https://sputnik.az/20230206/abs-in-ozunu-nece-aparacagi-suali-aciq-qalir---ryabkov-451450418.html
ABŞ-ın özünü necə aparacağı sualı açıq qalır - Ryabkov
ABŞ-ın özünü necə aparacağı sualı açıq qalır - Ryabkov
Sputnik Azərbaycan
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, Çin Birləşmiş Ştatların ərazisi üzərində aşkar edilən hava şarı ilə bağlı situasiyada özünü mümkün qədər... 06.02.2023, Sputnik Azərbaycan
2023-02-06T23:55+0400
2023-02-06T23:55+0400
2023-02-06T23:55+0400
sergey ryabkov
rusiya
çin
https://cdnn1.img.sputnik.az/img/07e5/06/02/427104665_0:0:2920:1643_1920x0_80_0_0_db9adea480ab81ffb717708e8f687315.jpg
BAKI, 6 fevral — Sputnik. Moskva əmindir ki, Çin Birləşmiş Ştatların ərazisi üzərində aşkar edilən hava şarı ilə bağlı situasiyada özünü mümkün qədər məsuliyyətli aparacaq, lakin Vaşinqtonun bundan sonrakı addımları ilə bağlı sual açıq qalır. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. "Mən əminəm ki, çinli həmkarlarımız ən məsuliyyətli xətti izləyir və bir çox məsələlərdə də gördüyümüz kimi, həmişə dialoqa və fikir mübadiləsinə hazırdırlar. ABŞ-ın özünü necə aparacağı isə açıq sualdır. Biz görəcəyik", - Ryabkov deyib. Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Austin təsdiqləmişdi ki, prezident Co Baydenin tapşırığı ilə şənbə günü ABŞ hava məkanındakı Çinə məxsus hava şarını vurublar. Pentaqon rəhbərinin sözlərinə görə, bu cihaz strateji obyektlərin müşahidəsi üçün istifadə edilib. Hava şarı Aleut adalarından Kanada ərazisindən keçərək Montana ştatına çatıb. Balonun hərəkəti Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) tərəfindən izlənilib. ABŞ dövlət katibi Entoni Blinken Çinə səfərini təxirə salıb. Çin də öz növbəsində vəziyyətlə bağlı əsassız fərziyyələri və ittihamları qəbul etmədiyini bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/02/427104665_191:0:2920:2047_1920x0_80_0_0_5db0479b10b669628490af572380a987.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey ryabkov, çin
ABŞ-ın özünü necə aparacağı sualı açıq qalır - Ryabkov
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, Çin Birləşmiş Ştatların ərazisi üzərində aşkar edilən hava şarı ilə bağlı situasiyada özünü mümkün qədər məsuliyyətli aparacaq.
BAKI, 6 fevral — Sputnik. Moskva əmindir ki, Çin Birləşmiş Ştatların ərazisi üzərində aşkar edilən hava şarı ilə bağlı situasiyada özünü mümkün qədər məsuliyyətli aparacaq, lakin Vaşinqtonun bundan sonrakı addımları ilə bağlı sual açıq qalır. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Mən əminəm ki, çinli həmkarlarımız ən məsuliyyətli xətti izləyir və bir çox məsələlərdə də gördüyümüz kimi, həmişə dialoqa və fikir mübadiləsinə hazırdırlar. ABŞ-ın özünü necə aparacağı isə açıq sualdır. Biz görəcəyik", - Ryabkov deyib.
Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Austin təsdiqləmişdi ki, prezident Co Baydenin tapşırığı ilə şənbə günü ABŞ hava məkanındakı Çinə məxsus hava şarını vurublar. Pentaqon rəhbərinin sözlərinə görə, bu cihaz strateji obyektlərin müşahidəsi üçün istifadə edilib.
Hava şarı Aleut adalarından Kanada ərazisindən keçərək Montana ştatına çatıb. Balonun hərəkəti Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) tərəfindən izlənilib. ABŞ dövlət katibi Entoni Blinken Çinə səfərini təxirə salıb. Çin də öz növbəsində vəziyyətlə bağlı əsassız fərziyyələri və ittihamları qəbul etmədiyini bildirib.