Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda avtomobillərin səsindən necə xilas olmaq olar?

tıxac - Sputnik Azərbaycan, 1920, 04.02.2023
Abunə olmaq
Nəqliyyat üzrə ekspert bildirir ki, cərimələri daha da sərtləşdirməklə də bu problemə həll tapmaq olar
BAKI, 4 fevral — Sputnik. Nyu-York şəhərində avtomobil və motosikletlərin səs səviyyəsini ölçən yol hərəkəti kameralarının tətbiqini genişləndirmək planlaşdırılır.
Yeni sistemin işlədiyi bir il ərzində yol verilən səs normalarını aşan 71 sürücü cərimələnib. Yol kənarlarındakı kameralarda quraşdırılan səsölçən cihazlar qaydaları pozan avtomobillərin dövlət nömrə nişanlarını qeydə alır. Avtomobil sahibləri birinci səs-küy pozuntusuna görə 800 dollar, təkrar pozuntuya görə isə 2625 dollar cərimələnir.
Şəhərin hakimiyyət orqanları hesab edir ki, yeni sistemin tətbiqi avtomobillərdə səsboğucuların qanunsuz modifikasiyasına qarşı mübarizə işinə kömək göstərəcək.
Azərbaycanda yollarda səssizlik yaratmaq üçün nələr etmək olar?
Nəqliyyat üzrə ekspert Aslan Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yol hərəkəti haqqında qanunda səs siqnalları haqda müəddəa var. Qanunda da qeyd olunur ki, universitetlərin, məktəbləin, xəstəxanaların və digər dövlət əhəmiyyətli obyektlərin qarşısında səs siqnallarından istifadə qadağandır. Buna görə 30 manat cərimə nəzərdə tutulur".
Ekspert bildirir ki, səsin azaldılması üçün magistralların kənarını hasarlamaq da mümkündür. Ekspert hesasb edir ki, ən yaxşı çıxış yolu magistral yollardan bir qədər uzaqda məskunlaşmaqdır: "Əksər ölkələrdə vətəndaşlar magistral yollar, şəhərin mərkəzindən bir qədədr uzaqda, sakitliyin hökm sürdüyü yerlədə məskunlaşmağa üstünlük verirsə, Azərbaycanda vəziyyət tamamilə əksinədir. Vətəndaş üçün məskunlaşdığı ərazinin dayanacağı yaxın olması və s amillər xüsusi önəm kəsb edir".
Nəqliyyat üzrə digər ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, avtomobillərdə mühərrikin səs gücünü artırmaq məqsədi ilə səs gücləndiricilərin quraşdırılması qadağandır: Yol hərəkəti haqqqında qanun və İnzibati Xətalar Məcəlləsində də bu təsbit edilib. Mühərrikin səs gücünü artırmaq məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaricetmə sisteminin normativ tələbləri pozulmaqla avadanlıqların qurşadırılması və dəyişidirlməsinə görə sürücü 500 manat məbləğində cərimə olunur".
"Səs gücləndirici avadanlıq avtomobildən çıxarılmadıqda o min manat məbləğində cərimə olunur", - deyə o əlavə edib.
Ekspert düşünmür ki əsas problem bu avadanlıqların ölkəyə gətirilməsidir. O deyir ki, müəyyən məqsədlə bu avadanlıqlar ölkəyə gətirilə bilər.
E.Cəfərov belə hesab edir ki, daha yüksək cərimələr tətbiq etməklə yollardakı səs-küyü azaltmaq olar.
Nəqliyyat eksperti İlqar Hüseynov isə deyir ki, Nyu-York şəhərində avtomobil və motosikletlərin səs səviyyəsini ölçən yol hərəkəti kameralarının tətbiqini genişləndirmək bu istiqamətdə olan problemlərin həlli üçün alternativ, müsbət çıxış yoludur: "Nyu-Yorkda bunun necə icra olunduğunu bildikdən sonra, artıq bu diər ölkələr üçün də maraqlı olacaq. Qeyd edim ki, bunadək də Nyu-Yorkda nəqliyyat təhlükəsizliyi ilə bağlı müxtəlif tədbirlərdə iştirak etmişəm".
"Azərbaycanda avtomobillərdə səs boğucularla bağlı vəziyyətə gəldikdə isə bizdə də arzuolunmaz hallarla bağlı cərimələr var. Mühərrikdən çıxan səsi azaltmaq, yoxa çıxarmaq üçün qluşitel detalı var. Onun əsas funksiyası atmosferə tullanan zərərli qazların qaşısını almaq, mühərrikin gurultulu səsini boğmaqdır. Bəzi avtoxuliqanlar həmin detal üzərində rekonstruksiya işləri aparırlar. Nəticədə xoşagəlməz səs yaranır", - deyə o əlavə edib.
Ekspert deyir ki, qanunvericiliklə detalların rekonstruksiyası qadağan edilir: "Belə hal aşkarlandıqda cərimələr tətbiq olunur".
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mühərrik gücünün artırılması və səsin desibelin nəzərdə tutulmuş normadan artıq olması ilə bağlı xeyli sayda protokol tərtib olunub.
Xəbər lenti
0