https://sputnik.az/20230206/abs-suriyada-kurd-separatizmini-tesviq-etmekle-butun-regionu-tehdid-edir---lavrov-451472207.html
ABŞ Suriyada kürd separatizmini təşviq etməklə bütün regionu təhdid edir - Lavrov
ABŞ Suriyada kürd separatizmini təşviq etməklə bütün regionu təhdid edir - Lavrov
Sputnik Azərbaycan
Rusiya xarici işlər naziri bildirib ki, Rusiya Federasiyası İraq hökumətinin təhlükəsizliyinin təmin edilməsini və terrorizmə qarşı mübarizədə səylərini tam... 06.02.2023, Sputnik Azərbaycan
2023-02-06T21:20+0400
2023-02-06T21:20+0400
2023-02-06T21:20+0400
lavrov
rusiya
rusiya xin rəhbəri sergey lavrov
sergey lavrov
abş
suriya
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449568951_0:172:3030:1876_1920x0_80_0_0_ccdbb51b54c45f5ddd8902c017b704fa.jpg
BAKI, 6 fevral — Sputnik. ABŞ Suriyada odla oynamağa davam edir, kürd separatizmini təşviq edir və bu, Suriyanın özü və regionun digər ölkələri üçün təhlükə yaradır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəyə səfəri zamanı İraqın xarici işlər naziri Fuad Hüseynlə birgə mətbuat konfransında deyib. "Amerikalı həmkarlarımız Suriya Ərəb Respublikasının ərazi bütövlüyünə, eləcə də bu cür hərəkətlərin kürd əhalisi olan regionun digər ölkələri üçün yaratdığı risklərə məhəl qoymadan, kürd separatizmini hər cür təşviq edərək odla oynamaqda davam edirlər", - deyə Lavrov bildirib. Rusiyalı diplomat vurğulayıb ki, Rusiya Astana formatında müşahidəçi rolunu nəzərə alaraq İraqla qarşılıqlı əlaqəni davam etdirəcək. "İraq müşahidəçi qismində iştirak edir, biz bunu çox faydalı hesab edirik. İordaniya və Livan da eyni rolda çıxış edirlər", - deyə Rusiyanın xarici işlər naziri vurğulayıb. Onun sözlərinə görə, Rusiya İraq hökumətinin təhlükəsizliyinin təmin edilməsini və terrorizmə qarşı mübarizədə səylərini tam dəstəklədiyini bildirib. Nazir həmçinin qeyd edib ki, amerikalıların tətbiq etdiyi qeyri-qanuni məhdudiyyətlər şəraitində digər etibarlı ölkələrin valyutaları ilə neft tədarükünün ödənilməsi də daxil olmaqla ödəməyə keçməklə qanuni iqtisadi münasibətləri Qərbin qeyri-qanuni təzyiqlərindən qorumaq vacibdir. Lavrov iraqlı həmkarını növbəti dəfə Rusiyaya səfərə dəvət edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449568951_151:0:2880:2047_1920x0_80_0_0_90408b31d4460801a2a2b056ed51e5fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lavrov, rusiya xin rəhbəri sergey lavrov, sergey lavrov, abş, suriya
lavrov, rusiya xin rəhbəri sergey lavrov, sergey lavrov, abş, suriya
ABŞ Suriyada kürd separatizmini təşviq etməklə bütün regionu təhdid edir - Lavrov
Rusiya xarici işlər naziri bildirib ki, Rusiya Federasiyası İraq hökumətinin təhlükəsizliyinin təmin edilməsini və terrorizmə qarşı mübarizədə səylərini tam dəstəkləyib.
BAKI, 6 fevral — Sputnik. ABŞ Suriyada odla oynamağa davam edir, kürd separatizmini təşviq edir və bu, Suriyanın özü və regionun digər ölkələri üçün təhlükə yaradır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəyə səfəri zamanı İraqın xarici işlər naziri Fuad Hüseynlə birgə mətbuat konfransında deyib.
"Amerikalı həmkarlarımız Suriya Ərəb Respublikasının ərazi bütövlüyünə, eləcə də bu cür hərəkətlərin kürd əhalisi olan regionun digər ölkələri üçün yaratdığı risklərə məhəl qoymadan, kürd separatizmini hər cür təşviq edərək odla oynamaqda davam edirlər", - deyə Lavrov bildirib.
Rusiyalı diplomat vurğulayıb ki, Rusiya Astana formatında müşahidəçi rolunu nəzərə alaraq İraqla qarşılıqlı əlaqəni davam etdirəcək.
"İraq müşahidəçi qismində iştirak edir, biz bunu çox faydalı hesab edirik. İordaniya və Livan da eyni rolda çıxış edirlər", - deyə Rusiyanın xarici işlər naziri vurğulayıb.
Onun sözlərinə görə, Rusiya İraq hökumətinin təhlükəsizliyinin təmin edilməsini və terrorizmə qarşı mübarizədə səylərini tam dəstəklədiyini bildirib.
Nazir həmçinin qeyd edib ki, amerikalıların tətbiq etdiyi qeyri-qanuni məhdudiyyətlər şəraitində digər etibarlı ölkələrin valyutaları ilə neft tədarükünün ödənilməsi də daxil olmaqla ödəməyə keçməklə qanuni iqtisadi münasibətləri Qərbin qeyri-qanuni təzyiqlərindən qorumaq vacibdir.
Lavrov iraqlı həmkarını növbəti dəfə Rusiyaya səfərə dəvət edib.