https://sputnik.az/20230202/rusiyanin-bas-naziri-avrasiya-qtisadi-ttifaqina-cagiris-etdi-451352677.html
Rusiyanın Baş naziri Avrasiya İqtisadi İttifaqına çağırış etdi
Rusiyanın Baş naziri Avrasiya İqtisadi İttifaqına çağırış etdi
Sputnik Azərbaycan
Rusiyanın baş naziri Mixail Mişustin ərzaq təhlükəsizliyi sahəsində vahid siyasətin aparılmasının vacib olduğunu bildirib. 02.02.2023, Sputnik Azərbaycan
2023-02-02T20:41+0400
2023-02-02T20:41+0400
2023-02-02T20:41+0400
mixail mişustin
rusiya
avrasiya iqtisadi ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1e/427813290_0:0:2919:1643_1920x0_80_0_0_40f2e39610c2161671c785bcbb6a9304.jpg
BAKI, 2 fevral — Sputnik. Avrasiya İqtisadi İttifaqı ölkələri ərzaq təhlükəsizliyi sahəsində vahid siyasət yürütməli, ümumi enerji bazarlarının yaradılması ilə bağlı qərarlar qəbul etməli, dost olmayan ölkələrin valyutalarından istifadə zamanı yaranan riskləri azaltmalıdır. Bunu Rusiyanın baş naziri Mixail Mişustin bildirib. "Ərzaq təhlükəsizliyi sahəsində vahid siyasətin aparılması vacibdir. Biz ümumi enerji bazarlarının yaradılması ilə bağlı birgə qərarlar qəbul etməyi davam etdirməliyik", - Avrasiya Hökumətlərarası Şurasının dar tərkibdə keçirilən iclasında Mişustin deyib. "Biz birlikdə qeyri-dost ölkələrin valyutalarından istifadə nəticəsində yaranan iqtisadi riskləri azaltmalı, işgüzar mühiti yaxşılaşdırmalıyıq", - deyə o, əlavə edib.Xatırladaq ki, Mixail Mişustin Almatıda Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasına qatılıb. O, həmçinin illik Rəqəmsal Almatı forumunun işində iştirak edəcək.Ənənəvi olaraq dar və geniş tərkibdə keçiriləcək Hökumətlərarası Şuranın iclasının gündəliyi ticarət-iqtisadi əməkdaşlıq, texniki tənzimləmə, Aİİ inteqrasiya olunmuş informasiya sistemi və digər aktual məsələlərin geniş spektrini əhatə edir.Fevralın 3-də Avrasiya İqtisadi İttifaqı ölkələrinin baş nazirləri illik Rəqəmsal Almatı forumunun plenar iclasında iştirak edəcəklər. Ənənəvi olaraq forumda tanınmış siyasi və ictimai xadimlərin, iri rəqəmsal şirkətlərin rəhbərlərinin, İT biznes liderlərinin və rəqəmsal sənaye ekspertlərinin iştirakı gözlənilir.Avrasiya İqtisadi İttifaqı Gömrük İttifaqı və Vahid İqtisadi Məkan əsasında yaradılmış və 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq iqtisadi inteqrasiya birliyidir. İndi Aİİ üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır.
https://sputnik.az/20230202/cenubi-qafqazda-neqliyyat-dehlizinin-acilmasinin-ve-iqtisadi-elaqelerin-terefdariyiq-451356221.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1e/427813290_0:0:2731:2048_1920x0_80_0_0_33d38a19e210af1474748edeeb2c0ae1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mixail mişustin, avrasiya iqtisadi ittifaqı
mixail mişustin, avrasiya iqtisadi ittifaqı
Rusiyanın Baş naziri Avrasiya İqtisadi İttifaqına çağırış etdi
Rusiyanın baş naziri Mixail Mişustin ərzaq təhlükəsizliyi sahəsində vahid siyasətin aparılmasının vacib olduğunu bildirib.
BAKI, 2 fevral — Sputnik. Avrasiya İqtisadi İttifaqı ölkələri ərzaq təhlükəsizliyi sahəsində vahid siyasət yürütməli, ümumi enerji bazarlarının yaradılması ilə bağlı qərarlar qəbul etməli, dost olmayan ölkələrin valyutalarından istifadə zamanı yaranan riskləri azaltmalıdır.
Bunu Rusiyanın baş naziri Mixail Mişustin bildirib.
"Ərzaq təhlükəsizliyi sahəsində vahid siyasətin aparılması vacibdir. Biz ümumi enerji bazarlarının yaradılması ilə bağlı birgə qərarlar qəbul etməyi davam etdirməliyik", - Avrasiya Hökumətlərarası Şurasının dar tərkibdə keçirilən iclasında Mişustin deyib.
"Biz birlikdə qeyri-dost ölkələrin valyutalarından istifadə nəticəsində yaranan iqtisadi riskləri azaltmalı, işgüzar mühiti yaxşılaşdırmalıyıq", - deyə o, əlavə edib.
Xatırladaq ki, Mixail Mişustin Almatıda Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasına qatılıb. O, həmçinin illik Rəqəmsal Almatı forumunun işində iştirak edəcək.
Ənənəvi olaraq dar və geniş tərkibdə keçiriləcək Hökumətlərarası Şuranın iclasının gündəliyi ticarət-iqtisadi əməkdaşlıq, texniki tənzimləmə, Aİİ inteqrasiya olunmuş informasiya sistemi və digər aktual məsələlərin geniş spektrini əhatə edir.
Fevralın 3-də Avrasiya İqtisadi İttifaqı ölkələrinin baş nazirləri illik Rəqəmsal Almatı forumunun plenar iclasında iştirak edəcəklər. Ənənəvi olaraq forumda tanınmış siyasi və ictimai xadimlərin, iri rəqəmsal şirkətlərin rəhbərlərinin, İT biznes liderlərinin və rəqəmsal sənaye ekspertlərinin iştirakı gözlənilir.
Avrasiya İqtisadi İttifaqı Gömrük İttifaqı və Vahid İqtisadi Məkan əsasında yaradılmış və 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq iqtisadi inteqrasiya birliyidir. İndi Aİİ üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır.