https://sputnik.az/20230202/bakida-dehsetli-qetl-toredilib-451324459.html
Bakıda dəhşətli qətl törədilib: 14 yaşlı qızı anasının gözü qabağında zorlayıb və öldürüb
Bakıda dəhşətli qətl törədilib: 14 yaşlı qızı anasının gözü qabağında zorlayıb və öldürüb
Sputnik Azərbaycan
Bakıda kişi ana və qızına bıçaqla xəsarət yetirdi, 14 yaşlı qız xəstəxanada keçindi. 02.02.2023, Sputnik Azərbaycan
2023-02-02T10:19+0400
2023-02-02T10:19+0400
2023-02-02T11:21+0400
paytaxt xəbərləri
qətl
qətl hadisəsi
bakıda qətl
https://cdnn1.img.sputnik.az/img/42226/92/422269207_0:205:2000:1330_1920x0_80_0_0_a8794b5bf37da02d20c79022b11b7183.jpg
BAKI, 2 fevral — Sputnik. Sabunçu rayonunda kişinin sevgilisini və onun qızını bıçaqlaması barədə bəzi detallar məlum olub. Oxu.az-ın əldə etdiyi məlumata görə, fevralın 2-də gecə saatlarında 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatovanın evinə gəlib. O, qadının əl-ayağını iplə bağlayıb, 14 yaşlı qızı Günay Şadatovanı zorlayıb. Hadisəni törədən Z.Babayev daha sonra hər ikisini bıçaqlayıb. Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.***Baş Prokurorluq Sabunçu rayonundakı qətllə bağlı məlumat yayıb. Qurumdan Sputnik Azərbaycan-a verilən xəbərə görə, fevralın 2-si, saat 01 radələrində Sabunçu rayonu ərazisində 2009-cu il təvəllüdlü Günay Şadatovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı Zaur Babayevin bıçaqla 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı Günay Şadatovaya xəsarət yetirməsi və sonuncunun aldığı xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir. Xatırladaq ki, bir neçə gün öncə Xətai rayonu, Zığ şosesində yerləşən mənzillərin birində 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın meyiti xilasedicilər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Mənzildə qətlə yetirilən 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın meyiti xilasedicilər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Mənzildə olan R.Həşimovanın əri 1961-ci il təvəllüdlü İlham Həşimov şübhəli şəxs qismində tutulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/92/422269207_227:0:2000:1330_1920x0_80_0_0_eb71cd01f0f2cf231c39f32e47b7e845.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qətl, qətl hadisəsi, bakıda qətl
qətl, qətl hadisəsi, bakıda qətl
Bakıda dəhşətli qətl törədilib: 14 yaşlı qızı anasının gözü qabağında zorlayıb və öldürüb
10:19 02.02.2023 (Yenilənib: 11:21 02.02.2023) Bakıda kişi ana və qızına bıçaqla xəsarət yetirdi, 14 yaşlı qız xəstəxanada keçindi.
BAKI, 2 fevral — Sputnik. Sabunçu rayonunda kişinin sevgilisini və onun qızını bıçaqlaması barədə bəzi detallar məlum olub.
Oxu.az-ın əldə etdiyi məlumata görə, fevralın 2-də gecə saatlarında 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatovanın evinə gəlib.
O, qadının əl-ayağını iplə bağlayıb, 14 yaşlı qızı Günay Şadatovanı zorlayıb. Hadisəni törədən Z.Babayev daha sonra hər ikisini bıçaqlayıb. Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.
Baş Prokurorluq Sabunçu rayonundakı qətllə bağlı məlumat yayıb.
Qurumdan Sputnik Azərbaycan-a verilən xəbərə görə, fevralın 2-si, saat 01 radələrində Sabunçu rayonu ərazisində 2009-cu il təvəllüdlü Günay Şadatovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı Zaur Babayevin bıçaqla 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı Günay Şadatovaya xəsarət yetirməsi və sonuncunun aldığı xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
Xatırladaq ki, bir neçə gün öncə Xətai rayonu, Zığ şosesində yerləşən mənzillərin birində 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın meyiti xilasedicilər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Mənzildə qətlə yetirilən 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın meyiti xilasedicilər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Mənzildə olan R.Həşimovanın əri 1961-ci il təvəllüdlü İlham Həşimov şübhəli şəxs qismində tutulub.