə görə, Rusiya tərəfi bütün yuxarıda deyilənləri təsdiqləyən konkret misallar gətirərək, Ukrayna ətrafında baş verənlər barədə Hüseynə danışıb. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bazar günü, fevralın 5-də İraqın paytaxtı Bağdada işgüzar səfərlə gəldiyi bildirilib. Onun İraq prezidenti Əbdül Lətif Rəşid və ölkə hökumətinin nümayəndələri ilə görüşü planlaşdırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/18/442189363_186:0:2917:2048_1920x0_80_0_0_6126c1b13989610c08d2ac063fa84284.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
sergey lavrov, minsk razılaşması
sergey lavrov, minsk razılaşması
Lavrov: Minsk razılaşmalarının pozulması Qərbin hədəfi idi
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib ki, daha bir məqsəd Ukraynada yaşayan rusdilli əhalinin bütün hüquqlarının məhv edilməsi olub.
BAKI, 6 fevral — Sputnik. Minsk razılaşmalarının pozulması və Kiyev rejiminin silahlanması Qərbin hədəfi idi.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib.
O, həmçinin qeyd edib ki, daha bir məqsəd Ukraynada yaşayan rusdilli əhalinin bütün hüquqlarının məhv edilməsi olub.
"Bu razılaşmaların pozulmasının məqsədi Ukraynanın Rusiya Federasiyasına qarşı silahlanmasına şərait yaratmaq olub", - deyə "RİA Novosti" Lavrova istinadən yazır.
İraqlı həmkarı Fuad Hüseynlə aparılan danışıqların nəticələrinə görə, Rusiya xarici işlər naziri Minsk razılaşmalarının pozulmasının Ukrayna və Qərbin vəzifəsi olduğunu, Rusiya Prezidenti Vladimir Putindən başqa onları imzalayan hər kəsin bunu açıq şəkildə etiraf etdiyini vurğulayıb.
Lavrovun sözlərinə görə, Rusiya tərəfi bütün yuxarıda deyilənləri təsdiqləyən konkret misallar gətirərək, Ukrayna ətrafında baş verənlər barədə Hüseynə danışıb.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bazar günü, fevralın 5-də İraqın paytaxtı Bağdada işgüzar səfərlə gəldiyi bildirilib. Onun İraq prezidenti Əbdül Lətif Rəşid və ölkə hökumətinin nümayəndələri ilə görüşü planlaşdırılıb.