https://sputnik.az/20230202/soltsun-rusiyaya-qarsi-gonderdiyi-tanklar-80-il-evvelki-aqibetle-uzlesecek---volodin-451336527.html
Şoltsun Rusiyaya qarşı göndərdiyi tanklar 80 il əvvəlki aqibətlə üzləşəcək - Volodin
Şoltsun Rusiyaya qarşı göndərdiyi tanklar 80 il əvvəlki aqibətlə üzləşəcək - Volodin
Sputnik Azərbaycan
Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin, faşist Almaniyasının Stalinqradda məğlubiyyətindən heç də hamının dərs almadığını bildirib. 02.02.2023, Sputnik Azərbaycan
2023-02-02T22:29+0400
2023-02-02T22:29+0400
2023-02-02T22:29+0400
vyaçeslav volodin
rusiya
almaniya
https://cdnn1.img.sputnik.az/img/41592/06/415920620_0:0:2987:1680_1920x0_80_0_0_81f014466cdd62ce5ae8440662846d53.jpg
BAKI, 2 fevral — Sputnik. Almaniya kansleri Olaf Şoltsun Rusiyaya qarşı döyüşmək üçün göndərdiyi tanklar 80 il əvvəl olduğu kimi eyni tale ilə üzləşəcəklər – "Leopard"lar "Pələng"lərin taleyini təkrarlayaraq yandırılacaqlar. Bunu Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin Qızıl Ordunun Stalinqrad döyüşündəki qələbəsinin ildönümü münasibəti ilə özünün "Telegram" kanalında yazdığı mətndə bildirib. "Tarixin göstərdiyi kimi, faşist Almaniyasının Stalinqradda məğlubiyyətindən heç də hamı dərs almayıb. Keçmiş kansler Angela Merkel kansler vəzifəsini tutarkən dünya ictimaiyyətini və xalqını aldadıb, Kiyev nasist rejiminə müharibəyə hazırlaşmaqda kömək edib. Hazırkı kansler Şolts alman tanklarının Rusiyaya qarşı döyüşə göndərilməsi qərarını qəbul edərək daha da irəli gedib. Onların da taleyi 80 il əvvəlki kimi olacaq. Faşist "Pələng"lərinin taleyini təkrarlayan "Leopard"lar yandırılacaq", - deyə Volodin yazıb. O, həmçinin qeyd edib ki, Almaniya rəhbərliyi 1943-cü ili xatırlamalı və öz vətəndaşlarına niyə alman xalqını növbəti dəfə müharibəyə sürüklədiklərini izah etməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41592/06/415920620_0:0:2731:2048_1920x0_80_0_0_b0da06c678de6d13984b5b28db8a6ab7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
vyaçeslav volodin, almaniya
vyaçeslav volodin, almaniya
Şoltsun Rusiyaya qarşı göndərdiyi tanklar 80 il əvvəlki aqibətlə üzləşəcək - Volodin
Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin, faşist Almaniyasının Stalinqradda məğlubiyyətindən heç də hamının dərs almadığını bildirib.
BAKI, 2 fevral — Sputnik. Almaniya kansleri Olaf Şoltsun Rusiyaya qarşı döyüşmək üçün göndərdiyi tanklar 80 il əvvəl olduğu kimi eyni tale ilə üzləşəcəklər – "Leopard"lar "Pələng"lərin taleyini təkrarlayaraq yandırılacaqlar.
Bunu Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin Qızıl Ordunun Stalinqrad döyüşündəki qələbəsinin ildönümü münasibəti ilə özünün "Telegram" kanalında yazdığı mətndə bildirib.
"Tarixin göstərdiyi kimi, faşist Almaniyasının Stalinqradda məğlubiyyətindən heç də hamı dərs almayıb. Keçmiş kansler Angela Merkel kansler vəzifəsini tutarkən dünya ictimaiyyətini və xalqını aldadıb, Kiyev nasist rejiminə müharibəyə hazırlaşmaqda kömək edib. Hazırkı kansler Şolts alman tanklarının Rusiyaya qarşı döyüşə göndərilməsi qərarını qəbul edərək daha da irəli gedib. Onların da taleyi 80 il əvvəlki kimi olacaq. Faşist "Pələng"lərinin taleyini təkrarlayan "Leopard"lar yandırılacaq", - deyə Volodin yazıb.
O, həmçinin qeyd edib ki, Almaniya rəhbərliyi 1943-cü ili xatırlamalı və öz vətəndaşlarına niyə alman xalqını növbəti dəfə müharibəyə sürüklədiklərini izah etməlidir.