Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın ən böyük İslam nəşriyyatının təsisçisi İŞİD-i maliyyələşdirirmiş

© Sputnik / Денис Абрамов / Mediabanka keçidQuran, arxiv şəkli
Quran, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.02.2023
Abunə olmaq
Həbs edilən şəxs “Terrorçuluğun maliyyələşdirilməsinin təşkili” cinayətini törətməkdə təqsirli bilinib.
BAKI, 3 fevral - Sputnik. Rusiya İstintaq Komitəsinin teleqram kanalında yayılan məlumata görə, Rusiyanın ən böyük müsəlman nəşriyyatı olan “Umma”nın təsisçisi Aslambek Ejayev “İslam Dövləti” terror təşkilatını 34 milyon rubla maliyyələşdirdiyinə görə 17 il həbs cəzası alıb.
Bildirilir ki, Ejayev 2021-ci ilin aprelində Moskvada həbs edilib. Müstəntiqlərin fikrincə, 2012-ci ildən bəri Ejayev "qadağan edilmiş İslam Dövlətini maliyyələşdirmək üçün nəzərdə tutulan vəsait əldə edən tərəf müqabilləri ilə dəfələrlə gizli görüşlər keçirib.
"Nəticədə o, terrorçulara 34 milyon rubldan çox pul köçürüb", - deyə RF İstintaq Komitəsinin məlumatında bildirilir.
Daha əvvəl Federal Təhlükəsizlik Xidməti məlumat vermişdi ki, Ejaev Rusiya Federasiyasının ən böyük müsəlman nəşriyyatı olan “Umma”nın yaradıcısıdır və onun nəşr etdiyi bəzi ədəbiyyat Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən qadağan edilmiş və ekstremist xarakter daşıyan “dünya xilafəti” ideyasını təbliğ edir.
“Aslambek Ejayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş “Terrorçuluğun maliyyələşdirilməsinin təşkili” cinayətini törətməkdə təqsirli bilinib. Hökmlə Ejayev 17 il müddətinə azadlıqdan məhrum edilib”, - deyə məlumatda bildirilir.
Moskvanın müxtəlif rayonlarında təqsirləndirilən şəxslərin bağ evlərində və mənzillərində aparılan axtarışlar zamanı “terrorçuluğun maliyyələşdirilməsi üçün istifadə edilən bank kartları, informasiya ötürülməsi üçün texniki vasitələr, qadağan olunmuş ədəbiyyat və ekstremist yönümlü digər əşyalar” aşkar edilib.
Xəbər lenti
0