https://sputnik.az/20230202/abs-avropanin-o-cumleden-rusiyanin-tehlukesizliyinin-pozulmasi-ile-mesguldur-451310936.html
ABŞ Avropanın, o cümlədən, Rusiyanın təhlükəsizliyinin pozulması ilə məşğuldur
ABŞ Avropanın, o cümlədən, Rusiyanın təhlükəsizliyinin pozulması ilə məşğuldur
Sputnik Azərbaycan
Zaxarovanın fikrincə, Amerika tərəfinin Rusiyayanı Strateji Silahların Azaldılması və Məhdudlaşdırılması Müqaviləsini pozmaqda ittiham etməsi yalnız "istehzalı... 02.02.2023, Sputnik Azərbaycan
2023-02-02T08:04+0400
2023-02-02T08:04+0400
2023-02-02T08:04+0400
abş
rusiya
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443413347_0:0:3071:1728_1920x0_80_0_0_699a5bf3128522ef4cff4182a1e56bc2.jpg
BAKI, 2 fevral — Sputnik. Amerika Birləşmiş Ştatları həm bütövlükdə Avropa qitəsinin, həm də bu qitənin tərkib hissəsi olan bir ölkə kimi Rusiyanın təhlükəsizliyini pozmaqla məşğuldur. Bunu çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Sputnik" radiosunun efirində deyib. "Onlar [amerikalılar] həm ayrı-ayrılıqda, həm də müvafiq hərbi bloklar daxilində bütövlükdə Avropa qitəsinin və bu qitənin ayrılmaz hissəsi kimi Rusiyanın və birbaşa bir ölkə kimi Rusiyanın təhlükəsizliyini pozmaq üçün fəaliyyətlə məşğul idilər." – deyə Zaxarova bildirib. Zaxarova, həmçinin, qeyd edib ki, Amerika tərəfinin Rusiyanı Strateji Silahların Azaldılması və Məhdudlaşdırılması Müqaviləsini (SSAMM) pozmaqda ittiham etməsi yalnız "istehzalı təbəssüm" yaradır. "Amerika tərəfinin haqqında danışdığımız açıqlamaları və ya belə bir vəziyyəti müdafiə edən hər hansı bir tərəfin bu cür açıqlamaları - Rusiyanın guya SSAMM-i pozduğu tezisini nəzərdə tuturam - istehzalı təbəssümdən əlavə, heç bir hissə səbəb olmur" - deyə diplomat əlavə edib. Çərşənbə günü Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, Rusiya Federasiyası Vaşinqtondan fərqli olaraq illər boyu Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması Müqaviləsinə qüsursuz şəkildə əməl edir. SSAMM ətrafında vəziyyətin gərginləşməsinə görə məsuliyyəti isə tamamilə Amerika Birləşmiş Ştatları daşıyır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443413347_284:0:3015:2048_1920x0_80_0_0_e7c798d7e2fb1df1a64d9f567212cc00.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
abş, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
ABŞ Avropanın, o cümlədən, Rusiyanın təhlükəsizliyinin pozulması ilə məşğuldur
Zaxarovanın fikrincə, Amerika tərəfinin Rusiyayanı Strateji Silahların Azaldılması və Məhdudlaşdırılması Müqaviləsini pozmaqda ittiham etməsi yalnız "istehzalı təbəssüm" yaradır.
BAKI, 2 fevral — Sputnik. Amerika Birləşmiş Ştatları həm bütövlükdə Avropa qitəsinin, həm də bu qitənin tərkib hissəsi olan bir ölkə kimi Rusiyanın təhlükəsizliyini pozmaqla məşğuldur.
Bunu çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Sputnik" radiosunun efirində deyib.
"Onlar [amerikalılar] həm ayrı-ayrılıqda, həm də müvafiq hərbi bloklar daxilində bütövlükdə Avropa qitəsinin və bu qitənin ayrılmaz hissəsi kimi Rusiyanın və birbaşa bir ölkə kimi Rusiyanın təhlükəsizliyini pozmaq üçün fəaliyyətlə məşğul idilər." – deyə Zaxarova bildirib.
Zaxarova, həmçinin, qeyd edib ki, Amerika tərəfinin Rusiyanı Strateji Silahların Azaldılması və Məhdudlaşdırılması Müqaviləsini (SSAMM) pozmaqda ittiham etməsi yalnız "istehzalı təbəssüm" yaradır.
"Amerika tərəfinin haqqında danışdığımız açıqlamaları və ya belə bir vəziyyəti müdafiə edən hər hansı bir tərəfin bu cür açıqlamaları - Rusiyanın guya SSAMM-i pozduğu tezisini nəzərdə tuturam - istehzalı təbəssümdən əlavə, heç bir hissə səbəb olmur" - deyə diplomat əlavə edib.
Çərşənbə günü Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, Rusiya Federasiyası Vaşinqtondan fərqli olaraq illər boyu Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması Müqaviləsinə qüsursuz şəkildə əməl edir. SSAMM ətrafında vəziyyətin gərginləşməsinə görə məsuliyyəti isə tamamilə Amerika Birləşmiş Ştatları daşıyır.