Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: Bu bəyanatlar Zelenski rejiminin tükənməz iştahını artırır

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  - Sputnik Azərbaycan, 1920, 01.02.2023
Abunə olmaq
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Ukraynaya təyyarələrin çatdırılmasının mümkünlüyünü istisna etmədiyini bildirmişdi.
BAKI, 1 fevral — Sputnik. Parisin Ukraynaya təyyarələrin tədarükü ilə bağlı açıqlamaları Volodimir Zelenskinin tükənməz iştahını artırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Ukraynaya təyyarələrin çatdırılmasının mümkünlüyünü istisna etmədiyini bildirmişdi. Onun sözlərinə görə, silah tədarükü məsələsində Fransa üç kriteriyaya əsaslanır: birinci meyar Ukrayna ordusu üçün konkret silah növünün faydalılığı və effektivliyidir; ikinci meyar ondan ibarətdir ki, bu çatdırılmalar münaqişənin kəskinləşməsinə səbəb olmamalıdır; üçüncüsü, Fransa ordusunun müdafiəsini zəiflətməməlidir. Fransanın müdafiə naziri Sebastyan Lekornu da bildirib ki, Ukraynaya mümkün qırıcı təyyarələrin çatdırılması məsələsində Paris üçün heç bir tabu yoxdur.
"Bu, bir növ absurddur. Fransa prezidenti həqiqətən əmindir ki, ağır silahlar tədarük edilərsə, bu vəziyyətin gərginləşməsinə səbəb olmayacaq? Bu cür bəyanatlar yalnız Zelenski rejiminin onsuz da tükənməz iştahını artırır", - Zaxarova brifinq zamanı bildirib.
"Belə görünür, təyyarələr peçenye və şirniyyat səpələyəcək? Məndə fərqli bir hiss var" - deyə o əlavə edib və Qərb silahlarının xəstəxanaları atəşə tutmaq və mülki insanları öldürmək üçün istifadə edildiyini qeyd edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Xəbər lenti
0