https://sputnik.az/20230202/qerb-rusiya-ile-onun-qonsulari-arasina-nifaq-salmaga-calisir---lavrov-451339825.html
Qərb Rusiya ilə onun qonşuları arasına nifaq salmağa çalışır - Lavrov
Qərb Rusiya ilə onun qonşuları arasına nifaq salmağa çalışır - Lavrov
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri bildirib ki, KTMT-yə üzv olan ölkələr Qərbin bunun qarşısını almaq cəhdlərinə baxmayaraq, yeni inteqrasiya planları hazırlamaq istəyirlər. 02.02.2023, Sputnik Azərbaycan
2023-02-02T15:50+0400
2023-02-02T15:50+0400
2023-02-02T15:50+0400
rusiya
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
dmitri kiselyov
https://cdnn1.img.sputnik.az/img/07e7/02/02/451332671_0:133:3170:1916_1920x0_80_0_0_174706b0f4408a9f7263a60b2f5a2374.jpg
BAKI, 2 fevral — Sputnik. Rusiyanın müttəfiqləri, xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələr Qərbin bunun qarşısını almaq cəhdlərinə baxmayaraq, yeni inteqrasiya planları hazırlamaq istəyirlər. Bunu cümə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov telejurnalist Dmitri Kiselyova müsahibəsində deyib. Lavrov qeyd edib ki, Qərb illərdir Rusiya ilə müttəfiqliyi şübhə altına almaq üçün onun qonşularının və Mərkəzi Asiya dövlətlərinin ərazisinə "amerikapərəst, avropapərəst, NATO yönlü, hətta qeyri-hökumət təşkilatları yerləşdirməyə" çalışır. "Ancaq bu cəhdlər heç bir ciddi, müsbət reaksiya doğurmur. Qonşularımız, müttəfiqlərimiz, strateji tərəfdaşlarımız bu oyunları görürlər", - deyə o bildirib. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, dünən KTMT Parlament Assambleyasının beynəlxalq məsələlər komitələrinin rəhbərləri ilə görüşü olub. "Biz görürük ki, dostlarımız Qərbin bizim ümumi məkanımızda hansı məqsədlər güddüyünü yaxşı anlayır və görürlər", - deyə Lavrov KTMT-yə üzv ölkələrin Qərbin təsirinə məruz qalmayan, qeyri-qanuni kənar təsirlərdən qorunan formalarda inteqrasiya planlarının gələcək inkişafını təmin edəcək əlavə mexanizmlər qurmaq istədiklərinə diqqəti çəkib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı beynəlxalq təhlükəsizlik təşkilatıdır və hazırda üzvləri Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandır. Təşkilat 2002-ci ildə 15 may 1992-ci il tarixli Kollektiv Təhlükəsizlik Müqaviləsi əsasında yaradılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/02/451332671_220:0:2951:2048_1920x0_80_0_0_6d48a7c7464b75ba415c74e9e8dd845b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, dmitri kiselyov
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, dmitri kiselyov
Qərb Rusiya ilə onun qonşuları arasına nifaq salmağa çalışır - Lavrov
Rusiya XİN rəhbəri bildirib ki, KTMT-yə üzv olan ölkələr Qərbin bunun qarşısını almaq cəhdlərinə baxmayaraq, yeni inteqrasiya planları hazırlamaq istəyirlər.
BAKI, 2 fevral — Sputnik. Rusiyanın müttəfiqləri, xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələr Qərbin bunun qarşısını almaq cəhdlərinə baxmayaraq, yeni inteqrasiya planları hazırlamaq istəyirlər. Bunu cümə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov telejurnalist Dmitri Kiselyova müsahibəsində deyib.
Lavrov qeyd edib ki, Qərb illərdir Rusiya ilə müttəfiqliyi şübhə altına almaq üçün onun qonşularının və Mərkəzi Asiya dövlətlərinin ərazisinə "amerikapərəst, avropapərəst, NATO yönlü, hətta qeyri-hökumət təşkilatları yerləşdirməyə" çalışır.
"Ancaq bu cəhdlər heç bir ciddi, müsbət reaksiya doğurmur. Qonşularımız, müttəfiqlərimiz, strateji tərəfdaşlarımız bu oyunları görürlər", - deyə o bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, dünən KTMT Parlament Assambleyasının beynəlxalq məsələlər komitələrinin rəhbərləri ilə görüşü olub. "Biz görürük ki, dostlarımız Qərbin bizim ümumi məkanımızda hansı məqsədlər güddüyünü yaxşı anlayır və görürlər", - deyə Lavrov KTMT-yə üzv ölkələrin Qərbin təsirinə məruz qalmayan, qeyri-qanuni kənar təsirlərdən qorunan formalarda inteqrasiya planlarının gələcək inkişafını təmin edəcək əlavə mexanizmlər qurmaq istədiklərinə diqqəti çəkib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı beynəlxalq təhlükəsizlik təşkilatıdır və hazırda üzvləri Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandır. Təşkilat 2002-ci ildə 15 may 1992-ci il tarixli Kollektiv Təhlükəsizlik Müqaviləsi əsasında yaradılıb.