Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya "son ukraynalıya qədər" qarşıdurma istəmir - Narışkin

© AP Photo / LIBKOSukraynalı
ukraynalı - Sputnik Azərbaycan, 1920, 02.02.2023
Abunə olmaq
RF Xarici Kəşfiyyat Xidmətinin direktoru deyib ki, Rusiya Ukrayna əhalisinin əksəriyyətinin normal insanlar olduğunu anlayır.
BAKI, 2 fevral — Sputnik. Rusiya Federasiyası "son ukraynalıya qədər" qarşıdurma istəmir. Bunu RF Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin RİA Novosti-yə bildirib.
"Biz başa düşürük ki, Ukrayna əhalisinin əksəriyyəti dinc həyat sürmək istəyən normal insanlardır, lakin bu insanlar totalitar Kiyev rejiminin və NATO-nun təcavüzkar siyasətinin girovuna və qurbanına çevriliblər", - deyə o qeyd edib.
Bununla yanaşı, Narışkin bildirib ki, Avropada sabitlik və təhlükəsizliyə əsas təhlükə alyansın hərəkətləridir.
Xatırladaq ki, "döyüş meydanında qələbənin" zəruriliyini bəyan edən ilk Qərb siyasətçisi Avropa diplomatiyasının rəhbəri Cozep Borrell olub. O zaman Aİ-nin ən əsas diplomatının öz çarəsizliyinə imza ataraq münaqişənin diplomatik yolla həlli ehtimalını rədd etməsi və Borrellin çağırışı kimi "son ukraynalıya qədər" mübarizə aparmaqda israr etməsi hamı üçün şok oldu.
Xəbər lenti
0